Pakistanda polis reydlər zamanı etiraz aksiyası keçirməyi planlaşdıran 120 fəalı həbs edib. Boyukmillet.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik xidmətinin nümayəndələri bildirib. Həbslərin bir çoxu Lahorda həyata keçirilib. Artıq ikinci ildir həbsdə olan İmran Xanın “Tehrik-i-İnsaf” partiyası burada ən böyük nümayişin, eləcə də digər yerlərdə etirazların keçiriləcəyini elan edib. Partiyanın nümayəndəsi Zülfikar Buxarinin sözlərinə görə, Lahorda ən azı …
Read More »Monthly Archives: Avqust 2025
Ağcabədidə 14 kiloqram marixuana və həşiş aşkarlanıb
Ağcabədidə 10 kiloqrama yaxın marixuana və 4 kiloqramdan artıq həșiş aşkarlanıb. Bu barədə “Report”un Qarabağ bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı rayon sakinləri Babək Ələkbərov, Samir Qədirov və qardaşı Ceyhun Qədirov qeyd edilən cinayət əməlində şübhəli bilindikləri üçün saxlanılıblar. …
Read More »Bakıda 11 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
Bakının Nəsimi rayonunda 11 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Tədbir zamanı 32 yaşlı Samir Əhmədov saxlanılıb. Həmin şəxsdən və idarə etdiyi avtomobildən ümumilikdə 11 kiloqram 295 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb. S.Əhmədov şəxsiyyəti …
Read More »ABŞ Rusiyanın gəlir mənbələrinə zərbə vuracaq tədbirlər hazırlayır
ABŞ Ukraynada hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün Çin, Hindistan və Braziliyaya qarşı sanksiyalar tətbiq etmək niyyətindədir. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker “Bloomberg TV”yə müsahibəsində bildirib. “Bu müharibəni Rusiya istehsalı olan nefti alaraq maliyyələşdirənlərə, məsələn, Çin, Hindistan və Braziliyaya qarşı ikinci dərəcəli sanksiyalar və rüsumların tətbiqi münaqişənin dayandırılması yolunda növbəti addımdır”, – …
Read More »Ötən gün Azərbaycanda 9 silah 10 qumbara aşkarlanıb
Azərbaycanda avqustun 4-də 1 tapança, 8 tüfəng, 10 qumbara aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 10 qumbara, 7 alışdırıcı, 8 tüfəng, 1 patron darağı və 3766 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Read More »İsrail Yəməndən atılan raketi zərərsizləşdirib
İsrail hərbi qüvvələri husilərin Yəmən ərazisindən atdıqları raketin zərərsizləşdirildiyini bildirib. Bu barədə Boyukmillet.com “Reuters” agentliyinə istinadən məlumat verir. Bildirilib ki, raketin zərərsizləşdirilməsindən əvvəl ölkənin bir neçə bölgəsində hava həyəcanı siqnalı verilib. Husilərin hərbi nümayəndəsi Yəhya Sari İsrailə raket zərbəsinin endirildiyini təsdiqləyib.
Read More »İranda hakimiyyətə qarşı çıxan dörd gənc barəsində edam hökmü çıxarılıb
İranın Sistan və Bəlucistan əyalətlərində dörd yerli sakin barəsində edam hökmü çıxarılıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “İran İnternational” yayıb. Bildirilib ki, Məhəmməd Dərvişnaravi, Yasin Kabadani, Fərhad Baranzehi və İmran Ağa hakimiyyətə qarşı siyasi və “Ceyşül Ədl” silahlı qruplaşması tərkibində mübarizə aparmaqda təqsirli bilinərək barələrində ölüm hökmü çıxarılıb. Məlumata görə, onlar 22-24 yaşlarındadır və işgəncəyə məruz qaldıqlarını etiraf ediblər. Vurğulanıb ki, …
Read More »Azərbaycan neftinin qiyməti 71 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,78 ABŞ dolları, yaxud 1,09 % azalaraq 70,59 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 70,84 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,78 ABŞ dolları və ya 1,11 % azalaraq 69,17 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir …
Read More »ABŞ və Finlandiya liderləri Rusiya-Ukrayna münaqişəsini müzakirə edib
Finlandiya Prezidenti Aleksandr Stubbla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Finlandiya lideri “X” sosial şəbəkəsindəki hesabında yazıb. Prezidentlər telefon danışığı zamanı Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər. “Prezident Trampın təyin etdiyi atəşkəs müddəti yaxınlaşır”, – Stubb vurğulayıb. Stubb qeyd edib ki, Finlandiya dərhal atəşkəsə nail olmaq üçün bütün səyləri dəstəkləyir. Liderlər buzqıran gəmilər üzrə …
Read More »Meksikada parçalanmış 32 cəsəd tapılıb
Meksikada iyulun 30-dan avqustun 2-dək aparılan əməliyyat-axtarış tədbirləri zamanı 32 parçalanmış insan cəsədi tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə əyalət prokurorluğunun “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, polis cəsədləri mərkəzi Quanaxuato əyalətinin La-Kalera şəhərindəki kütləvi məzarlıqda tapıb. Hələlik onlardan sadəcə 15-nin şəxsiyyəti müəyyən edilib. Yerli televiziya kanalının məlumatına görə, insan qalıqları parçalanmış vəziyyətdə tapılıb, ona görə də …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar