Cümə , 3 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan Ordusunda 20 Yanvarla bağlı silsilə tədbirlər keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliğ edilməsi, mənəvi-psixoloji və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlər keçirilib. Tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını, eləcə də faciə qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edib, hərbi hissə, müəssisə və təşkilatlarda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunub. …

Read More »

Azərbaycanlı və ukraynalı gənclər 20 Yanvar ilə bağlı humanitar aksiya keçiriblər

Ukrayna-Azərbaycan Gənclər hərəkatı 20 yanvar faciəsi ilə bağlı humanitar aksiya həyata keçirib. Boyukmillet.com xəbər verir ki, hərəkat üzvləri Ukrayna Səhiyyə Nazirliyi Poltava Regional Şurasının dayaq-hərəkət sistemi xəstəlikləri olan uşaqlar üçün psixonevroloji xəstəxanasında xəstələr üçün humanitar dəstək həyata keçiriblər, geyim və qida məhsulları paylayıblar. Daha sonra aksiya çərçivəsində hərəkatın həmsədri Əkbər Hüseynzadə yerli ictimaiyyətə və mətbuata Bakı qırğınının tarixi, keçmiş İttifaqa …

Read More »

Fərid Şəfiyev: “20 yanvar hadisələrinə beynəlxalq hüquqi qiymət verilməsi üçün mübarizəmizi davam etdirməliyik”

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “20 yanvar 1990-cı il Bakı hadisələrinə tarixi baxış” adlı vebinar keçirilib. Boyukmillet.com  xəbər verir ki, vebinarda çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, bu gün əvvəllər Azərbaycanda faciə günü kimi qəbul edilsə də, artıq milli qürur kimi qeyd edilir.Onun sözlərinə görə, 2020-ci ilin noyabrında Azərbaycanın …

Read More »

Türkiyə və Estoniya XİN başçıları Ermənistanla bağlı məsələni müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə estoniyalı həmkarı Eva-Maria Liimetsin görüşündə rəsmi Ankaranın Ermənistanla münasibətləri də müzakirə olunub. Boyukmillet.com xəbər verir ki, bunu M.Çavuşoğlu danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında deyib. “Türkiyə-Ermənistan əlaqələrinin normallaşması da daxil olmaqla bir çox regional məsələlər barədə fikir mübadiləsi apardıq. Görüşümüz səmərəli keçdi. Ən yaxın zamanda mən də Estoniyada olmaq istəyərəm”, – o bildirib.

Read More »

İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verib

İsrailin Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib. “İsrail səfirliyi Azərbaycan xalqı ilə birlikdə Qara Yanvarı qeyd edir”, – paylaşımda bildirilib.

Read More »

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib

Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib. “1990-cı il yanvarın 20-də Azərbaycanda baş verən və “Qara Yanvar” olaraq adlanan qətliamda şəhid olan qardaşlarımızı rəhmətlə anırıq. Yaxşı gündə də, pis gündə də “tək millət, iki dövlət” olaraq azərbaycanlı qardaşlarımızla birlikdə olmağa davam …

Read More »

Burdur şəhərində 20 yanvar şəhidləri anılıb

“Azerbaycanlı Öğrenciler Derneği” Burdur nümayəndəliyi tərəfindən 20 Yanvar – Ümumxalq hüzn günü münasibətilə tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbir öncəsi şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Dövlət Himni səsləndirilib. Burdur şəhər nümayəndəsi Nurlan Qasımzadə öz çıxışı zamanı 1990-cı illdə SSRİ-nin Bakıda törətdiyi qətliam haqqında gənclərə məlumat verib. Tədbirin təşkilatçılarına, başda Nurlan bəy olmaqla, təşəkkür edirik.

Read More »

Rusiya XİN: “Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir”

“Müxtəlif ölkələrin, o cümlədən Ukrayna ilə Azərbaycanın ikitərəfli əlaqələr qurması onların suveren hüquqlarına aiddir, mühüm məsələ bunun üçüncü tərəfə qarşı yönəlməməsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Prezident İlham Əliyevin Ukraynaya son səfərinə münasibət bildirərkən deyib. “Biz özümüz başqa ölkələrlə əlaqə qurarkən bu təməl prinsipi əsas götürür, tərəfdaşlarımızdan da eyni mövqeyə riayət etmələrini gözləyirik”,  …

Read More »

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini anır – FOTOREPORTAJ

Səhər saatlarından etibarən Azərbaycan xalqı Şəhidlər xiyabanına üz tutaraq 1990-cı il 20 Yanvar hadisələri zamanı ölkənin ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edirlər. Boyukmillet.com xəbər verir ki, ziyarətçilər şəhidlərin məzarı önünə gül dəstələri düzür, onların ruhuna dualar oxuyurlar. Şəhidlər xiyabanından fotoreportajı təqdim edirik: Foto: Ehtiram Cəbi

Read More »

“Qara Yanvar” qurbanları Moskva şəhərində yad edilib

Azərbaycanın Rusiyadakı səfirliyində 1990-cı ilin 20 yanvar günü həlak olanların xatirəsi yad edilib. Boyukmillet.com xəbər verir ki, səfirliyin qarşısında qurulan xatirə lövhəsinə gül dəstələri qoyulub. Mərasimdə Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları, Rusiyadakı diasporun tanınmış nümayəndələri iştirak ediblər. 

Read More »