Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Cəlilabadın keçmiş icra başçısının məhkəməsi başlayıb

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 18-nə təyin edilib.09.18 Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə …

Read More »

Türkiyə və Rusiya XİN başçıları Qazaxıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, tərəflər iki ölkə arasındakı əlaqələri müzakirə ediblər. Nazirlər həmçinin NATO-Rusiya görüşü, Qazaxıstan, Bosniya və Herseqovina və Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Read More »

DİN rəsmisi: “Saxta FHN polkovnikinə kim salam veribsə, hamısını aldadıb”

“Özünü FHN polkovniki kimi təqdim edən Rasim Əhmədli ona kim salam veribsə, hamısını aldadıb, kim inanıbsa, zərər çəkib”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. “Dələduzlara xas olan bütün ritual qaydalara da ciddi əməl edib. Saxta polkovnik Rasim Əhmədli əvvəllər də Cinayət Məcəlləsinin 178 (dələduzluq), 221 …

Read More »

Türk Dövlətləri Təşkilatı: “Qazaxıstanla həmrəy olduğumuzu bəyan edirik”

“Qazaxıstanda sülh və sabitliyə verdiyimiz önəmi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının bəyanatında qeyd olunub. “Qardaş qazax xalqının sağlam düşüncəsinə və normal vəziyyətə qayıdış arzusuna güvənirik. Qazaxıstan rəsmilərinin sülhsevər şəkildə gərginliyin arxada qoyulması, sabitlik və əmin-amanlığın bərpasına qadir olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duya biləcəyi dəstəyi …

Read More »

“Köhnə asılqandı dar ağacları”

Köhnə asılqandı dar ağacları, Şahın fərmanları asılır hər gün. Tökür nallarını nallı çiçəklər, Üzəngi çiçəklər basılır hər gün. Qalxan çiçəklərin boyları qalxmır! Havamı? Hava da çiçək havası… Çörək adamları döyüşdən gəlir, Gedir küçələrdə çörək davası. Sərkərdə çiçəklər əli yalındı, Tarix döngəsində düşüb tacları. Döyüş günündədi çiçək adamlar, Hər gün çiçəkləyir dar ağacları. Paşa Talıblı

Read More »

Türkiyə rəsmisi: “BTQ ilə ölkəmizə yükdaşımalar ötən il 2 dəfə artıb”

2021-ci ildə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Türkiyəyə yük daşımaları 98% və yaxud təxminən 2 dəfə artaraq ən yüksək artım nümayiş etdirib. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyəninn nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu bildirib. Bundan başqa, onun sözlərinə görə, ötən il Türkiyənin beynəlxalq yükdaşımaları əvvəlki illə müqayisədə 24% artıb. Artım Avropa daşımaları üzrə 20%, İran üzrə isə 15% olub.

Read More »

Mövlud Çavuşoğlu NATO XİN başçılarının fövqəladə toplantısında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 7-də NATO ölkələri xarici işlər nazirlərinin fövqəladə toplantısına qatılacaq. Boyukmillet/com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, videokonfrans formatda keçiriləcək iclasda Avropadakı təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Read More »

Əfqanıstanda daşqın 11 nəfərin həyatına son qoyub

Əfqanıstanda daşqın və güclü qar səbəbindən azı 11 nəfər ölüb, 23 nəfər zərər çəkib. Boyukmillet.com xəbəbr verir ki, son günlərdə güclü yağan qar daşqınlara səbəb olur. Ölkənin Gilmend, Nimroz, Nanqarhar, Bədəhşan, Cauzcan, Tahar, Qəndəhar və Kabil kimi bölgələrində oxşar vəziyyət müşahidə olunur. Fövqəladə hallar üzrə qurumların nümayəndələri onlarla insanı xilas edərək təbii fəlakət zonalarından təxliyə ediblər.

Read More »

Prezident və birinci xanım “Xanım Fatimeyi Zəhra” məscidində yaradılan şəraitlə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar. Boyukmillet.com xəbər verir ki, məscidin qəzalı vəziyyətdə olan əvvəlki ikimərtəbəli binasında dindarların ibadəti üçün heç bir şərait yox idi. Məsciddə eyni vaxtda maksimum 500-550 nəfər ibadət edə bilirdi. İbadət edənlərin sayı çox olduğundan, məscidə …

Read More »