Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2022

Bakıda oğurlanan 2 yaşlı uşağın atası istintaqa cəlb edilib

Bakıda oğurlanan 2 yaşlı uşağın atası istintaqa cəlb edilib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu rayonunda 2 yaşlı M.Şıxalıyevin oğurlanması ilə bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə Cinayət İşi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilib. …

Read More »

Ermənistanın keçmiş hərbi kəşfiyyatçısı Baş Qərargahın rəis müavini təyin olunub

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı Hərbi Kəşfiyyat İdarəsi rəisinin keçmiş müavini general mayor Arakel Martikyan Baş Qərargah rəisinin müavini təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan müvafiq sərəncam imzalayıb. Bildirilib ki, o, 2021-ci il avqustun 9-da Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı Hərbi Kəşfiyyat İdarəsi rəisinin müavini vəzifəsindən azad edilmişdi.

Read More »

Azərbaycanda COVID-19-la bağlı vəziyyət sabitdir

“Hazırda Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyət sabitdir”. Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, yoluxma hallarının sayındakı rəqəmlər də bunu sübut edir. Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxma saylarında azalma qeydə alınır. Belə ki, ötən sutka 555 nəfər virusa yoluxub, hazırda aktiv xəstə sayı 7 228 nəfər təşkil edir.

Read More »

Əbdürrəhman Vəzirov vəfat edib

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov vəfat edib. Bu barədə “Report”a onun oğlu Eldar Vəzirov məlumat verib. Ə.Vəzirov 91 yaşında dünyasını dəyişib. Qeyd edək ki, əslən Şuşadan olan siyasətçi 1930-cu ildə Bakının Binəqədi rayonunda anadan olub. O, 1988-ci ildən 1990-cı ilədək Azərbaycan SSR-ə rəhbərlik edib. 1990-cı il 20 Yanvar qırğınından sonra Rusiyaya sığınıb və ömrünün sonunadək …

Read More »

Azərbaycanda 101 milyon manatlıq əmlakın üzərinə həbs qoyulub

2021-ci ildə korrupsiya hüquqpozmasına yol verən 492 şəxs barəsində 301 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində bildirilib. Qeyd edilib ki, 39 milyon 224 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, həmçinin 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub, eləcə də cinayət məsuliyyətindən azad olunan …

Read More »

Qazaxıstanda general özünü güllələyərək intihar edib, iki polkovnikin meyti tapılıb

Qazaxıstanın Cambıl vilayəti Polis İdarəsinin rəisi, bölgənin komendantı general-mayor Janat Süleymanov intihar edib. Boyukmillet.com “Komsomolskaya Pravda” istinadən xəbər verir ki, onun meyiti yaşadığı evdə aşkarlanıb. Qazaxıstanın hüquq-mühafizə orqanları ölkədə baş verən ixtişaşlarla bağlı J.Süleymanov barəsində cinayət işi açıb. Məlumata görə, Cambıl vilayətinin Taraz şəhərində etirazçılar polis idarəsi binasını yandıraraq, orada saxlanılan tabel silahları ələ keçiriblər. Bu hadisəyə görə J.Süleymanovu tribunal gözləyirmiş. General-mayor …

Read More »

Füzulidə ermənilərin atıb qaçdığı raket kompleksləri aşkarlanıb

Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, işğaldan azad edilən ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir. Belə ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları …

Read More »

DTX saxta sosial şəbəkə hesabları ilə bağlı xəbərdarlıq edib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) saxta sosial şəbəkə hesabları ilə bağlı xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb. “Son zamanlar bəzi sosial şəbəkə platformalarında Dövlət Təhlükəsizliyi Xidmətinin adından istifadə etməklə yaradılmış bir sıra saxta səhifə və profillərin fəaliyyəti müşahidə edilməkdədir. Belə halların mövcudluğu bir çox istifadəçilərin bu hesabları rəsmi mənbə kimi qəbul etməsinə səbəb …

Read More »

Bakıda şagirdləri döyən direktorun izahatı alınıb

“Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı izahatı alınıb”. Bunu “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. O deyib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən müvafiq təhqiqat araşdırmaları aparılıb: “Tərəflərin izahatları alınıb. Məlum olub ki, məktəbin IX sinif şagirdləri mütəmadi …

Read More »

Azərbaycanda universitet tələbəsi vəfat edib

Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsi vəfat edib. Bu barədə  ali məktəbdən məlumat verilib. Qeyd olunub ki, LDU-nun “Tarix-coğrafiya və incəsənət” fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisasının V kurs tələbəsi Maral Anar qızı Quluzadə uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib.

Read More »