ABŞ Fələstin vətəndaşlarına əhəmiyyətli sayda Amerika vizasının verilməsini müvəqqəti dayandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Məlumata görə, müvafiq əmr ABŞ Dövlət Departamenti tərəfindən avqustun 18-də, Amerika dövlət siyasəti orqanının Qəzza zolağının sakinlərinə səfər vizalarının verilməsinin dayandırıldığını elan etməsindən bir gün sonra Amerika səfirlikləri və konsulluqlarına göndərilib. Viza təsdiqinin dayandırılması bütün Fələstin pasportu sahiblərinə …
Read More »Yearly Archives: 2025
Honq Konq polisi 330 kq-dan çox narkotik vasitəsini müsadirə edib
Çin Xalq Respublikasının Honq-Konq Xüsusi İnzibati Bölgəsinin (Syanqan) polisi meqapolisdə narkotik alverçilərinə qarşı mübarizə üzrə yeddi həftəlik genişmiqyaslı xüsusi əməliyyatı başa çatdırıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə “South China Morning Post” qəzeti polisdəki mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, əməliyyat zamanı 418 nəfər saxlanılıb, onların ən kiçiyinin 13 yaşı var. Əməliyyat zamanı 338 kq müxtəlif növ narkotik vasitə götürülüb. Polis …
Read More »Rusiyada miqrantlar üçün yeni rüsumlar tətbiq edilib
Sentyabrın 1-dən Rusiyada əlavə dövlət rüsumları, o cümlədən qeydiyyat, miqrasiya qeydiyyatı və iş icazəsi ilə bağlı rüsumlar tətbiq edilib. Boyukmillet.com-un xəbərinə görə, Rusiyanın Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib və dəyişikliklər sentyabrın 1-dən qüvvəyə minib. Beləliklə, miqrasiya nəzarətini gücləndirmək üçün bir sıra əlavə rüsumlar, o cümlədən xarici vətəndaşa və ya vətəndaşlığı olmayan şəxsə patentin verilməsi və ya yenidən rəsmiləşdirilməsi üçün – …
Read More »KİV: Səudiyyə Ərəbistanı sahillərində hücuma məruz qalan gəmi İsrailə məxsusdur
Səudiyyə Ərəbistanının Yanbu şəhəri yaxınlığında hücuma məruz qalan tanker Liberiya bayrağı altında üzür və İsrailə məxsusdur. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi Böyük Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış “Ambrey” şirkətinə istinadən məlumat yayıb. Avqustun 31-də axşam, Böyük Britaniya donanması Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO), Qırmızı dənizdəki Yanbu dan 40 dəniz mili cənub-qərbdə gəmi ilə bağlı hadisəsi haqqında siqnal …
Read More »Azərbaycanın yeganə regional mobil rabitə operatoru fəaliyyətini dayandırır
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Naxtel” MMC dekabrın 1-dən telekommunikasiya xidmətlərinin göstərilməsini dayandıracaq. “Report”un yerli bürosu xəbər verir ki, şirkət bununla bağlı sosial şəbəkə hesablarında rəsmi açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, abunəçilər hazırda istifadələrində olan nömrələri öz adlarında saxlamaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 1 oktyabr – 1 dekabr 2025-ci il tarixləri arasında ölkədə fəaliyyət göstərən …
Read More »Suriyanın paytaxtında güclü partlayış baş veribl
Suriyanın paytaxtı Dəməşqin Mezze bölgəsində avtomobillərin sıx olduğu yolda güclü partlayış səsi eşidilib. Boyukmillet.com xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb. Qeyd olunur ki, naməlum şəxslər “Golden Mezzeh” hotelinin yaxınlığında avtomobilə yerləşdirilmiş partlayıcıları işə salıblar. “Shafaq News” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, partlayış yalnız maddi ziyana səbəb olub, tələfat barədə hələlik məlumat yoxdur. Hadisə yerinə təcili …
Read More »Daha bir qazımız intihar edib
Daha bir vətən müharibəsi iştirakçısı, qazi Bəhruz Kərimov intihar edib. Hər dəfə belə xəbərləri eşidəndə günlərlə adam özünə gələ bilmir. Hər dəfə biri bizdən bir can alıb gedir bu səngər yoldaşlarımızın. Bizim nə qədər canımız var ki!? Necə durdurmaq, necə əlac olmaq olar bu böyük dərdə, bilmir adam.. Qulu Məmmədli
Read More »Böyük Britaniya Misirdəki səfirliyini müvəqqəti bağlayıb
Böyük Britaniyanın Qahirədəki (Misir – red.) səfirliyi Misir hakimiyyətinin diplomatik missiyanın mühafizəçilərini geri çağırması səbəbindən əsas binasının müvəqqəti bağlandığını elan edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Britaniya XİN feysbuk sosial şəbəkəsində məlumat yayıb. “Bazar günü, avqustun 31-də Misir hakimiyyəti Qahirədə Böyük Britaniya səfirliyinin əsas binasını mühafizə edən təhlükəsizlik qüvvələrini geri çəkmək qərarına gəlib. Bunun fonunda vəziyyət dəyişənə qədər səfirlik binasının …
Read More »İsrail Ordusunun komandanı: HƏMAS-ın xaricdəki liderlərini də zərərsizləşdirməyə hazırıq
İsrail Ordusu digər ölkələrdə olmaqla, Fələstinin radikal HƏMAS hərəkatının liderlərinin məqsədyönlü şəkildə zərərsizləşdirilməsini davam etdirməyə hazırdır. Boyukmillet.com-un xəbərinə görə, bunu İsrailin Müdafiə Ordusunun baş qərargah rəisi Eyal Zamir Qəzza zolağında HƏMAS-ın hərbi qanadının sözçüsü Əbu Ubeydənin zərərsizləşdirilməsini şərh edərkən deyib. “İsrail Ordusu bütün istiqamətlərdə və istənilən vaxt təşəbbüskarlıq, əməliyyat üstünlüyünə malik olmaqla hücum əməliyyatları həyata keçirir. Dünən Qəzza zolağında HƏMAS …
Read More »ETSN: Bakı və Abşeronda havada tozun miqdarı normadan 2 dəfə artıqdır
Avtomatik stansiyalardan əldə edilən məlumata görə, bu gün axşam saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.8-2 dəfə artıqdır. Boyukmillet.com xəbər verir ki, bunları Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib. O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar