Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbir Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən təşkil edilib və türkdilli ölkə onkoloqları arasında elmi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində dünyanın on ölkəsini, həmçinin yerli və beynəlxalq təşkilatları təmsil edən alimlər, mütəxəssislər və rəsmi şəxslər iştirak edir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan,Türkmənistandan, həmçinin …
Read More »Yearly Archives: 2025
İran XİN: ABŞ İsrailin hücumlarına görə məsuliyyət daşıyır
İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ İsrail hücumlarına görə məsuliyyət daşıdığını bəyan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” qurumun bəyanatına istinadən məlumat yayıb. “İrana qarşı hücumun təhlükəli və genişmiqyaslı nəticələri İsrail və onun tərəfdarlarının üzərinə düşəcək”, – bəyanatda bildirilib. XİN-dən bildirilib ki, İsrail ABŞ-nin koordinasiyası və icazəsi olmadan İrana hücumlar edə bilməzdi: “Birləşmiş Ştatların hökuməti, bu rejimin əsas …
Read More »“AZAL”ın Təl-Əviv, Dubay və Tehran reysləri ləğv edilib
Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reysləri ləğv edilib. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən Bakı – Təl-Əviv – Bakı J2 021/022 (13 iyun) J2 321/322 (13 iyun) J2 021/022 (14 iyun) …
Read More »İsrailin İrana hücumundan sonra 10-dan çox beynəlxalq reys Bakı aeroportunu ehtiyat eniş məntəqəsi kimi seçib
İran, İraq və İsrailin hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri fonunda, bir sıra beynəlxalq aviaşirkətlər tərəfindən uçuşların təhlükəsiz şəkildə davam etdirilməsi məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportuna ehtiyat eniş üçün sorğular daxil olub. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. Belə ki, operativ qərarlar və koordinasiya nəticəsində səhər saatlarında aşağıdakı beynəlxalq reyslər Bakı hava limanına uğurla eniş edib: …
Read More »Tramp İsrailin İrana hücumundan əvvəlcədən xəbərdar olub
Amerika prezidenti Donald Tramp İsrailin İrana zərbə endirmək planlarını əvvəlcədən bildiyini, lakin ABŞ-ın əməliyyatda iştirak etmədiyini vurğulayıb. Boyukmillet.com xəbər verir ki, “Fox News” telekanalının jurnalisti Cennifer Griff Ağ Ev rəhbərinin sözlərindən sitat gətirib. Onun sözlərinə görə, Vaşinqton ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yüksək hazırlıq vəziyyətində olması ilə Tehranın cavab tədbiri görüb-görməyəcəyini gözləyir. Tramp deyib ki, İran cavab verərsə, ABŞ özünü və …
Read More »İsrail İrana havadan zərbə endirib, Tehranda partlayışların olduğu bildirilir
İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb. İsrailin nəyi hədəfə aldığı hələlik bəlli deyil, lakin Tehranda partlayışlar olduğu bildirilir. “Fars” agentliyi isə bildirib ki, İran paytaxtında ən azı altı partlayış səsi eşidilib. Bu arada İsrailin müdafiə naziri İsrael Kats ölkə daxilində fövqəladə vəziyyət elan edib: “İsrail dövlətinin …
Read More »Azərbaycanda sosial müavinətlər, Prezident təqaüdləri və fəxri adlara görə təqaüdlər artırılıb
Prezident İlham Əliyev sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmana əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib: – orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə əlilliyi müəyyən …
Read More »Məhkəmədə vaxtilə işğaldakı ərazilərdə Ermənistan istehsalı olan minaların basdırıldığı etiraf edilib
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun Azərbaycan ərazilərində minaların basdırılması barədə suallarını cavablandırıb. Boyukmillet.com xəbər verir ki, o, işğal olunmuş ərazilərdə piyada və tank əleyhinə minalar basdırdığını bildirib. L.Mnatsakanyanın sözlərinə görə, ilkin mərhələdə Sovet İttifaqında istehsal olunmuş, sonrakı mərhələdə isə Rusiyadan alınıb Ermənistan vasitəsilə rejimə verilmiş minalar basdırılıb. “Son dövrlərdə Ermənistan Respublikasında …
Read More »Xırdalan sakini: 35 ilə tikib-qurduğumuz ev bir anda külə döndü
Xırdalan sakini 35 il ərzində əziyyətlə tikib ərsəyə gətirdikləri evlərinin bir anda yanıb külə döndüyünü bildirib. Bu barədə “Report”un yerli bürosunun əməkdaşı ilə söhbətdə iyunun 12-də Xırdalanda baş verən yanğın zamanı evi yanan sakin Zəminə Abassova deyib. Onun sözlərinə görə, yanğın baş verən zaman evdə qızından başqa heç kim olmayıb: “Yanğın vaxtı içəridə tək olan qızım deyir ki, ev qəfildən yanmağa …
Read More »İranda 10 gəmini əhatə edən güclü yanğın olub
İranın cənubunda Hörmüzgan əyalətində 10 ticarət gəmisini əhatə edən iri yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mehr” informasiya agentliyi məlumat yayıb. Qeyd olunub ki, əyalətin bütün logistika resursları yanğının söndürülməsinə cəlb edilib. Yanğının səbəbi məlum deyil, araşdırma aparılır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar