Bazar , 5 Aprel 2026

Yearly Archives: 2025

DTX-nin terrorçuluqda təqsirli bildiyi şəxsə məhkəmə ağır cəza verib

Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd hazırlamaqda təqsirləndirilən Elşən Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözünü demək üçün prosesin qapalı davam etdirilməsini və məhkəmə zalında olan şəxslərin çıxarılmasını xahiş edib. Təqsirləndirilən şəxsin vəsatəti təmin edilib. Daha sonra məhkəmədə hökm …

Read More »

Qərbi Azərbaycan İcması QH Parlament Şəbəkəsinə ədalətli mövqeyə görə təşəkkür edib

Qərbi Azərbaycan İcması Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinə ədalətli mövqeyə görə təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İcmanın bəyanatında qeyd olunub. Bildirilib ki, Qərbi azərbaycanlıların qayıdış hüququna beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti mühüm uğur əldə edilib. “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 6 aprel 2025-ci il tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilmiş IV konfransında qəbul edilmiş bəyannamədə Qərbi …

Read More »

Tramp yenidən İranı təhdid edib

“Vaşinqtonla Tehran arasında danışıqların mümkün uğursuzluğu İran üçün son dərəcə mənfi nəticələrə səbəb olacaq və ölkə özünü böyük təhlükə ilə üz-üzə qoyacaq”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib. “Düşünürəm ki, İranla danışıqlar nəticə verməsə, ölkə böyük təhlükə qarşısında qalacaq. İran nüvə silahına malik ola bilməz. Danışıqlar nəticə verməsə, düşünürəm ki, həmin gün İran üçün …

Read More »

Tofiq Yaqublunun səhhətinin ağırlaşdığı bildirilir

Onun öz həkimi Adil Qeybulla tərəfindən müayinə olunması üçün Penitensiar Xidmətə müraciət edilib Təcridxanada 7 gündür aclıq aksiyası edən Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun səhhətinin ağırlaşdığı bildirilir. Bu barədə onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib. “Tofiq Yaqublu yeriyəndə səndələyir, rəngi avazıyıb. Səhhətində ağırlaşma davam edəcək. O, 6 kilo çəki itirib”, – vəkili deyib. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti vəkilin açıqlamasına …

Read More »

ASAN Xidmətin əməkdaşı paylaşdığı videoya görə işdən çıxarıldığını deyir

Hüquqşünas bildirir ki, işəgötürən işçilərin Əmək Məcəlləsində nəzərdə tutulan bir çox hüquqlarını pozub ASAN Xidmətin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin işçisi Banu İsmayılova “Whatsapp”da paylaşdığı tənqidi videoya görə işdən çıxarıldığını iddia edir. Bu barədə öz “Facebook” hesabında məlumat verən İsmayılova, həmçinin qurumun səlahiyyətli nümayəndələrinin işçiləri əmək müqaviləsində nəzərdə tutulandan fərqli şərtlərlə işlətdiklərini bildirir. Onun sözlərinə görə, tələb və təkliflərlə çıxış edən işçilər hədəfə …

Read More »

Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib

Türkiyənin Azərbaycandakı səfirliyi Cəbrayıl rayonunda sərhədçimizin şəhid olması ilə nəticələnən mina partlayışı barədə açıqlama yayıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə səfirliyin sosial mediadakı paylaşımında bildirilib. Paylaşımda deyilir: “Bu gün (7 aprel) Qarabağın Cəbrayıl rayonu ərazisində mina partlaması nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin bir əməkdaşının həlak olması bizi dərindən kədərləndirdi. Mərhumun kədərli ailəsinin dərdini bölüşür, əziz Azərbaycan xalqına dərin hüznlə başsağlığı …

Read More »

Sabah Bakıda 31 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz …

Read More »

Tramp Çinlə müqavilə şərtini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlat Çinlə yalnız ölkələr arasında ticarət kəsiri aradan qaldırılarsa, saziş bağlaya bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Oval kabinetdə çıxışında bildirib. Tramp vurğulayıb ki, ABŞ Çinə görə ildə yüz milyardlarla dollar itirir. Ona görə də ticarət kəsiri problemi həll olunmayınca, Vaşinqton Pekinlə razılaşmaya razı olmayacaq. Prezident qeyd edib ki, ABŞ …

Read More »

“TotalEnergies” Azərbaycandakı obyektlərini daimi metan monitorinqi sistemləri ilə təchiz edəcək – EKSKLÜZİV

Fransanın “TotalEnergies” neft-qaz şirkəti 2025-ci ilin sonunadək Azərbaycandakı istehsal obyektlərində daimi metan monitorinqi sistemlərinin tətbiqini planlaşdırır. Bu barədə “Report”a müsahibəsində şirkətin Avropada kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jan-Lyuk Gizyu məlumat verib. Onun sözlərinə görə, belə sistemlərin tətbiqi “TotalEnergies”in daha dayanıqlı və “yaşıl enerji”yə keçid strategiyası çərçivəsində zərərli tullantıların azaldılmasına yönəlib: “Enerji sektoru neft və qaz kimi ənənəvi mənbələrdən tullantıların azaldılmasında …

Read More »

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini müxtəlif istiqamətlərdən intensiv atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilib ki, aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub. Azərbaycan bölmələri tərəfindən qeyd olunan …

Read More »