Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

İran Prezidentinin müşaviri Azərbaycanda səfərdədir

İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi Azərbaycanda səfərdədir. Boyukmillet.com xəbər verir ki , onun səfər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Read More »

Salyanda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs həbs edilib

Salyanda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs həbs edilib. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən xəbərə görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Bəhruz Həsənov saxlanılıb. Ondan 6 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, B.Həsənov barəsində …

Read More »

İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etməsindən sonra 320-dən çox uşaq ölüb

İsrailin Qəzza zolağında hərbi əməliyyatları bərpa etməsindən sonra 320-dən çox fələstinli uşaq həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı BMT-nin Uşaq Fonduna (UNICEF) istinadən məlumat yayıb. UNICEF-in məlumatına görə, İsrailin Qəzzaya hücumlarını yenidən başlamasından bəri azı 322 uşaq öldürülüb. Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, anklavı kütləvi zərbələrə məruz …

Read More »

Almaniya Azərbaycan tərəfinə üzrxahlıq edib

Almaniya Prezidenti Administrasiyası bu ölkənin Prezidentinin sosial media profilində yerləşdirilmiş postla bağlı Azərbaycan tərəfinə üzrxahlıq edib. Boyukmillet.com bu barədə AZƏRTAC-a istinadən xəbər verir. Qeyd edək ki, Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar …

Read More »

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib.

Read More »

Azərbaycan kommersiya yükdaşımaları və yük dövriyyəsinə görə MDB-də 4-cü olub

Azərbaycan kommersiya yüklərinin daşınması (boru kəməri ilə nəql istisna olmaqla) üzrə MDB ölkələri arasında 2024-cü ilin yekunlarına görə 4-cü olub. “Report”un MDB Dövlətlərarası Statistika Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, 2024-cü ildə ölkədə 171 milyon ton yük daşınıb ki, bu da 2023-cü illə müqayisədə 5,7 % çoxdur. Dəmir yolu nəqliyyatı ilə 18,5 milyon ton (2023-cü illə müqayisədə 1,4 % çoxdur), avtomobil nəqliyyatı ilə 143,5 milyon ton (+6,9 %), su nəqliyyatı ilə 8,6 …

Read More »

Azərbaycan MN: Ermənistan təxribatlarını gizlətməyə çalışır

Martın 31-də saat 11:10 radələrində Ermənistan silahlı qüvvələrinin Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqeləri atıcı silahlardan atəşə tutulub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, son günlər mütəmadi olaraq Azərbaycan Ordusunun bölmələrini atəşə tutan, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd göstərən …

Read More »

Almaniya səfiri Azərbaycan XİN-ə çağırılıb

Martən 31-də Almaniyanın Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə  Azərbaycan Xarici İşlər Naziriyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” paylaşmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşıma görə kəskin etiraz …

Read More »

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi ŞƏRH

Tarixdə çox az fakt tapmaq mümkündür ki, bir əsrdə bir xalq digər xalqı etnik və dini mənsubiyyətinə görə dəfələrlə soyqırımı və deportasiyaya məruz qoysun və buna görə də hüquqi və siyasi məsuliyyət daşımasın. Bəli, ermənilər XX əsrdə xalqımıza qarşı bir neçə dəfə belə vandalizm hərəkətində olublar. Onların ən dəhşətlilərindən biri də ermənilərin xalqımıza qarşı törətdiyi 1918-1920-ci illər soyqırımıdır. Bu sözləri AZƏRTAC-a …

Read More »

Tofiq Yaqublu sabahdan aclıq aksiyasına başlayır

“Hər kəs bilir ki, mən siyasi fəaliyyətimə görə həbs olunmuşam” Tofiq Yaqublu aprelin 1-dən aclığa başlayır. Bununla bağlı qızı Nigar Həzi özünün “Facebook” hesabında atasının bəyanatını paylaşıb.   “Mənə qarşı əsassız, qanunsuz və tərbiyəsiz 9 il azadlıqdan məhrumetmə hökmünə etiraz olaraq aprelin 1-dən aclıq aksiyasına başlayıram. Bilirəm ki, bu, çox çətin olacaq, eyni zamanda bir çox dostlar bu addımımı təqdir etmirlər. …

Read More »