Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2022

ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutulub

ABŞ hərbçilərinin Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində yerləşdiyi Ömər bazası raket atəşinə tutulub. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum terrorçu qrupların yerləşdiyi Əl-Məyadin bölgəsindən həyata keçirilib. Atəş 10-a yaxın raketdən istifadə edilməklə həyata keçirilib. Dəymiş ziyanla bağlı məlumat daxil olmayıb. ABŞ qüvvələri buna cavab olaraq Əl-Məyadin bölgəsindəki atəş nöqtələrini atəşə tutub

Read More »

Azərbaycanın Qazaxıstandakı səfirliyi soydaşlarımıza müraciət edib

Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Əziz vətəndaşlarımız! Bildiyiniz kimi, cari ilin 19 yanvar tarixinədək bütün Qazaxıstan Respublikası ərazisində fövqəladə vəziyyət elan edilmişdir. Vətəndaşlarımızın rəsmi məlumatları izləməyi və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət olunur”. Əziz vətəndaşlarımız!Bildiyiniz kimi, cari ilin 19 yanvar tarixinədək bütün Qazaxıstan Respublikası ərazisində fövqəladə vəziyyət …

Read More »

Qazaxıstanın Dövlət Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin olunub

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Saken İsabekovun respublikanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. “Saken İsabekov Sainoviç Qazaxıstan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin”, – sərəncamda deyilir. İsabekov əvvəllər Dövlət Mühafizə Xidməti rəhbərinin müavini – Prezidentin mühafizə xidmətinin rəhbəri vəzifəsində işləyib. Dövlət …

Read More »

Cəlilabadın keçmiş icra başçısının məhkəməsi başlayır

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə iclası başlayır. Boyukmillet.com xəbər verir ki, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləcək. Qeyd edək ki, N.Zeynalov 2020-ci ilin dekabr ayında Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf …

Read More »

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi – paytaxt Nur-Sultana hərbi qüvvə yeridildi – VIDEO

Qazaxıstanın bütün ərazilərində fövqəladə vəziyyət elan edilib. Baki-xeber.com xəbər verir ki, bu barədə Sputnik Qazaxıstan məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, etiraz aksiyaları ölkənin əsas şəhərlərini bürüyüb. Bu səbəbdən də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalamaq məcburiyyətində qalıb. Bu xəbərin ardınca paytaxt Nur-Sultana hərbi qüvvə yeridilib. Bununla bağlı “Russia Today” (RT) görüntülər yayıb. Videoda şəhərin ən canlı məkanlarından …

Read More »

Qazilərimiz Adanadadır

Qardaş Türkiyə Cümhüriyyətinə səfər edən Vətən müharibəsində yüksək orden və medallara layiq görülmüş qazilər, xüsusi təyinatlı hissələrin tərkibində döyüşlərdə iştirak etmiş ehtiyatda olan hərbçilərin növbəti səfəri Adana şəhərinədir. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyəti 5 yanvar Adananın düşmən işğalından qurtuluşunun 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak edir. Bu saatlarda Adana şəhərində qurtuluşun 100 illiyi münasibəti ilə yürüş keçirilir. Yürüşdə ön …

Read More »

Bakıda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Bakıda güclü külək əsəcəyi ilə bağlı xəbərdarlıq edib. Xidmətdən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 6-sı gündüzdən 7-si səhərədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında yanvarın 6-7-də qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Read More »

Azərbaycan Ordusunun hərbi maşını qəzaya düşüb, 2 nəfər xəsarət alıb

Azərbaycan Ordusunun hərbi maşını qəzaya düşüb, 2 nəfər xəsarət alıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu gün saat 17.40-da hərbi maşının idarəetməni itirməsi nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Abdullayev Ceyhun Hüseyn oğlu və əsgər Həsənzadə Süleyman Əli oğlu yüngül xəsarət alıb. Hər iki hərbi qulluqçumuzun həyatları üçün heç bir təhlükə yoxdur.

Read More »