Yaponiyada hökm sürən isti hava dalğası bu həftə davam edəcək və növbəti bir neçə gün ərzində pik həddə çatacaq. Boyukmillet.com “Japan Times”a istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Agentlikdən bildirilib ki, ölkə ərazisində yaxın bir neçə gün ərzində yüksək temperatur (38-40 Selsi dərəcə) müşahidə olunacaq. Agentlik istilərlə əlaqədar qurumlara tədbirlərin ləğv edilməsini və ya təxirə salınmasını …
Read More »Monthly Archives: Avqust 2025
İran XİN: “Azərbaycan həbsxanalarındakı vətəndaşlarımıza olan rəftarla bağlı Bakıya notalar göndərmişik”
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayinin Azərbaycanda həbsdə olan İran vətəndaşları ilə bağlı iddialarına dair şərh verib. “İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayinin guya Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı iddialarının heç bir əsası yoxdur”- bəyanatda belə deyilir. Onun sözlərinə görə, “Konsulluq əlaqələri haqqında” …
Read More »Krımda Rusiyanın 5 qırıcısı vurulub
Ukrayna Krım ərazisində pilotsuz təyyarələrin zərbələri nəticəsində Rusiyanın bir qırıcısının məhv edildiyi və dördünün zədələndiyi barədə məlumat verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir. Bəyanatda qeyd olunub ki, hədəflər işğal olunmuş Krımda “Saki” hərbi aerodromuna gecə zərbə endirilməsi nəticəsində vurulub. “Bir “Su-30SM” qırıcısı tamamilə məhv edilib, daha biri isə zədələnib. Bundan başqa, üç “Su-24” bombardmançı …
Read More »Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də ömrünün 83-cü ilində vəfat etmişdir. Elçin Əfəndiyev 1943-cü il mayın …
Read More »İspaniya, Xorvatiya, Bolqarıstan və digər ölkələrdən Azərbaycana dəvələrin idxalına məhdudiyyət qoyulub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Şimali Makedoniyanın Cənub-Şərqi Statistik regionunda, Xorvatiyanın Splitsko-Dalmatinska kantonunda blutanq xəstəliyi, Bolqarıstanın Yambol vilayətində Nyukasl xəstəliyi, İspaniyanın Kastiliya–La Mança muxtar icmasında, Botsvananın Çobe dairəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Məlumata əsasən, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması …
Read More »Britaniya qanunsuz miqrasiya ilə mübarizəyə əlavə 132 milyon dollar xərcləyəcək
Böyük Britaniya hökuməti La-Manş boğazı boyunca qeyri-qanuni miqrasiya ilə mübarizə üçün əlavə 132 milyon dollar xərcləyəcək. Boyukmillet.com-un xəbərinə görə, bu barədə “Guardian” qəzeti ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. “Nazirlər Fransa ilə sazişin bir hissəsi (miqrantların mübadiləsi – red.) daxil olmaqla, La-Manş boğazı ilə keçidlərin məhdudlaşdırılması tədbirlərinə əlavə 100 milyon funt sterlinq (təxminən 132 milyon dollar – red.) xərcləyəcəklər”, …
Read More »Tramp: ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb
Prezident Donald Trampın əmri ilə yeri dəyişdirilən ABŞ-nin iki nüvə sualtı qayığı artıq təyin olunmuş əraziyə çatıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə amerikalı lider Bedminsterdən (Nyu Cersi) Vaşinqtona uçmazdan əvvəl jurnalistlərə bildirib. “Onlar artıq regiondadırlar, lazım olan yerdədirlər”, – Tramp bildirib. Bundan əvvəl o, “Newsmax” telekanalına müsahibəsində sualtı qayıqların Rusiyaya daha yaxın yerləşdiriləcəyini qeyd etsə də, onların dəqiq yerini açıqlamaqdan …
Read More »Kanadada meşə yanğınları ABŞ-də havanın keyfiyyətini təhlükəli səviyyəyə çatdırıb
Yüzlərlə meşə yanğını nəticəsində yaranan qatı tüstü Kanadanın və ABŞ-ın şimal ştatlarının geniş ərazilərinə yayılaraq bu bölgələrdə havanın keyfiyyətinin qeyri-sağlam səviyyələrə çatmasına səbəb olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Nəşr qeyd edib ki, bütün Kanada və ABŞ-ın 10 ştatında xəbərdarlıq edilib. Meteoroloqların fikrincə, hazırkı hava meylləri davam edərsə, yaxın gələcəkdə vəziyyətin yaxşılaşması gözlənilmir. Kanada Qurumlararası Vəhşi Yanğın …
Read More »Tərtərdə silahla insident törədən şəxs həbs edilib
Avqustun 3-də saat 22 radələrində Tərtər rayonu ərazisində şəxsi münasibətlər zəminində baş verən silahlı insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, kənd sakini, 1990-cı il təvəllüdlü, Vətən müharibəsi qazisi Beyrək Quliyev həmkəndlisi, 1992-ci il təvəllüdlü şəxsə qarşı şəxsi münasibətlər zəminində “AK-74” markalı avtomat silahdan atəş açıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin həmin şəxsə məxsus “VAZ-21014” …
Read More »Azərbaycan və dünya qılıncoynatmasının simvollarından sayılan Yaşar Məmmədovun 90 yaşı qeyd olunub
Azərbaycan və dünya qılıncoynatmasının simvollarından sayılan, canlı əfsanə, qılıncoynatmanın ölkəmizdə inkişafında müstəsna xidmətləri olan, dəfələrlə olimpiya zirvələrini fəth etmiş qılıncoynadanların ustadı Yaşar Məmmədovun 90 yaşı qeyd olunub. Bu barədə Azərbaycan Qılıncoynatma Federasiyasından məlumat verilib. Yaşar Məmmədovun 90 illik yubileyinə həsr olunan mərasimdə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qılıncoynatma Federasiyasının nümayəndələri, Yaşar Məmmədovun ailə üzvləri iştirak edib. Tədbiri giriş …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar