Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2022

Avropa Parlamenti sədrinin seçkiləri yanvarın 18-də baş tutacaq sessiya zamanı keçiriləcək.

Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb. Mövcud nizamnaməyə uyğun olaraq  həmin vəzifəni seçkilərə qədər parlament sədrinin birinci müavini Roberta Metsola icra edəcək. Xatırladaq ki, Avropa Parlamentinin sədri David Sassoli ötən gecə Aviano şəhərindəki onkologiya mərkəzində vəfat edib. 66 yaşlı D.Sassoli immun sisteminin pozulması ilə əlaqədar ötən ayın sonundan həmin səhiyyə ocağında yatırdı.

Read More »

Vüqar Səfərli Əli Həsənov və oğlu ilə bağlı məhkəməyə şikayət edib

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin barəsində olan hökmdən verilən apellyasiya şikayətinin detalları məlum olub. oyukmillet.com “Report”a istinadən verdiyi məlumata görə, onun şikayətində göstərilib ki, KİVDF həqiqətən Mətbuat prospektidə yerləşən binada icarə haqqı müqabilində icarəçi kimi fəaliyyət göstərib. Bildirilib ki, Fondla icarəyə verən arasında bağlanan rəsmi müqavilələr mövcuddur: “Həmin müqavilələr üzrə …

Read More »

MN: Kəlbəcərdə vəziyyət gərginləşib, qarşı tərəflə bağlı tədbirlər görülür

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir. Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Read More »

“Qalatasaray”ın yeni baş məşqçisi bəlli olub

Türkiyə “Qalatasaray”ının yeni baş məşqçisi müəyyənləşib. Boyukmillet.comun məlumatına görə, bu barədə klubun prezidenti Burak Elmas açıqlama verib. Funksioner ispaniyalı Domenek Torrenlə anlaşdıqlarını bildirib. O, 60 yaşlı mütəxəssisin yaxın günlərdə Türkiyəyə gələrək müqavilə imzalayacağını bildirib. Qeyd edək ki, “Qalatasaray” ötən gün Fatih Terimlə yollarını ayırıb.

Read More »

Bakıda aztəminatlı ailələri təhqir edən sürücü saxlanılıb

Bakıda aztəminatlı ailələri təhqir edən sürücü saxlanılıb. Boyukmillet.com Daxili İşlər Nazirliyi (DIN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gallendvagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb. Bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilb və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb. S.Bağırovla polis idarəsində …

Read More »

Parisdə “Karikatura Evi” açılacaq

Fransanın paytaxtı Parisdə qəzet və jurnallarında dərc edilmiş ən uğurlu karikaturaların toplanacağı “Mətbuat Krikaturaları Evi” yaradılacaq. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bununla bağlı Prezident Emmanuel Makron qərar verib. Bu təşəbbüs 2020-ci ildə ortaya çıxıb. Ötən ilin sentyabr ayında isə Mədəniyyət Nazirliyi bu layihə üçün 2 milyon avro ayırıb. Qeyd edilir ki, Parislə yanaşı, “Karikatura Evi”nə ev sahibliyi etmək üçün Strasburq, Limoj, Bordo …

Read More »

Cənubi Koreya KXDR-i raket sınaqlarını dayandırmağa çağırıb

Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi Koreya Xalq Demokratik Respublikasını (KXDR) raket sınaqlarını dərhal dayandırmağa çağırıb. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bu barədə “The Korea Herald” qəzeti məlumat yayıb. “Biz raket sınaqlarının dərhal dayandırılmasına çağırırıq, çünki onlar beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır, həmçinin Koreya yarımadasında hərbi gərginliyi artırır”, – məlumatda qeyd edilib. Məlumatda vurğulanır ki, KXDR BMT …

Read More »

Ərəb koalisiyası Yəmənin azad edilməsi əməliyyatına başlayıb

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası husilərin nəzarətində olan ərazilərin bir hissəsini azad etmək məqsədilə bütün cəbhələrdə genişmiqyaslı hərbi əməliyyata başlayıb. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” TV məlumat yayıb. Ərəb koalisiyasının nümayəndəsi bildirib ki, husilər ölkədə münaqişənin siyasi həlli prosesinə xələl gətirir və dialoqdan imtina edirlər. Bundan əvvəl yanvarın 10-da ərəb koalisiyasi husi qoşunlarının Yəmənin mərkəzindəki …

Read More »

Azərbaycana qarşı qərəzli mövqe tutan beynəlxalq təşkilatların siyahısı açıqlanıb

Azərbaycanla bağlı qərəzli mövqedən çıxış edən beynəlxalq təşkilatların adları açıqlanıb. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ötən il mərkəzin ekspertlərinin Azərbaycan əleyhinə əsassız iddialara qarşı yazdıqları cavab yazılarını dərc etməkdən imtina edən beynəlxalq institutlara dair ingilis dilində hesabat hazırlayıb. Vurğulanıb ki, azərbaycanlı ekspertlər, akademiklər və şərhçilər üçün münaqişə və regionla bağlı Qərbdəki akademik jurnallarda yazı dərc etdirmək …

Read More »

AZAL və törəmə şirkəti ötən il 1 milyondan çox sərnişin daşıyıb

2021-ci ildə “Azərbaycan Hava Yolları” QSC (AZAL) və onun aşağı büdcəli törəməsi – “Buta Airways” birlikdə 1,125 milyon sərnişin daşıyıb. Boyukmillet.com “Report” a istinadən xəbər verir. Məlumata görə, bunun 875 mini AZAL-ın özünün, 250 mini isə “Buta Airways”in payına düşüb. Bildirilir ki, 2021-ci il ərzində Azərbaycanın hava limanlarında 2,93 milyon sərnişinə xidmət göstərilib. “Bu göstərici COVID-19 pandemiyasının başlanması, beynəlxalq hava əlaqəsinin ləğvi və sərhədlərin bağlanması ilə əlaqədar sərnişin …

Read More »