Bazar , 5 Aprel 2026

Yearly Archives: 2022

Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə bələdiyyə sədri ilə görüşən şəxslə bağlı məsələyə aydınlıq gətirilib

Fövqəladə Hallar Nazirliyi (FHN) özünü nazirliyin polkovnik rütbəli əməkdaşı kimi təqdim edərək Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən şəxslə bağlı məsələyə aydınlıq gətirib. “Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə bələdiyyə sədri ilə görüşən şəxs bizim nazirlikdə çalışmır”, – o qeyd edib. Xatırladaq ki, Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktay sosial şəbəkədə etdiyi paylaşımda bildirib ki, 2021-ci ilin avqust …

Read More »

Azərbaycan Cüdo Federasiyasında yeni təyinat olub

Azərbaycan Cüdo Federasiyasında (ACF) yeni təyinat olub. Boyukmillet.com xəbər verir ki, Rəşad İbrahimov (Tuncay) federasiyanın Marketinq və kommunukasiyalar üzrə meneceri vəzifəsinə gətirilib. O, əvvəllər ANS, ATV telekanallarında, “Report” İnformasiya Agentliyində və digər media qurumlarında multimedia meneceri vəzifəsində çalışıb. Daha əvvəl Rəşad Rəsullu ACF-nin baş katibi təyin olunub. Yaxın vaxtlarda federasiyada digər vəzifə bölgülərinin də aparılacağı gözlənilir. Qeyd edək ki, 2021-ci …

Read More »

Prezident 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamda deyilir: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu …

Read More »

AMEA-da yeni şöbələr yaradılıb

AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə İşlər İdarəsinin yeni strukturu təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bu barədə İşlər İdarəsinin 2021-ci ildəki fəaliyyətinə həsr olunan hesabat iclasında qərar verilib. Qərarın icrasından irəli gələrək idarənin tabeliyində struktur bölmələri yaradılıb, eləcə də idarənin əsasnaməsi təsdiq edilib. Bildirilib ki, AMEA əməkdaşlarının sosial-məişət məsələlərinin həlli, onlara sosial xidmətlər göstərilməsi sahəsində mərkəzləşdirilmiş idarəetmə və nəzarət mexanizminin …

Read More »

Şuşada məscid tikintisi ilə bağlı 6 ədəd beşmərtəbəli bina söküləcək

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Şuşa şəhərində yeni məscid kompleksinin tikintisi ilə əlaqədar 6 ədəd beşmərtəbəli binanın, “Parlament” binasının və mədəniyyət evinin sökülməsi, ərazinin tikintiyə hazırlanması və abadlıq işlərinin görülməsi, eləcə də şəhərdəki mədəniyyət obyektlərində ilkin təmir-bərpa işlərinin görülməsi ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub. Boyukmillet.com xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Uni …

Read More »

Ötən gün qanunsuz saxlanılan 10 silah aşkarlanıb

Ötən gün Azərbaycanda qanunsuz 10 silah aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 4-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Read More »

Kamran Əliyev yeni şöbə rəisi təyin edib

Baş Prokurorluqda kadr dəyişikliyi olub. Boyukmillet.com-un məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Orxan Rzayev tutduğu vəzifədən azad edilib və Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin Kriminalistika şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifəsinə təyin edilib. Baş Prokurorluğun Mətbuat Xidməti faktı “Report”a təsdiqləyib.

Read More »

Azərbaycan klubları Antalyaya təlim-məşq toplanışına yollanmağa başlayıb

“Zirə” Azərbaycan klubları arasında ilk dəfə qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanıb. Boyukmillet.com paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda səhər saatlarında qonşu ölkəyə yola düşüb. Legionerlər məhz orada kollektivə qoşulacaq. Qeyd edək ki, yanvarın 5-də təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanacaq “Zirə” 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Paytaxt təmsilçisi …

Read More »

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari ilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. Boyukmillet.com xəbər verir ki, bu barədə P.N. Lebedev adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanvar tarixlərində 3 bal gücündə maqnit qasırğası olacaq. Lakin ən güclüsü yanvarın 16-da qeydə alınacaq. Geomaqnit titrəyişlərin gücü 4 bal olacaq. Geomaqnit sahəsinin güclü pozulmaları insan …

Read More »

BMT Rusiyanın ABŞ və NATO ilə məsləhətləşmələrindən gözləntilərini açıqlayıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) ümid edir ki, Rusiyanın ABŞ, NATO və ATƏT ilə təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrinin nəticəsi gərginliyin azaldılmasına gətirib çıxaracaq. Boyukmillet.com BMT-nin saytına istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın sözçüsü Stefan Dujarrik keçirdiyi brifinqdə məlumat verib. Beynəlxalq təşkilatın nümayəndəsi bildirib ki, BMT Ukrayna ətrafında hər hansı hərbi əməliyyatın keçirilməsinin tərəfdarı deyil. O, həmçinin bildirib ki, BMT Ukrayna …

Read More »