Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycana hava yolu ilə daha iki ölkə vətəndaşının giriş-çıxışına icazə verilib

Azərbaycana hava nəqliyyatı vasitəsilə daha iki ölkə və orada daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin giriş-çıxışına icazə verilib. Boyukmillet.com  xəbər verir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında bununla bağlı dəyişiklik edilib. Dəyişikliyə əsasən, Belarus və Rumıniya vətəndaşları, orada daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı …

Read More »

Nazirlik: “7 700-ə yaxın şəhid ailə üzvünə vərəsəlik şəhadətnamələri verilib”

“Vətən müharibəsi iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək proqramları çərçivəsində 7 700-ə yaxın şəhid ailə üzvünə qısa müddətdə vərəsəlik şəhadətnamələri təqdim edilib”. Boyukmillet.com-un xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov deyib. Nazir müavini onların sosial ödəmələrinin vaxtında təmin olunduğu, bu sahədə məlumatlılığın artırılması məqsədilə nazirliyin rəsmi internet saytında “Vərəsəlik şəhadətnaməsi” adlı bölmənin istifadəyə …

Read More »

Şəhid ailələrinə yardımın göstərilməsi Prezidentin daima diqqət mərkəzindədir – ŞƏRH EDİLDİ

“Şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının sosial müdafiəsi məsələsi Azərbaycan dövlətinin və dövlət başçısının daim diqqət mərkəzində olub və bu gün də diqqət mərkəzindədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Əziz Ələkbərli bildirib. Onun sözlərinə görə, 2021-ci il yanvarın 7-də cənab Prezident İlham Əliyevin fərmanı ilə ölkədəki şəhər və rayon İcra Hakimiyyətləri strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin …

Read More »

Türkiyə hərbçiləri Azərbaycan komandolarına təlim keçir

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda fəaliyyət göstərən hərbi qrupunun komandanlığı Azərbaycan Ordusunun Quru Qoşunlarının komandolarına təlim keçir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlim proqramı yanvarın 17-də başlayıb və 30-dək davam edəcək. Təlimlərin sərt relyef və hava şəraitində keçirildiyi vurğulanıb. Qeyd edək ki, keçirilən təlimin əsas məqsədi Azərbaycan Ordusunun Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin …

Read More »

Azərbaycanda koronavirusa sutkalıq yoluxma 3 mini ötüb

Azərbaycanda koronavirusa sutkalıq yoluxma 3 mini ötüb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, ölkədə koronavirus (COVID-19) infeksiyasına 3 192 yeni yoluxma faktı qeydə alınıb, 1 259 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 640 148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 619 050 nəfər müalicə olunaraq sağalıb, 8 …

Read More »

Zakir Həsənov İran Prezidenti ilə görüşüb

Yanvarın 26-da İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi bu ölkədə rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. İran Prezidenti Seyid İbrahim Rəisi xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını, Azərbaycan-İran ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin …

Read More »

Bakıda məktəbdə nalayiq hərəkətlər edən şagirdlərin izahatı alınıb, müəllimə töhmət verilib

Şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib. 165 nömrəli tam orta məktəbdən  verilən məlumata görə, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün təqdimat verilib. Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları valideyn və şagirdlərin izahatlarını alıb: “Üzrxahlıq edən …

Read More »

Diasporla İş üzrə Dövlət Komitəsindən narazılıq – Konqres prezidentə müraciət edib

“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 23 il tarixi olan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fəaliyyətini görməzdən gəlir, diaspora siyasətinin təməl prinsiplərini kobud şəkildə pozur. Komitənin məsul şəxslərinin yarıtmaz fəaliyyəti onu deməyə əsas verir ki, bu gün milli və dövlət maraqları şəxsi və korporativ maraqlara qurban verilir”.Boyukmillet.com xəbər verir ki, fikirlər Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə …

Read More »

Azərbaycan BMT Təhlükəsizlik Şurasına çağırış edib

“Təhlükəsizlik Şurası mülki şəxslərin müdafiəsinə xüsusi diqqət yetirməli, daim tələb etməlidir ki, silahlı münaqişədə bütün tərəflər beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərinə tam riayət etsinlər”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təşkilatın mənzil-qərargahında BMT Təhlükəsizlik Şurasının “Şəhərlərdə hərbi əməliyyatlar: şəhər şəraitində mülki şəxslərin müdafiəsi” mövzusuna həsr edilmiş iclasında deyib. O bildirib ki, S/2022/23 nömrəli konseptual məktubda …

Read More »