Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

İmişli Ağsaqqallar Şurasının keçmiş sədrinin həbs edildiyi deyilir

DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib Faşizm üzərində Qələbə Günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Səbail Rayon Məhkəməsi Saleh Səmədov barəsində mənimsəmə cinayətlərinə görə 4 aylıq həbs qətimkan tədbiri seçib. O, AR Cinayət …

Read More »

Türkiyəli din xadimi: Ermənilər Qarabağda təkcə tikililəri və təbiəti deyil, insanlığı da məhv ediblər

Ermənilər Qarabağda təkcə tikililəri və təbiəti deyil, insanlığı da məhv ediblər. Bunu “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında türkiyəli din xadimi Ahmed Erdem səsləndirib. O, Azərbaycana Türkiyənin Qars şəhərindən gəldiyini bildirib: “Bura mənim ata yurdumdur. Çünki ata babam Şuşa, ana babam isə Gəncə şəhərindəndir. 1918-ci ildə ermənilərin Qarabağda azərbaycanlılara qarşı törətdiyi soyqırımı zamanı Türkiyəyə mühacirət ediblər. Atalarımız ölən günədək Azərbaycan həsrəti …

Read More »

Sabir Rüstəmxanlının “Seçilmiş əsərləri” təqdim olundu – FOTOLAR

Bu gün Azərbaycan Xalq şairi, görkəmli ictimai-siyasi xadim Sabir  Rüstəmxanlının 15 cildlik “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Kitabxanasında baş tutan tədbirdə bir sıra ictimai-siyasi xadimlər, tanınmış alimlər, millət vəkilləri, yazıçı və jurnalistlər iştirak edib. Təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli bildirib ki, Sabir Rüstəmxanlının yaradıcılığı Azərbaycanın …

Read More »

Azərbaycan və Almaniya investisiya əlaqələrinin genişləndirilməsi üçün yol xəritəsi imzalayıb

“Azərbaycan və Almaniya şirkətləri arasında ticarət, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi üzrə yol xəritəsi” imzalanıb. İqtisadiyyat Nazirliyindən  verilən məlumata görə, sənəd nazir Mikayıl Cabbarovun Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşündə imzalanıb. Sənədi Alman İqtisadiyyatının Şərq Komitəsi, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatası imzalayıb. Sənədin icrası ikitərəfli iqtisadi-ticarət və investisiya əməkdaşlığının gücləndirilməsini, birgə …

Read More »

Rusiya və İrandan idxal olunan bəzi qida məhsullarında parazit və bakteriyalar aşkarlanıb

Rusiya və İrandan idxal olunan bəzi qida məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq ölkələrin aidiyyəti qurumlarına bildirişlər ünvanlanıb. Uyğunsuzluqlar əsasən parazit və bakteriya üzrə, eləcə də kükürd dioksidin kütlə payının normadan çox olması ilə bağlı olub. Nöqsanlar aşkarlanan məhsul partiyaları aşağıdakılardır: Məhsulun adıİstehsal və …

Read More »

Milli Məclis Azərbaycan və Çin arasında vizadan qarşılıqlı azad edilmə barədə sazişi ratifikasiya edib

Azərbaycan və Çin arasında vizadan qarşılıqlı azad edilmə barədə sazişi təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, sazişin təsdiqi haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, sazişə görə hər iki ölkənin ümumvətəndaş pasportuna malik vətəndaşları qarşı tərəfin ərazisinə vizasız şəkildə daxil ola bilər və orada hər dəfə maksimum 30 gün, həmçinin ardıcıl 180 günlük müddət ərzində ümumilikdə …

Read More »

MN: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb

Azərbaycanın Müdafiə Nazirliyi (MN) Ermənistan Müdafiə Nazirliyinin iddiaları ilə bağlı məlumat yayıb.  Bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.  Bildirilib ki, mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır: “Bir daha …

Read More »

İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq – SƏRƏNCAM

“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” hazırlanacaq. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən Nazirlər Kabinetinə “Azərbaycan Respublikasının 2027−2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihələrini, habelə həmin layihələrdə nəzərdə …

Read More »

Naxçıvan televiziyası peyk yayımına başlayıb

Naxçıvan televiziyası “Azerspace-1” peykində (11135 Horizontal 30000) yayıma başlayıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvanda keçirilən “Qlobal İnformasiya Mühiti və Media Trendləri” – “MEDİAFEST-2025” konfransında məlumat verilib. Qeyd edək ki, Azərbaycan Prezidentinin 2024-cü ilin 15 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan televiziyasına peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib.

Read More »

Misir sərhədçiləri 24 milyon dollar məbləğində narkotik maddə müsadirə ediblər

Misirdə sərhədçilər 24 milyon dollar dəyərində narkotik daşınmasını müsadirə edib. Bu barədə Boyukmillet.com ölkənin silahlı qüvvələrinə istinadən xəbər verir. Narkotiklər tərəvəz daşınan yük maşınında gizlədilib. Çəkisi 12 tondan çox olan yük Süveyş kanalının altından keçən Əhməd Həmdi tunelinin yaxınlığında müsadirə edilib. Müsadirə edilən narkotik vasitələr qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə təhvil verilib.

Read More »