Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

Lerikdə çətin relyef şəraitində əməliyyat keçirilib, 20 kiloqram narkotik vasitə aşkarlanıb

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçiriblər. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un yerli bürosuna verilən məlumata görə, tədbirlərlə 26 yaşlı Məhəmməd Şıxəliyev və Natiq Xəlilov saxlanılıblar. Onlardan 20 kiloqram marixuana və 1990 ədəd narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə gəldikləri avtomobili orada qoyaraq çətin relyefli ərazidə gizli …

Read More »

Rusiya Kiyevə zərbə endirib, xəsarət alanlar var

Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) Kiyevə gecə saatlarında hava hücumu nəticəsində 8 nəfər, o cümlədən bir uşaq yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Onların məlumatına görə, Rusiya bu gecə Ukraynaya “Shahed” tipli zərbə PUA-ları və raketlər buraxıb. Kiyevdə hava hücumu zamanı çoxmərtəbəli yaşayış binasının pəncərələri zədələnib. Yaralananlar qəlpə yaraları alıblar.

Read More »

Dubravka Cedoviç-Xandanoviç: “Serbiya bazarında Azərbaycan qazının rolu daha da artacaq”

Serbiya və Azərbaycan enerji tərəfdaşlığını fəal şəkildə genişləndirir, xüsusən də qaz təchizatı və birgə infrastruktur layihələrinin reallaşdırılması sahəsində əməkdaşlığı gücləndirir. Enerji idxalının şaxələndirilməsi və enerji təhlükəsizliyinin artırılması istiqamətində atılan addımlar çərçivəsində Belqrad, Bakını təbii qazın etibarlı tədarükçüsü və enerji sektorunun dayanıqlı inkişafında mühüm strateji tərəfdaş kimi qiymətləndirir. Kalotina bölgəsində qaz interkonnektorunun işə salınması Serbiyaya qaz idxalı üçün əlavə imkanlar yaradıb. …

Read More »

Türkiyədə yanğını söndürməyə gedən su maşını dərəyə aşıb, üç nəfər ölüb

Türkiyənin Bursa vilayətində Gürsü və Kestel rayonları arasındakı ərazidə ölümlə nəticələnən yol qəzası baş verib. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, Bolu vilayətindən meşə yanğınını söndürməyə gedən su maşını dərəyə yuvarlanıb. Faciə nəticəsində 3 nəfər həlak olub. Məlumata görə, su maşını naməlum səbəbdən dərəyə yuvarlanıb. Sürücü hadisə yerində həlak olub, maşında olan digər iki nəfər ağır yaralanıb və xəstəxanaya …

Read More »

Husilər İsraillə işləyən bütün gəmiləri hədəfə alacaq

Yəməndəki üsyançı “Ənsar Allah” hərəkatından olan husilər İsrail limanları ilə işləyən bütün şirkətlərin gəmilərinə zərbələr endirmək niyyətindədirlər. Boyukmillet.com-un məlumatına görə, bu barədə üsyançılar tərəfindən formalaşdırılan silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria bildirib. “Yəmən silahlı qüvvələri [fələstinliləri] dəstəkləmək üçün hərbi əməliyyatlarını gücləndirmək və düşmənin dəniz blokadasının dördüncü mərhələsinin həyata keçirilməsinə başlamaq qərarına gəlib. Bu, milli mənsubiyyətindən və silahlı qüvvələrin çata biləcəyi hər …

Read More »

Gürcüstan hökuməti öz kursunu dəyişməsə… – SON DƏQİQƏ XƏBƏRDARLIĞI

“Gürcüstan hökuməti demokratik dəyərlərə zidd fəaliyyətini davam etdirsə və avtoritar kursunu dəyişməsə, ölkənin Avropa İttifaqına (Aİ) üzvlük perspektivləri sual altına düşəcək”. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa Parlamentinin bəyanatında deyilir.  Bəyanatda vurğulanır ki, Aİ üzvlüyü yalnız demokratik prinsiplərə sadiq, hüquq üstünlüyünü təmin edən və vətəndaş cəmiyyətinə açıq olan dövlətlər üçün mümkündür.  Buna baxmayaraq, Avropa Parlamenti Gürcüstan xalqına öz dəstəyini ifadə …

Read More »

Tiflisdə GƏRGİN ANLAR: Rusiya bayrağı yandırıldı, idmançılar təhqir olundu – VİDEO

Tiflisdə keçirilən qılıncoynatma üzrə dünya çempionatında iştirak etmək üçün Gürcüstana gələn rusiyalı idmançılar insidentlə üzləşiblər. Boyukmillet.com xəbər verir ki, yerli fəallar idmançıların yerləşdiyi hotelin qarşısında təxribat törədiblər. Onlar fişənglər yandıraraq səs-küy salıblar, rusiyalı idmançıları təhqir ediblər və üzərində “Bu gün atəşfəşanlıqdır, sabah isə Qradlar olacaq” yazılmış plakat açıblar. Digər bir fəal qrupu isə Rusiya bayrağını yandıraraq tapdalayıb. Hadisə sosial şəbəkələrdə və mediada …

Read More »

Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR: Paşinyan sözündən dönmür

Ermənistanda ictimai-siyasi vəziyyət getdikcə gərginləşir. Yerli müşahidəçilərin fikrincə, baş nazir Nikol Paşinyan Apostol kilsəsinin rəhbəri, katolikosu vəzifədən kənarlaşdırmaq planından imtina etmək fikrində deyil. Boyukmillet.com xəbər verir ki, bu barədə “Alpha News” portalının baş redaktoru Tiqran Koçaryan “RT” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Paşinyan kilsənin idarəetmə nizamnaməsini dəyişdirməyi, sənədin müasir erməni dilində və sadələşdirilmiş şəkildə yenidən yazılmasını təklif edib. “Bundan əlavə, Paşinyan bu …

Read More »

Tailandla sərhəddə toqquşmalar nəticəsində Kambocada 13 nəfər həlak olub

Tailandla sərhəddə baş verən döyüş toqquşmaları nəticəsində Kambocada 13 nəfər, o cümlədən Kral Silahlı Qüvvələrinin beş hərbçisi həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli “Khmer Times” qəzeti Milli Müdafiə Nazirliyinə istinadən yazır. Bundan başqa, 70 nəfər yaralanıb, onlardan 21-i hərbçi, 50-si mülki şəxsdir. Kamboca hakimiyyəti Preah-Vihea, Oddarmeantyey və Pousat əyalətlərində yüksək riskli zonalardan 35 829 mülki şəxsi təxliyə …

Read More »