Şənbə , 4 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan hərbçilərinin ölkədən kənara göndərilməsi ilə bağlı qanunun qəbulu təklif olunub

“Azərbaycan Respublikasına xarici hərbi qüvvələrin dəvət olunması, yaxud Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin ölkədən kənara göndərilməsi ilə bağlı qanunun qəbul olunmasına ehtiyac var”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, bu məsələlər ayrılıqda qanunvericilikdə tənzimlənməlidir.

Read More »

NATO generalı Gürcüstana səfər edib

NATO-nun Birgə Qüvvələr Təlim Mərkəzi (JFTC) komandanın müavini, Baş Qərargahın rəisi briqada generalı Cozef Spişak Gürcüstana işgüzar səfər edib. NATO generalı Vaziani Hərbi Hazırlıq Mərkəzinə baş çəkib və infrastrukturla tanış olub. C.Spişak həmçinin mərkəzdə keçirilən həftəlik kursun çöl komponentini müşahidə edib. General səfər çərçivəsində Gürcüstan Müdafiə Qüvvələri komandanlığının nümyəndələri ilə də görüş keçirib. Tərəflər NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) potensialının …

Read More »

Vətən müharibəsi iştirakçılarına veteran adının və Prezident təqaüdünün təyinatına başlanılıb

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı və Prezident təqaüdünün təyinatına başlanıb. Bildirilib ki, Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamının icrası olaraq Vətən müharibəsinin iştirakçılarına “Müharibə veteranı” adı və Prezidentin aylıq təqaüdünün təyinatına başlanılıb. İlkin olaraq Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında bu qurumların 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək …

Read More »

Kəlbəcərdə həlak olan baş leytenanta şəhid statusu verilib

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşəndən üç gün sonra meyiti tapılan baş leytenant Fuad Bağırova şəhid statusu verilib. “Qanunvericiliyə əsasən, Kəlbəcərdə həlak olan hərbi qulluqçumuza şəhid statusu verilib”, – məlumatda qeyd edilib. Xatırladaq ki, yanvarın 29-da 3 hərbçi yoldaşı ilə birlikdə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən …

Read More »

Azərbaycanda “Müxalifət fəaliyyəti haqqında” qanunun qəbulu təklif olunur

Azərbaycanda “Müxalifət fəaliyyəti haqqında” qanunun qəbul edilməsi təklif edilib. Boyukmillet.com xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. Onun sözlərinə görə, Azərbaycanda müxalifətin fəaliyyəti dəqiq müəyyən edilməyib: “Hesab edirəm ki, bu qanunun qəbul edilməsi çox vacibdir. Biz bununla bağlı təklifləri hazırlayıb təqdim etmişik”.

Read More »

Sahibə Qafarova: “Yaz sessiyasında bizi gərgin iş gözləyir”

“Yaz sessiyasında bizi gərgin iş gözləyir. Bu sessiyada hökumətin hesabatı da dinləniləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib. Spiker qeyd edib ki, sessiya ərzində dövlət büdcəsinin icrası haqqında qanun layihəsi də müzakirəyə çıxarılacaq: “O cümlədən bizim iştirakımızla beynəlxalq tədbirlərin keçirilməsi də nəzərdə tutulur”. O bildirib ki, yaz sessiyası dövründə …

Read More »

ASCO “ADY Konteyner”lə yeni əməkdaşlıq müqaviləsi imzalayıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi – “ADY Konteyner” MMC ilə fider daşımalarla bağlı yeni əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şair Sabir” quru yük gəmisi ilə Ələt-Türkmənbaşı-Ələt limanları arasında konteyner yükü daşınacaq. Gəmi eyni vaxtda 225 ədəd 20 futluq konteyner daşımaq gücünə malikdir.

Read More »

Ukrayna Hərbi Dəniz Donanması Qara dənizdə təlim keçirib

Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının tağımları ölkənin cənubunda kompleks plana uyğun hərbi təlimlər keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Hərbi Kəşfiyyatı İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığı üzrə planlaşdırılmış kompleks təlimləri Ukraynanın cənubunda, Qara dənizdə keçirilib. Təlimlərə Hərbi Hava Qüvvələri də cəlb olunub.

Read More »

Milli Məclisin İntizam komissiyasının tərkibi formalaşdırılıb – SİYAHI

Milli Məclisin İntizam komissiyasının tərkibi təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq təsdiqlənib. Komissiyasının aşağıdakı tərkibdə yaradılıb: Eldar İbrahimov Fəzail Ağamalı Nurlan Həsənov Həsənova Afət Məlahət İbrahimqızı Səttar Möhbalıyev Madər Musayev Nəsib Məhəmmədəliyev Hikmət Məmmədov Məşhur Məmmədov Nizami Səfərov Qeyd edək ki, komissiyanın tərkibində dəyişiklik edilməyib.

Read More »

Parlamentin Hesablayıcı komissiyasının tərkibi təsdiqlənib – SİYAHI

Azərbaycan Milli Məclisinin Hesablayıcı komissiyasının tərkibi təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq təsdiqlənib. Komissiya aşağıdakı tərkibdə yaradılıb: Eldar Quliyev Elnur Allahverdiyev Rauf Əliyev Emin Hacıyev Sevinc Hüseynova Sədaqət Vəliyeva Mixail Zabelin Qeyd edək ki, komissiyanın tərkibində dəyişiklik edilməyib.

Read More »