Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən bu ilin altı ayı ərzində 59 cinayət işi başlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsində bildirilib. Qeyd olunub ki, keçirilmiş 12 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 7 nəfər saxlanılıb. Hesabat dövrü ərzində Baş İdarə …
Read More »Yearly Archives: 2025
İlham Əliyev Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına görülmüş işlər barədə məlumat verdi. Xatırladaq ki, 2021-ci il mayın 28-də Prezident İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub. Qeyd edək ki, Qiyaslı məscidi də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən …
Read More »Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur
İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir. Boyukmillet.com bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. İyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq xidmət göstərəcək. Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə iyunun 13-dən sözügedən reyslər fəaliyyətini dayandırmışdır.
Read More »Bağçalara qəbul başlayıb
Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) qəbul başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat evrilib. Bildirilib ki, bu gün saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, iyulun 25-i saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün valideynlər elektron qaydada növbə yarada biləcəklər. …
Read More »Ədliyyə Nazirliyinin nəşriyyat evi ləğv olunur
“Ədliyyə Nəşriyyat Evi” MMC ləğv olunduğunu elan edib. Boyukmillet.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 1, mənzil 1 ünvanına bildirə bilərlər. Xatırladaq ki, “Ədliyyə Nəşriyyat Evi”ni 2004-cü ildə Ədliyyə Nazirliyi yaradıb.
Read More »Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən 153 nəfər saxlanılıb
Türkiyədə son iki həftə ərzində İŞİD-in üzvü ehtimal olunan 153 nəfər saxlanılıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, şübhəlilər ölkənin 28 vilayətində, o cümlədən İstanbul, İzmir, Antalya və Bursa kimi böyük şəhərlərdə genişmiqyaslı antiterror əməliyyatı çərçivəsində saxlanılıblar. “Saxlanılanlar İŞİD-in fəaliyyətində iştirak etməkdə, onunla əlaqəli saxta humanitar qurumları maliyyələşdirməkdə və …
Read More »Cənubi Koreyada daşqınlar nəticəsində dörd nəfər həlak olub, 5 mindən çox insan təxliyə edilib
Cənubi Koreyaya yağan güclü yağışlar nəticəsində dörd nəfər həlak olub. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər verir. Agentliyin məlumatına görə, güclü yağışlar dörd nəfərin ölümünə səbəb olub, daha bir nəfər itkin düşüb, 5 mindən çox insan təxliyə edilib. Ən çox ölüm halı Çxunçxon-Namdo əyalətində qeydə alınıb. Cümə günü səhər saatlarında 13 şəhər və əyalətdən 5 min 192 nəfər …
Read More »Ersin Tatar Kipr üzrə görüşün uğursuzluğunun səbəblərini açıqlayıb – EKSKLÜZİV
Türkiyənin və BMT-nin vasitəçiliyi ilə Nyu-Yorkda keçirilən Kipr mövzusunda geniş formatda qeyri-rəsmi toplantı başa çatıb. Boyukmillet.com xəbər verir ki, görüş BMT-nin qərargahında keçirilib. Görüşdə BMT baş katibi Antonio Quterreş, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Kipr prezidenti Nikos Hristodulidis və Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar iştirak ediblər. Toplantıda birbaşa siyasi danışıqlardan daha çox tərəflər arasında əməkdaşlıq imkanlarının araşdırılmasına …
Read More »Kiyev Rusiyanın həlak olmuş Ukrayna hərbçilərinin meyitlərini təhvil verdiyini təsdiqləyib
Ukrayna Rusiyanın öldürülmüş ukraynalı hərbçilərin meyitlərini təhvil verdiyini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahı məlumat verib. Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə bütün zəruri ekspertizaları aparacaq. Bundan başqa, meyitlərin identifikasiyası da həyata keçiriləcək. Ölənlərin meyitlərinin hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilməsini Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri həyata keçiriblər. …
Read More »Rusiyada 30 il axtarışda olan erməni qadın İrəvan aeroportunda saxlanılıb
İrəvanın “Zvartnots” hava limanında polis əməkdaşları Rusiyada 30 ildir axtarışda olan bir qadını saxlayıblar. Boyukmillet.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Dələduzluqda ittiham olunan 53 yaşlı Armavir şəhər sakini 1997-ci ildən axtarışda idi. Qeyd olunub ki, o, İstanbuldan həyata keçirilən reyslə İrəvana gəlib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar