ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, təkcə rusiyalı həmkarı Vladimir Putindən məyus olmayıb, həm də ona etibar etmir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri BBC-yə açıqlamasında bildirib. Trampdan Rusiya liderinə etibar edib-etmədiyi soruşulduqda, o belə cavab verib: “Mən, demək olar ki, heç kimə etibar etmirəm”. O, həmçinin əlavə edib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün şans azı dörd …
Read More »Yearly Archives: 2025
Bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günüdür
Türkiyədə 15 İyul – Demokratiya və Milli Birlik Günüdür. Boyukmillet.com xəbər verir ki, doqquz il bundan əvvəl hakimiyyəti zorla ələ keçirməyə çalışan terrorçu qrupun hərbi çevriliş cəhdi Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqı tərəfindən qətiyyətlə alınıb. Nəticədə, Türkiyə xalqı növbəti dəfə irticaya və separatizmə qalib gələrək milli dövlətini, legitim hakimiyyəti və ölkənin bütövlüyünü qorudu. Demokratiya və Milli Birlik …
Read More »Rusiya-Çin hərbi əməkdaşlığının dərinləşməsi Yaponiyanı ciddi narahat edir
Rusiya və Çin silahlı qüvvələri arasında əməkdaşlığın dərinləşməsi Tokioda ciddi narahatlıq doğurur. Boyukmillet.com-un məlumatına görə, bu barədə Yaponiya Müdafiə Nazirliyinin illik “Ağ kitab” adlı hesabatında deyilir. “Rusiya və Çin silahlı qüvvələri arasında əməkdaşlığın intensivliyi artır. Bu, böyük narahatlıq doğurur, çünki məqsəd Yaponiyaya qarşı güc nümayiş etdirməkdir”, – sənəddə qeyd olunur. Oxşar ifadələr son bir neçə il ərzində Yaponiya müdafiə qurumunun …
Read More »İsrail Ordusunun qərarı hökumətdə parçalanmaya səbəb olub
İsrail Knessetinin (parlamentinin) “Degel ha-Tora” və “Agudat İsrael” partiyalarından olan üzvləri ultra-ortodoks yəhudilərin hərbi xidmətə çağırılması ilə bağlı fikir ayrılıqları səbəbindən baş nazir Binyamin Netanyahu hökumətini tərk edirlər. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Times of Israel” nəşri xəbər verir. Daha əvvəl İsrail Ordusu bu ay yəhudi dini təhsil müəssisələrinin (yeşivaların) tələbələrinə 54 min hərbi xidmətə çağırış vərəqəsi göndərməyi planlaşdırdığını bildirib. …
Read More »Rusiyada həkimlər 27 alışqan udan kişini xilas edib
Rusiyada həkimlər 27 alışqan udan kişini xilas edib. Boyukmillet.com Rusiya mətbuatına istinadən xəbər verir ki, 56 yaşlı Tuva sakini müayinə üçün xəstəxanaya gətirilib. Kompüter tomoqrafiyası onun mədəsində çoxsaylı yad cisimlərin olduğunu aşkar edib. Əməliyyat zamanı xəstənin qarın boşluğundan 27 alışqan və 1 sikkə çıxarılıb. Kişi alışqanların və sikkənin ora necə düşdüyünü izah edə bilməyib.
Read More »Tramp Rusiyanı sərt tariflərlə hədələyib
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında 50 gün ərzində razılaşma əldə olunmayacağı təqdirdə Birləşmiş Ştatların Rusiyaya qarşı çox sərt tariflər tətbiq edəcəyini açıqlayıb. Boyukmillet.com BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında bildirib. Tramp vurğulayıb ki, söhbət 100 % həcmində ikinci dərəcəli tariflərdən gedir. Ağ Evin rəhbəri, həmçinin qeyd …
Read More »Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirilib
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin …
Read More »Almaniya Ukraynaya “Patriot” göndərəcək
Almaniya Amerika istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemlərininin istehsalına başlayıb.Boyukmillet.com xəbər verir ki, bu haqda Almaniya Müdafiə Nazirliyinin Ukrayna üzrə xüsusi qərargahının rəhbəri Kristian Freydinq deyib və əlavə edib ki, həmin raketləri Almaniya Ukraynaya da göndərə biləcək. Onun sözlərinə görə, Almaniyada istehsal olunan bu raketlərin ilk tədarükü 2026-2027-ci illərdə gözlənilir. Berlinin ABŞ-nin razılığı olmadan Kiyevi raketlə təmin edə biləcəyi ilə …
Read More »Xocalı soyqırımı zamanı girov götürülmüş zərərçəkən: Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar
İyulun 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycan ərazilərinin vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilir. Boyukmillet.com xəbər verir ki, zərərçəkmiş şəxs – Xocalı sakini Fərman Məmmədov ifadəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımından bir gün sonra, fevralın 27-də girov götürüldüyünü bildirib. Həmin vaxt 10 yaşı olan zərərçəkmiş girov …
Read More »Parlament torpaq üzərində hüquqların qeydiyyatından imtina üçün hüquqi əsasları təsdiq edib
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, sənədlə Azərbaycanda torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilməsi üçün hüquqi əsaslar təsbit edilir. Qanun layihəsi Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 15-ci maddəsinin şərh edilməsinə dair” 28 mart 2017-ci il tarixli qərarından, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar