Türkiyənin Ağrı şəhərində yol-nəqliyyat qəzası baş verib, 2 nəfər ölüb, 11 nəfər yaralanıb. Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yük maşını ilə sərnişin avtobusu toqquşub. Qəzadan sonra yanğın baş verib. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları gəliblər. Xatırladaq ki, bu gün Türkiyənin Sivas şəhərində də qəza baş verib. Həmin hadisə nəticəsində 3 nəfər ölüb, 27 nəfər yaralanıb.
Read More »Yearly Archives: 2022
Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb
ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanın geniş tərkibli görüşü başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb. “Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ikitərəfli görüşü başlayıb”, – məlumatda bildirilib.
Read More »İlham Əliyev Füzulidə yeni hərbi hissədə yaradılan şəraitlə tanış olub
Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »Pakistanın Baş naziri Azərbaycan Prezidentini və xalqını təbrik edib
“Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına möhkəmlik, cəsarət və milli birlik əlaməti olan Qələbə Günündə (Zəfər Günü – red.) səmimi arzularımı çatdırıram”. Boyukmillet.com xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif tviterdə yazıb. “Qoy bu günün qeyd olunması Qafqaz regionunda davamlı sülh və firavanlıq dövrünü açsın”,- Baş nazir təbrikində bildirib.
Read More »Ukrayna yeni hava hücumundan müdafiə sistemləri alıb
“NASAMS və Aspide hava hücumundan müdafiə sistemləri Ukraynaya çatıb”. Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov tviterdə yazıb. O bildirib ki, bu silahlar Ukrayna ordusunu gücləndirəcək və ölkənin səmasını daha təhlükəsiz edəcək: “Bizə hücum edən düşmən hədəflərini vurmağa davam edəcəyik. Nazir bu silahlara görə Ukraynanın tərəfdaşlarına- Norveç, İspaniya və ABŞ-a təşəkkürünü bildirib.
Read More »QMİ sədri: “Heç bir qüvvə – nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyil”
“Heç bir qüvvə – nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu gün QMİ-də Zəfər Gününə həsr olunmuş tədbirdə deyib. “Heç şübhəsiz ki, Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi olan, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının bir ailənin üzvləri kimi mənəvi …
Read More »Azərbaycandakı dini konfessiya rəhbərləri Prezident İlham Əliyevi təbrik edib
Azərbaycandakı dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bu gün keçirilən Zəfər Gününə həsr olunmuş tədbirdə dini konfessiya rəhbərlərinin dövlət başçısına təbrik məktubu oxunub. Toplantıda Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin, QMİ Qazılar Şurasının üzvləri, QMİ-nin səlahiyyətli nümayəndələrinin iştirak etdikləri tədbirdə Şeyxülislam Allahşükür Paşazadə çıxış edib: “Bu gün xalqımızın, dövlətimizin …
Read More »Qubada silah-sursat aşkarlanıb
Qubada silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, rayon polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun Qəşreş kəndi ərazisində Qudyalçay çayının sol sahilindən 1 ədəd əl qumbarası, 1 ədəd ov tüfəngi və 10 ədəd boş tüfəng gilizləri aşkar olunaraq götürülüb. Faktla bağlı RPŞ-də araşdırma aparılır.
Read More »Kreml Azərbaycan və Ermənistana çağırış edib
“Rusiya Ermənistan və Azərbaycanı sabitliyi pozmaqdan çəkinməyə çağırır”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə gecə sərhəddə baş vermiş atışma ilə bağlı sualı cavablandırarkən bildirib. “Biz hər iki ölkəni gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkət və addımlardan çəkinməyə çağırırıq”, – o bildirib.
Read More »UABD: “İran cinayətkar əməlləri ilə gücü tükənməkdə olan işğalçı Rusiyaya nəfəs verir”
“İran cinayətkar əməlləri ilə gücü tükənməkdə olan işğalçı Rusiyaya nəfəs verir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) İdarə Heyətinin İranda baş verən hadisələr və İranın regionda yaratdığı təhdidlə bağlı bəyanatında bildirilir. Bəyanatda son zamanlar İran adlanan dövlətin həm regiondakı hadisələrdə, həm də Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində təcavüzkarın yanında yer alması qətiyyətlə pislənilib: “Bəyan edirik …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar