Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Ceyhun Bayramov Avstriyaya gedib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfərlə yola düşüb. Səfər çərçivəsində nazir ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçiriləcək açılış iclasında iştirak edəcək. Səfər çərçivəsində həmçinin ATƏT və Avstriya rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Read More »

Çingiz Əsgərov: “Gələcəkdə Azərbaycanda sığınacaq axtaranların sayı artacaq”

“Gələcəkdə Azərbaycana gələrək sığınacaq axtaranların sayı artacaq. Ona görə də dövlət orqanları bu prosesə hazır olmalıdırlar. Çünki bu kimi məsələləri onlar həll etməli olacaqlar”. Boyukmillet.com xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarlar toplusunun nəşri ilə bağlı tədbirdə deyib. O xatırladıb …

Read More »

Qarabağa səfərlərlə bağlı sayt yaradılıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərlərlə bağlı sayt yaradılıb. Boyukmillet.com xəbər verir ki, yolumuzqarabaga.az saytını Dövlət Turizm Agentliyi yaradıb. İnternet resursunun bu gündən işə düşəcəyi gözlənilir. Xatırladaq ki, yanvarın 24-dən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. Nəzərdə tutulan marşrut xətləri Bakı – Şuşa – Bakı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli, Bakı – Ağdam – Bakı və Bərdə …

Read More »

BMT QAK Azərbaycana təşəkkür edib

BMT QAK Azərbaycana beynəlxalq hüquqa hörmətlə yanaşdığına görə təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəsi Quido Ambroso Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qaçıqnlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarlar toplusunun nəşri ilə bağlı tədbirdə deyib. Onun sözlərinə görə, qaçqınlar və sığınacaq axtaranlarla bağlı vəziyyətdə …

Read More »

Bolqarıstanın Hərbi Akademiyasının rəisi Azərbaycana gəlib

Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Bolqarıstanın G.S.Rakovski adına Hərbi Akademiyasının rəisi general-mayor Qrudi Angelovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin dostluq və səmərəli əməkdaşlıq üzərində qurulduğunu vurğulayan general-leytenant Heydər Piriyev ölkəmizdə müasir ordu quruculuğu və hərbi qulluqçuların peşakarlıq səviyyəsinin artırılması istiqamətində aparılan işlər barədə danışıb. Qeyd olunub ki, ölkəmizdə hərbi təhsil sistemi …

Read More »

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb

“Yerevan Türkiyə ilə ikitərəfli münasibətlərin normallaşdırılması imkanlarına dair daha məzmunlu müzakirələr gözləyir”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib. “Yerevan növbəti görüşdə Ankara ilə daha məzmunlu danışıqların olacağını gözləyir. Əgər gündəm kifayət qədər ciddi və məzmunlu olarsa, o zaman müxtəlif görüşlər və ya onların keçirilməsi formatları haqqında düşünə bilərik. Amma məncə bu mövzu haqqında …

Read More »

Səlcuq Bayraktar: “Biz torpaqlarımızı geri aldıq və bununla da qürur duyuruq”

“Biz torpaqlarımızı geri aldıq və bununla da ancaq qürur duyuruq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri özünün rəsmi tviter hesabında Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Massaçusets Texnologiya İnstitutunun bir əməkdaşının Azərbaycanın Vətən müharibəsi dövründə “Səlcuk Bayraktara təhsil verdiyimiz üçün utanırıq” sözlərinə cavab olaraq bildirib. Səlcuk Bayraktar tvitində utanılacaq şeylərin törədilən soyqırımı və qətliamlar olduğunu ifadə edib.

Read More »

DİN Katibliyinə yeni rəis təyin olunub – EKSKLÜZİV

Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, DİN Baş Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə Katibliyin rəisi təyin edilib. DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Qeyd edək ki, DİN Katibliyinin əvvəlki rəisi polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət …

Read More »

Milli Məclisin yaz sessiyasında ilk komitə iclası keçirilir

Milli Məclisin yaz sessiyasında ilk komitə iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, hazırda parlamentin Elm və təhsil komitəsinin toplantısı keçirilir. Deputatlar əvvəlcə komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planını və ötən sessiyada görülən işlərin hesabatını müzakirə edəcəklər. Daha sonra isə cari məsələlər ətrafında fikir və təkliflərini söyləyəcəklər. Bu gün eyni zamanda, parlamentin Regional məsələlər komitəsinin də ilk iclası baş …

Read More »