Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2022

Baş Prokurorluq Eldar Mahmudovun əmisi oğlu ilə bağlı məhkəməyə müraciət edib

Baş Prokurorluq keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan hökmdən apellyasiya protesti verib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Belə ki, Baş Prokurorluq birinci instansiya məhkəməsinin V.Mahmudovun əmlakları ilə bağlı çıxardığı hökmdən narazı qalıb. Məlumata görə, apellyasiya protestinin verilmə müddəti başa çatıb. Prokurorluq isə müddətin bərpası üçün Bakı …

Read More »

Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçiriləcək

Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu, parlamentin Gənclər və idman komitəsinin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planında əksini tapıb. Sessiyada Milli Məclisə daxil olacaq qanun layihələri, bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələlərlə yanaşı, komitədə “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin, eləcə də “Ali təhsil haqqında” qanun layihəsində gənclərlə bağlı müddəaların …

Read More »

Azərbaycanın bank sektorunun xalis mənfəəti 7% artıb

Azərbaycanın bank sektoru 2021-ci ili 609 milyon manat xalis mənfəət əldə edib. Boyukmillet.com  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 7,3% çoxdur. Ötən il bankların əməliyyat gəlirləri 2 983 milyon manat (əvvəlki ilə nisbətən 15,1% çox), əməliyyat xərcləri 2 009,1 milyon manat (16,2% çox), xüsusi ehtiyatlara ayırmaları 200 milyon manat (52,8% çox), digər gəlirləri 0,7 milyon manat (17% …

Read More »

Azərbaycanla Qətər arasında viza rejimi ləğv edilib

Azərbaycanla Qətər arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş təsdiqlənib. Boyukmillet.com  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. Sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş təsdiq edilib. Qeyd edək ki, Saziş 2021-ci il oktyabrın 18-də Bakı şəhərində imzalanıb.

Read More »

Azərbaycanın müdafiə naziri Finlandiya XİN-in nümayəndə heyəti ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 24-ü Azərbaycanda işgüzar səfərdə olan Finlandiya Xarici İşlər Nazirliyi Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin baş direktoru xanım Marya Livalanın rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri qonaqları salamlayaraq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən …

Read More »

“Xaricdəki əmlakların müsadirə edilməsi üçün tədbirlər başlanıb” – Baş prokuror

Təqsirləndirilən şəxslərə məxsus xarici ölkələrdə yerləşən əmlakların müsadirə edilməsi prosesinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda ötən ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında deyib. O bildirib ki, ötən il xüsusi müsadirənin həyata keçirilməsi istiqamətində aktivlərin aşkarlanması və izlənməsi sahəsində görülən tədbirlərlə təqsirləndirilən şəxslərə məxsus 227 daşınmaz əmlak, 83 torpaq sahəsi, 314 nəqliyyat vasitəsi, …

Read More »

Prezident Azərbaycanla Səudiyyə Ərəbistanı arasında gömrük işi sahəsində sazişi təsdiqləyib

Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri arasında gömrük işi sahəsində saziş təsdiqlənib. Boyukmillet.com  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. Sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2021-ci il noyabrın 15-də Ər-Riyad şəhərində imzalanmış Şaziş təsdiq edilib.

Read More »

İrandan Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb, saxlanılan var

İrandan Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə  Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, yanvar ayının 22-də saat 19:45 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Şıxalıağalı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd …

Read More »

Gürcüstanın tanınmış azərbaycanlı jurnalisti vəfat edib

Gürcüstanın Əməkdar mədəniyyət işçisi, tanınmış azərbaycanlı jurnalisti, sair-publisist Nəsib Nəsibov vəfat edib. Boyukmillet.com xəbər verir ki, o, 84 yaşında dünyasını dəyişib. “Şərəf” ordenli N.Nəsibov Gürcüstanda nəşr olunan azərbaycandilli “Gürcüstan” qəzetinin keçmiş şöbə müdiri olub. N.Nəsibov gürcü şair və yazıçıların bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib, “Gürcücə-azərbaycanca lüğət” kitablarının həmmüəllifi olub. Allah rəhmət etsin!

Read More »