Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Özbəkistan Senatı Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqaviləni ratifikasiya edib

Özbəkistan Ali Məclisinin Senatı (yuxarı palata) Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiqləyib. Bu barədə Boyukmillet.com Özbəkistan Senatına istinadən xəbər verir. Senatın altıncı plenar iclasında 23 avqust 2024-cü il tarixində Daşkənddə imzalanmış “Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin ratifikasiyası haqqında” qanuna baxılıb. MƏLUMAT YENİLƏNİR

Read More »

Prezident İlham Əliyev Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olub. Boyukmillet.com xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına kompleksin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, cəmiyyət tərəfindən Qusarda 330, Ağsuda isə 30 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv bağlar salınıb. Hazırda burada 230 hektar sahədə alma, 35 …

Read More »

Türkiyədə FETÖ ilə əlaqədar 170-ə yaxın şübhəli saxlanılıb

Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat tədbirləri keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” sosial media hesabında yazıb. Nazirin sözlərinə görə, 42 vilayətdə ümumilikdə 169 şübhəli saxlanılıb. Əməliyyat nəticəsində bir sıra silah-sursat, eləcə də çoxlu sayda sənəd və rəqəmsal material ələ keçirilib.

Read More »

Azərbaycan neftinin qiyməti 67 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,95 ABŞ dolları, yaxud 1,41 % azalaraq 66,26 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 64,35 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,95 ABŞ dolları və ya 1,45 % azalaraq 64,52 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir …

Read More »

Tərk edilmiş Çernobıl torpaqları kənd təsərrüfatı dövriyyəsinə qaytarıla bilər

Beynəlxalq alim qrupu Ukraynanın Çernobıl təcrid zonasında minlərlə hektar kənd təsərrüfatı torpaqlarının bitki yetişdirmək üçün təhlükəsiz şəkildə istifadə edilə biləcəyini sübut edib. Boyukmillet.com xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Environmental Radioactivity” (JER) elmi nəşrində dərc edilib. Komandanın nəticələri torpaqların radioaktiv sezium və stronsium ilə çirklənməsinin monitorinqi nəticələrinə əsaslanır. Jitomir vilayətində 100 hektarda aparılan testlər radiasiya səviyyələrinin Ukrayna təhlükəsizlik normalarından …

Read More »

Çexiyada hepatit A epidemiyası sürətlə yayılmağa başlayıb

Çexiyada hepatit A epidemiyası sürətlə yayılmağa başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Novinky” xəbər portalı Dövlət Səhiyyə İnstitutuna istinadən məlumat yayıb. Xəstəlik əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə daha sürətlə yayılır. Yanvardan aprelin 28-dək respublikada 424 xəstəlik halı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə on dəfə çoxdur. Hepatit A altı vətəndaşın ölümünə səbəb olub. Eyni zamanda, tibbi …

Read More »

Bu gün XTQ-nin yaradılmasından 26 il ötür

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 26 il ötür. Boyukmillet.com xəbər verir ki, XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Xüsusi Təyinatlı Qüvvələrin bölmələri 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib. XTQ …

Read More »

ADNA-da terror aktı törədilməsindən 16 il ötür

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür. Boyukmillet.com xəbər verir ki, terror hadisəsindən 16 il ötür. Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu …

Read More »

Tofiq Yaqubluya dəstək üçün aclıq kampaniyası başlayıb

Dünya Azadlıq Konqresi Tofiq Yaqublu ilə əlaqədar qətnamə qəbul edib 29 gündür həbsinə etiraz olaraq ölüm aclığı edən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun getdikcə yaddaşını itirdiyi bildirilir. Vəkili Nemət Kərimli aprelin 29-da Umbakı qəsəbəsində saxlanıldığı təcridxanada siyasətçi ilə görüşdən sonra bu barədə sosial şəbəkə hesabında yazıb. O deyib ki, səhər saatlarında həkim tərəfindən müayinə olunan Yaqublu çəkisindən başqa …

Read More »

Sabah Londonda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Sabah Londonda Azərbaycan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək. Bu barədə  Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə nazii Pərviz Şahbazov və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. İclasda enerji keçidi, iqtisadiyyatın modernləşdirilməsi/diversifikasiyası, infrastrukturun inkişafı, tənzimləmə və biznes mühiti istiqamətləri üzrə 20-dən çox sahədə əməkdaşlığa dair müzakirələrin …

Read More »