Milli Məclisdə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi hazırlanacaq. Boyukmillet.com-un əldə etdiyi məlumta görə, bu, parlamentin İnsan hüquqları komitəsinin 2022-ci il yaz sessiyasının işləri planında əksini tapıb. Qeyd edək ki, həmin məsələyə komitənin bu gün keçirilən iclasında baxılması və təsdiq edilməsi gözlənilir.
Read More »Yearly Archives: 2022
Bu gündən Azərbaycanda immunitet sertifikatı yeni qayda ilə veriləcək
Bu gündən Azərbaycanda koronavirusla bağlı immunitet sertifikatı yeni qayda ilə veriləcək. Boyukmillet.com xəbər verir ki, COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün sonra veriləcək. Əvvəllər bu müddət 14 gün idi. Qeyd edək ki, bu gündən eyni zamanda laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin …
Read More »Ukraynanın aqrar siyasət naziri Azərbaycana səfər edəcək
Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. “Report”un Şərqi Avropa bürosunun Ukrayna Nazirlər kabinetindən əldə etdiyi məlumata görə, səfər yanvarın 30-da gözlənilir. İki günlük nəzərdə tutulan rəsmi səfərdə bir sıra görüşlərin və müzakirələrin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu il yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində Azərbaycanın …
Read More »Bakıdan Şuşaya gedən avtobuslara 400-ə yaxın bilet satılıb
Bu gündən Bakı-Şuşa-Bakı marşrutu üzrə həyata keçirilən müntəzəm avtobus reyslərinə 400-ə yaxın bilet satılıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, fevralın 15-dək sözügedən istiqamətdə bütün reyslərə bilet satışı tamamlanıb. Bakı-Ağdam-Bakı marşturu üzrə isə bilet satışı bir qədər zəifdir. Belə ki, sərnişinlər bir gün sonra yerinə yetiriləcək reyslərə bilet ala bilərlər. Eyni sözü Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutu üzrə həyata keçirilən avtobus reysləri haqqında da demək …
Read More »Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (24.01.2022)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,02 % artaraq 1,9256 manat, Rusiya rublunun məzənnəsi isə 0,4 % azalaraq 0,0220 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,92561 Rusiya rublu0,02201 Avstraliya dolları1,22021 Argentina pesosu0,01631 Belarus rublu0,66111 Braziliya rialı0,31191 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1126100 Cənubi Koreya …
Read More »Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb
Azərbaycanda yanvarın 24-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq. Atmosfer …
Read More »Malidəki Fransa bazası raket atəşinə tutulub
Malinin şimalındakı Fransa bazası raket atəşinə tutulub. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, hərbi bazada missiyanı yerinə yetirən 20 italyan əsgərindən xəsarət alan olmayıb. Bazanın rəhbəri Lorenzo Guerini vəziyyətin inkişafını diqqətlə izləyir. Fransanın Malidəki əsas hərbi bazası Qao bölgəsində yerləşir. Bölgə həm də Fransanın 2013-cü ildən Malidə keçirdiyi Barkhane əməliyyatının mərkəzi hesab olunur.
Read More »Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayır
“Yolumuz Qarabağa” layihəsi ilə işğaldan azad edilən ərazilərə təşkil olunan səfərlər çərçivəsində Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayır. Bunu “Report”un sorğusunda cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Məlumata görə, hazırda sabah, yəni yanvarın 24-də daxil olmaqla Ağdama getmək istəyənlər üçün satışda biletlər var. Bakı-Ağdam marşrutunun birtərəfli qiyməti 9,40, Bərdə-Ağdam marşrutunun qiyməti isə 5 manatdır. Yerlər məhduddur. “Bilet satışı …
Read More »Türkiyədə avtobus dərəyə aşıb, ölənlər var
Türkiyənin İstanbul şəhərində, Şimali Mərmərə şosesində sərnişin avtobusu dərəyə yuvarlanıb. Bu barədə Boyukmillet.com “Habertürk”ə istinadən xəbər verir. Hadisə nəticəsində 2 nəfər ölüb, yaralananlar var. Qəzanın səbəbi hələ müəyyən edilməyib. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və yanğınsöndürənlər göndərilib.
Read More »Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirməsi məqsədilə N nömrəli hərbi hissədə keçirilən təlim toplanışı davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, toplanışda xüsusi təyinatlı qrupların döyüşdə müxtəlif üsullarla yerdəyişmə fəaliyyətləri nümayiş etdirilib. Toplanış zamanı iştirakçılara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir, eləcə də ilkin tibbi yardım …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar