İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək. “Report”un əməkdaşı xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında danışıb. “Yaxın gələcəkdə qardaşımın yenidən qonağı olacağam. Burada mən özümü yad hiss etmirəm. Hazırda İranda baş verən partlayışa görə çox qala bilmirəm”, – o əlavə edib.
Read More »Yearly Archives: 2025
İlham Əliyev: Səfər zamanı əldə edilmiş razılaşmalar İran-Azərbaycan dostluğunu, qardaşlığını bir daha təsdiqləyir
Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha İran-Azərbaycan dostluğunu, qardaşlığını təsdiqləyir. Bir sözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib. Dövlət başçısı imzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyanatı qeyd edib. Deyib ki, bu, çox ciddi sənəddir və gələcək əməkdaşlıq …
Read More »Mingəçevir futbolunda yeni nəfəs
Azərbaycan futbolu dedikdə göz önünə ilk növbədə “Neftçi” gəlir. Ölkəmizin flaqman komandasının 1966-cı ildə Sovet İttifaqının çempionatında bürünc medal qazanmasından sonra respublikada futbola maraq daha da artdı. Paytaxt Bakı ilə yanaşı rayonlarda da yeni klublar yaradıldı. Həmin il Mingəçevirdə də yerli futbol komandası formalaşdırıldı. Qısa zamanda bu komandanın şöhrəti ətrafa yayıldı. Ümumiyyətlə, Mingəçevir zəngin futbol ənənəsi olan bir şəhərdir. İndi …
Read More »Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq
Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib. Zərərçəkən Elşən Nəcəfov deyib ki, Mühafizə Polisində işləyir: “Yanğın olan gün növbədəydim, hadisə baş verən …
Read More »İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gəlib
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İran İslam Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
Read More »Xocalı şəhərinə daha 33 ailə köçürülüb
Xocalı şəhərinə daha 33 ailə (137 nəfər) köçürülüb. Boyukmillet.com xəbər verir ki, Bakı şəhərindən 15 ailə (65 nəfər); Goranboy rayonundan 7 ailə (30 nəfər); Abşeron rayonundan 3 ailə (12 nəfər); Ağcabədi rayonundan 2 ailə (7 nəfər); Sumqayıt şəhərindən 2 ailə (6 nəfər); Gəncə şəhərindən 1 ailə (6 nəfər); Qobustan rayonundan 1 ailə (5 nəfər); Şirvan şəhərindən 1 ailə (4 nəfər); …
Read More »Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 28-i saat 00:25-də Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”.
Read More »Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfərdən biri zərərsizləşdirilib, üçü saxlanılıb
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi …
Read More »Pezeşkianın Bakı səfərinə az qaldı: Dünya aydınlıq və reallıq tələb edir
“İran da öz siyasətini, qonşularla münasibəti, Ermənistanla əlaqələri redaktə etməlidir” Pezeşkianın Azərbaycana gəlişindən sonra bir sıra məsələlərdə ciddi formada reformalar gözlənilir. İran rejiminin Azərbaycana münasibəti dəyişə bilər” “Aprelin son günlərində Prezident Pezeşkian Azərbaycana səfər edəcək, bu, mühüm səfərdir və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına yönəlib”. Bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib. O bildirib ki, bu səfər ölkələr arasında müxtəlif …
Read More »Feridun Sinirlioğlu: ATƏT Azərbaycanla uzunmüddətli əməkdaşlıq barədə öhdəlik götürür
ATƏT Azərbaycanla uzunmüddətli əməkdaşlıq barədə öhdəlik götürür. Boyukmillet.com xəbər verir ki, bunu ATƏT-in baş katibi Feridun Sinirlioğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib. O qeyd edib ki, Azərbaycanla bağlı bu niyyəti Ermənistan və Gürcüstandakı görüşlərdə də bildirib: “Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılması böyük nailiyyətdir”.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar