Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Bərgüşad-Göyçay yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. Cavanşir Ağarəhim oğlu Kərimovun idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə “Opel” markalı minik maşınının toqquşması nəticəsində hər iki avtomobil yoldan çıxaraq yaxınlıqdakı su arxına düşüblər və ikisi azyaşlı olmaqla 5 nəfər Göyçay rayon …
Read More »Yearly Archives: 2022
Polşa Belarusla sərhəddə hasar çəkir
Polşa Belarusla sərhəddə hasar çəkməyə başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi tviter səhifəsində məlumat yayıb. “Polşa-Belarus sərhədində hasarın tikintisinə başlanılıb. Bu gün Sərhəd Mühafizəsi tikinti sahələrini podratçılara təhvil verib”, – məlumatda deyilir. Hasarın uzunluğu 186 kilometr olacaq. Layihənin dəyəri 1,6 milyard zlotdur. Qeyd edək ki, 2021-ci ilin noyabrında minlərlə miqrant Polşa-Belarus sərhədində toplanıb. Onlardan bəziləri Polşaya …
Read More »ABŞ Belarusa xəbərdarlıq edib
“Belarus ərazisindən Ukraynaya hücum üçün istifadə edilərsə, ABŞ və onun müttəfiqləri Minskə qarşı tədbir görəcəklər”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays növbəti brifinqdə deyib. Onun sözlərinə görə, Rusiya qoşunları Belarus ərazisində daimi yerləşərsə, NATO Belarusla həmsərhəd ölkələrdə öz qüvvələrinin düzülüşünə yenidən baxmalı ola bilər: “Biz həmçinin Belarusa açıq şəkildə bildirdik ki, ərazisinin Ukraynaya hücumu …
Read More »QHT Agentliyi və Vəqflər Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalanacaq
Məlum olduğu kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri başlayıb. Səfər çərçivəsində Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva və Agentliyin departament müdiri Elnur Bağırlının təmsil olunduğu nümayəndə heyəti Türkiyə Respublikasının Vəqflər Baş İdarəsinin rəisi cənab …
Read More »Leninqradı müdafiə edən azərbaycanlıların xatirəsi Sankt-Peterburqda əbədiləşdirilə bilər
Sankt-Peterburq qubernatoru Aleksandra Beqlov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbül oğlu və Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə iqtisadi və humanitar əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. A. Beqlov xatırladıb ki, bir neçə gündən sonra, yanvarın 27-də Leninqradın faşist blokadasından tam azad edilməsinin 78-ci ildönümü qeyd olunacaq. Qubernator qeyd …
Read More »Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə görüşüb -Yenilənib
İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə görüşüb. Görüşdən əvvəl rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov fəxri qarovulun önündən keçib. Şəhidlərin xatirəsi ehtiramla yad edilib, Müdafiə Nazirliyi adından əklil qoyulub. Tərəflər əvvəlcə …
Read More »Azərbaycan və Finlandiya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Finlandiya Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Finlandiya tərəfdən isə bu ölkənin Xarici İşlər Nazirliyinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin baş direktoru xanım Marya Livala rəhbərlik ediblər. Məsləhətləşmələr zamanı 24 mart 2022-ci il tarixində iki ölkə arasında diplomatik …
Read More »Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Məhəmmədrza Gərayi Aştiani ilə görüşüb. Görüşdən əvvəl müdafiə naziri general-polkovnik Z.Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sərgi salonunda nümayiş etdirilən müxtəlif təyinatlı hərbi məhsullarla tanış olub. Qonaqları İranda görməkdən məmnunluğunu ifadə edən general-mayor M.Gərayi …
Read More »QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyəyə rəsmi səfəri başlayıb
Yanvarın 25-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri başlayıb.Boyukmillet.com xəbər verir ki, Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva və departament müdiri Elnur Bağırlının təmsil olunduğu nümayəndə heyəti əvvəlcə ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla …
Read More »Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə görüşüb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Bildirilib ki, Azərbaycan müdafiə naziri İrana ikigünlük səfəri çərçivəsində yüksəkrütbəli hərbi və siyasi rəsmilərlə görüşəcək. Səfərin əsas məqsədləri birgə hərbi təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsidir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar