Çinin “Pop Mart” şirkəti ABŞ-nin “7-Eleven” mağazalar şəbəkəsini saxta Labubu oyuncaqları satdığına görə məhkəməyə verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Şanxayın “Jiemian” nəşrinə “Pop Mart”ın nümayəndələri bildirib. İddiaya səbəb amerikalı bir qızın sosial şəbəkədə yerləşdirdiyi videoda “7-Eleven” mağazasında 25 dollara satılan saxta əşyaların nümayişi olub. Orijinal “Pop Mart” oyuncaqlarının qiyməti demək olar ki, eynidir, lakin “7-Eleven”də oyuncaqlar və qablaşdırma …
Read More »Yearly Archives: 2025
İndoneziya sahillərində 6,3 maqnitudada zəlzələ baş verib
İndoneziya sahillərində 6,3 maqnitudada zəlzələ baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri 282 min nəfərin yaşadığı Palu şəhərindən (Sulavesi adası) 289 km şimal-şərqdə, zəlzələnin ocağı 145 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.
Read More »“Amnesty International” Mətbuat günü ərəfəsində Azərbaycana tələblər irəli sürüb
“Amnesty International” insan haqları üzrə beynəlxalq qeyri-hökumət təşkilatı Azərbaycanda 22 iyul – Milli Mətbuat günü ilə əlaqədar “Azərbaycan: Redaksiyadan məhbəsə. Müstəqil Jurnalistlərin Təqibi” adlı hesabat dərc edib. Hesabatda bildirilir ki, son illərdə Azərbaycanda onlarla jurnalist saxta ittihamlarla həbs edilib, ədalətsiz məhkəmə prosesləri, işgəncələr barədə məlumatlar artmaqdadır və bu da beynəlxalq təşkilatların ciddi narahatlığına səbəb olub: “Son bir il ərzində hökumətin sərt repressiv …
Read More »Abşeron və Xırdalanda kənd təsərrüfatı təyinatlı torpaqlardakı evlərin rəsmiləşdirilməsi məhdudlaşdırılır
Azərbaycanda Abşeron yarımadası, xüsusilə Xırdalan və Hökməli istiqamətində kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilmiş sənədsiz evlərin leqallaşdırılması diqqət mərkəzindədir. Boyukmillet.com xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu ərazilərdə bəzi hallarda bələdiyyə sənədləri mövcud olsa da, çoxsaylı məhəllələr faktiki olaraq kənd …
Read More »Türkiyə və Britaniya qırıcıların tədarükü haqqında memorandum imzalayıb
Türkiyə və Böyük Britaniyanın müdafiə nazirləri Yaşar Güler və Con Hili “Eurofighter Typhoon” qırıcılarının Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul edilməsi haqqında Anlaşma Memorandumu imzalayıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” telekanalının məlumatında deyilir. Bu sənəd ölkələr arasındakı münasibətləri rəsmi olaraq təsbit edir və onları tədarükə dair hərtərəfli saziş bağlamağa yaxınlaşdırır. “Türkiyənin “Typhoon” operatoru kimi tanınması NATO-nun əsas …
Read More »Suriya rəsmən Türkiyədən hərbi dəstək istəyib
Suriya daxili təhlükəsizliyi təmin etmək üçün Türkiyədən rəsmi olaraq hərbi dəstək istəyib. Boyukmillet.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Suriya administrasiyası Türkiyəyə müdafiə qabiliyyətini gücləndirmək və bütün terror təşkilatları, xüsusilə İŞİD ilə mübarizə aparmaq məqsədilə rəsmi dəstək sorğusu ilə müraciət edib” – nazirlikdən bildiriblər. Bəyanata əsasən, Türkiyənin prioritet məqsədi Suriyanın siyasi birliyini …
Read More »Azərbaycanda nüfuzlu şəxslərin şəxsi məlumatlarını satışa çıxaran haker tutulub
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi vətəndaşların onlayn dövlət xidmətlərindən yararlanmaq üçün ən çox istifadə etdikləri sistemlərin məlumat bazalarına edilən kiberhücumlara qarşı xüsusi əməliyyat keçirib. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, tədbir zamanı kompüter sistemlərinə qanunsuz müdaxilə etməklə vətəndaşlara məxsus fərdi məlumatları əldə edən Bakı şəhər sakini Hüseyn Məhərrəmov müəyyən edilərək saxlanılıb. H.Məhərrəmov internet üzərindən xarici ölkə vətəndaşlarından ibarət …
Read More »Azərbaycanda həbs olunan Qazaxıstan vətəndaşı ölkəsinə təhvil verilib
Azərbaycanda həbs olunan Qazaxıstan vətəndaşı ölkəsinə təhvil verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb. Qeyd olunub ki, 1999-cu il təvəllüdlü Qazaxıstan vətəndaşı Suyunov Darın Alislamoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib. Məlumata görə, Qazaxıstanda qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, adam …
Read More »İranda sərhəddə atışma olub, iki hərbçi ölüb
İranın Kürdüstan əyalətinin Sərhəd Xidmətinin komandanı Sərhəd Alayının sərhədçiləri ilə qanunsuz silahlı qrup arasında bölgənin Bane şəhərində silahlı toqquşma nəticəsində iki sərhədçi ölüb. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kürdüstan əyalətinin Sərhəd Xidmətinin komandanı briqada generalı Fərəc Rüstəmi bildirib. Briqada generalı bildirib ki, sərhəd alayının patrul qrupu sərhədi bağlamaq və icazəsiz hərəkətin qarşısını almaq məqsədilə sərhədin sıfır …
Read More »Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,84 ABŞ dolları, yaxud 2,58 % azalaraq 69,39 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 69,79 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,79 ABŞ dolları və ya 2,56 % azalaraq 68,09 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar