Şənbə , 4 Aprel 2026

Yearly Archives: 2025

Azərbaycan Prezidenti Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa “TruthSocial” hesabında paylaşıma görə təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu barədə “X”də yazıb. “Prezident Donald Tramp, təşəkkür edirəm, “TruthSocial” hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız mühüm rolu yüksək qiymətləndirirəm”,-Azərbaycan Prezidenti qeyd edib. Dövlət başçısı …

Read More »

Zahid Oruc “Qaçqınkom”un adının dəyişdirilməsini təklif edib

Milli Məclisdə Böyük qayıdışla bağlı ayrıca platforma yaradılması təklif edilib.  Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında deputatların suallarını cavablandırarkən deyib. O qeyd edib ki, təkliflər sırasında suallara cavab verəcək qurumun yaradılması da var:  “Biz bunu bir neçə dəfə səsləndirmişik. Hətta düşünürük ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin …

Read More »

Şuşa Zəfər Muzeyini İtaliya şirkəti layihələndirəcək

Şuşada Zəfər Muzeyinin layihələndirilməsinə (tikinti üzrə layihə-smeta sənədlərinin hazırlanmasına) və məzmununun hazırlanmasına başlanılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC birbaşa satınalma həyata keçirib.  Layihələndirmə işlərini İtaliyanın “ArtCloud Network International s.c.r.l” şirkəti həyata keçirəcək. İşlər 1 milyon manata başa gələcək.

Read More »

Gürcüstan Azərbaycana və daha 6 ölkəyə “tarixi borcu”nu ödəyib

Gürcüstan 7 ölkəyə, o cümlədən Azərbaycana “tarixi borcu”n ödənilməsini başa çatdırıb. Bu barədə Boyukmillet.com Gürcüstanın Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, qonşu ölkə bu ay xarici borcun qalıqlarını tam ödəyib. Azərbaycandan əlavə, Rusiya, Türkiyə, Qazaxıstan, Ermənistan, İran və Niderlanda olan borclar da ödənilib. Bütün borclar Gürcüstanın müstəqillik qazandığı ilk illərdə yaranmış xarici öhdəliklərə aiddir. Ödənişlər 1999-cu ilə qədər götürülmüş 160 milyon …

Read More »

Parlamentdə mina terroru qurbanları ilə bağlı tədbirlər olacaq

Milli Məclisdə insan hüquqları, mina terroru qurbanları və beynəlxalq məhkəmə-hüquq institutlarının fəaliyyətinə həsr edilən görüş və tədbirlər keçiriləcək.  Boyukmillet.com xəbər verir ki, bununla bağlı məsələ parlamentin İnsan hüquqları komitəsinin payız sessiyası üzrə iş planına daxil edilib.  Belə ki, “Mina terroru qurbanlarının beynəlxalq hüquqi platformalara çıxışının təmin olunması” mövzusunda ANAMA ilə birgə görüşlərin keçirilməsi nəzərdə tutulur.  Həmçinin komitə “Vəkillik institutu-vətəndaşların insan …

Read More »

“Benfika” “Qarabağ”a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb

Portuqaliyanın “Benfika” klubu “Qarabağ”a uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan sonra baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib. O, bunun üçün təəssüfləndiyini bildirib.  Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini sözlərinə əlavə edib. Qeyd edək ki, “Qarabağ” səfərdə rəqibini 3:2 hesabı ilə üstələyib.

Read More »

KİV: Yaponiya Fələstinin tanınmasını təxirə salacaq

Yaponiya hökuməti Fələstin dövlətinin tanınmasını gecikdirəcək, çünki bu addım Fələstindəki vəziyyətə və Yaponiya-ABŞ münasibətlərinə mənfi təsir göstərə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Asahi” qəzeti mənbələrə istinadən yazıb. Bundan əvvəl ABŞ hakimiyyəti dəfələrlə Asiya və Avropa ölkələrini Fələstin dövlətçiliyini tanımamağa çağırıb. Qəzetin mənbələrinə görə, Yaponiyanın Baş naziri Siqeru İsiba sentyabrın 22-də BMT Baş Assambleyasının iclası çərçivəsində keçiriləcək Fələstin problemi …

Read More »

Çempionlar Liqası: “Qarabağ” Portuqaliyada tarixi qələbə qazanıb – YENİLƏNİB-8

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə “Benfika” (Portuqaliya) ilə qarşılaşıb. Boyukmillet.com-un məlumatına görə, “Eştadiu da Luş” stadionunda reallaşan matç “köhlən atlar”ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb. Hərçənd ki, qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 6-cı dəqiqədə Entso Barrenеçеа, 10 dəqiqə sonra isə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb. Bundan sonra özündə güc tapan Azərbaycan çempionu …

Read More »

Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə imzalanıb

“Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” imzalanıb. Boyukmillet.com xəbər verir ki, imzalanmış sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Səid Əl Haceri Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə mübadilə ediblər.

Read More »

ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli dörd fiziki və ondan çox hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib. “Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın iki maliyyə vasitəçisini və ölkə neftinin satışından əldə edilən gəlirlər də daxil olmaqla, pul köçürmələrinin əlaqələndirilməsində iştirakına görə Honkonq və BƏƏ-də yerləşən ondan çox fiziki və hüquqi …

Read More »