Azərbaycan ilk dəfə BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsi (Committee of the Permanent Representatives – UNEP CPR) Bürosunun sədri seçilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın bu quruma sədrliyi 2025-2027-ci illəri əhatə edəcək, rəhbər vəzifəni isə ölkənin Keniyadakı səfiri və UNEP-dəki daimi nümayəndəsi Sultan Hacıyev icra edəcək. Qeyd edək ki, UNEP …
Read More »Yearly Archives: 2025
Sabir Rüstəmxanlı Xameneyiyə müraciət etdi: “İstefa verin…”
“Əgər bu rəhbərlik ölkəni xilas edə bilmirsə, əksinə onu qarışıqlığa, müharibəyə və iqtisadi böhrana sürükləyirsə, o zaman bu mövqedə qalmaq nə dini, nə də əxlaqi baxımdan əsaslandırıla bilməz”. Dünya Azərbaycanlıları Konqresinin sədri, Xalq Şairi Sabir Rüstəmxanlı İran İslam Respublikasının Ali rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə müraciət edib. Müraciətdə deyilir:“İran İslam Respublikasının Ali rəhbəriAyətullah Seyid Əli XameneyiyəCənab Xameneyi!Bu müraciəti sizə Azərbaycan …
Read More »ABŞ təyyarələri İranı vurmaq üçün Türkiyə səmasından istifadə etməyib – Səfirlik açıqlama yaydı
Müxtəlif media orqanlarında yer alan “İranın nüvə obyektlərinə hücumlar həyata keçirən Amerika bombardmançılarının Türkiyənin hava məkanından istifadə etdiyi” iddiaları dezinformasiyanın məhsuludur. İsrailin İrana qarşı başlatdığı hücumlarda Türkiyənin hava məkanı heç vaxt pozulmadığı kimi, ABŞ-ın İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumlarda da Türkiyənin hava məkanından qətiyyən istifadə olunmayıb. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyi saxta xəbərlərlə bağlı açıqlama yayıb. …
Read More »Bakıda Türk dövlətlərinin kredit büroları platformasının yaradılması haqqında memorandum imzalanıb
Türk dövlətlərin kredit büroları platformasının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Boyukmillet.com -un məlumatına görə, imzalanma mərasimi bu gün Bakıda “Fintex Summit 2025” sərgisi çərçivəsində baş tutub. Memorandumu Azərbaycan Kredit Bürosunun baş direktoru Elçin Həbibov, Türkiyə Kredit Bürosunun rəhbəri Orkun Deniz, Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiyasiyası (ACIPE) İdarə Heyətinin sədri, Qazaxıstanın “First Credit Bureau”nun rəhbəri Ruslan Omarov, Özbəkistanın “Kredit-informasiya analitik mərkəzi” …
Read More »Tailand Kamboca ilə sərhədi bağlayır
Tailand iki ölkə arasında münaqişənin kəskinləşməsi fonunda Kamboca ilə sərhədi müvəqqəti olaraq bağlayıb. “Report”un “Reuters”ə istinadən məlumatına görə, may ayının sonunda baş verən silahlı toqquşma nəticəsində Kamboca hərbçisi həlak olub. Bu hadisə dövlətlər arasında münasibətlərin pisləşməsi üçün başlanğıc nöqtəsi olub. Cavab olaraq Kamboca Tailand yanacağı və qazının idxalını dayandırıb. Tailand hərbçilərinin bəyanatına əsasən, məhdudiyyət Kamboca ilə həmsərhəd olan yeddi əyalətdəki …
Read More »Hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib
Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxan bir sıra beynəlxalq reyslər planlaşdırılmış təyinat məntəqələrinə enə bilməyib və təhlükəsizlik məqsədilə alternativ hava limanlarına yönləndirilib. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. “Qatar Airways” aviaşirkətinin Bakı–Doha və “Kuwait Airways”in Bakı–Küveyt reysləri Səudiyyə Ərəbistanının Ciddə Beynəlxalq Hava Limanında, “Wizz Air …
Read More »Rəsmi Bakı Ermənistan XİN-in “İstanbul Bəyannaməsi” ilə bağlı bəyanatını qətiyyətlə rədd edib
Ermənistan Xarici İşlər Nazirliyinin “İstanbul Bəyannaməsi” və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında qəbul edilmiş qətnamələrlə bağlı 23 iyun 2025-ci il tarixli əsassız bəyanatını qətiyyətlə rədd edirik. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İslam Əməkdaşlıq Təşkilatının İstanbul Xarici İşlər Nazirləri Şurasında qəbul olunmuş qərarlarla bağlı Ermənistan Xarici İşlər …
Read More »Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti vətəndaşlara müraciət edib. Boyukmillet.com xəbər verir ki, qurum müraciətində dünya üzrə kibertəhlükəsizlik sahəsində aparıcı mənbələrə istinad edərək bu günlərdə internet mühitində təxminən 16 milyard istifadəçi adı və parolun yer aldığı nəhəng məlumat bazasının qeyri-qanuni şəkildə yayılması faktını xüsusi narahatlıqla qeyd edib. Məlumata görə, bu insident kiberməkanda indiyə qədər qeydə alınan ən böyük məlumat …
Read More »TƏBİB poliklinikalarda iflic və epilepsiya xəstələrinə dərman verilməməsinə aydınlıq gətirib
TƏBİB poliklinikalarda serebral iflic, epilepsiya və digər yanaşı xəstəliklərdən əziyyət çəkənlərə dərmanların verilməməsinə münasibət bildirib. “Report”un sorğusuna cavab olaraq qurumdan bildirilib ki, tibb müəssisələrinin dərman təminatı müvafiq qanunvericiliklə və satınalma qaydalarına əsasən həyata keçirilir. “Qeyd edilən dərman preparatlarının təmin edilməsi istiqamətində sənədləşmə işləri qısa müddət ərzində yekunlaşdıqdan sonra tibb müəssisələrinə göndəriləcək”,- məlumatda qeyd olunub. Qeyd edək ki, sosial mediada yayılan …
Read More »Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədova hökm oxunub
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Boyukmillet.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 15 il müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqustun 21-də DTX-nin keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar