Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

Türkiyənin vitse-prezidenti Azərbaycan Baş nazirinə məktub ünvanlayıb

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Baş nazir Əli Əsədova məktub ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli Baş nazir, əziz qardaşım, doğum günüm münasibətilə göndərdiyiniz səmimi təbrik məktubunuz üçün Sizə təşəkkür etmək istəyirəm. Qarşılıqlı yüksək səviyyəli intensiv səfərlərimiz və təmaslarımız, ölkələrimiz arasında müstəsna qardaşlıq əlaqələrimizin və gündən-günə inkişaf edən əməkdaşlığımızın ruhunu əks etdirir. Prezident İlham Əliyevin bir müddət əvvəl ölkəmizə …

Read More »

Naxçıvan Muxtar Respublikasının məscidlərində bayram namazı qılınıb

Ramazan ayının başa çatması münasibətilə Naxçıvan Muxtar Respublikasında bayram namazı qılınıb. “Report”un yerli bürosu xəbər verir ki, dini ayinlər Naxçıvan şəhərindəki Heydər, Sarvanlar, Came və Kazım Qarabəkir Paşa məscidlərində icra olunub. Həmçinin bayram namazı muxtar respublikanın digər rayonlarındakı məscidlərdə də qılınıb. Namazdan sonra dualar oxunub. Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, …

Read More »

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə Ramazan bayramı münasibətilə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda qeyd olunub: “Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!”.

Read More »

Avstraliyanın cənubunda kenquruların kütləvi ölümü qeydə alınıb

Cənubi Avstraliyanın Viktor Harbor şəhərinin qərbindəki sahildə kenquruların kütləvi ölümü qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli ABC telekanalı məlumat yayıb. Qeyd olunub ki, sakinlər azı səkkiz kenqurunun cəsədini aşkar ediblər. İbtidai Sənaye və Regionlar Departamenti kütləvi ölümün balıqları öldürən və sörfçüləri xəstələndirən Karenia mikimotoi plankton çiçəklənməsi, toksinlər və ya digər amillərlə əlaqəli olub- olmadığını müəyyən etmək üçün araşdırmaya …

Read More »

HƏMAS Misir və Qətərin Qəzzada atəşkəslə bağlı şərtlərini qəbul edib

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs şərtlərini danışıqlarda vasitəçilik edən Misir və Qətərdən qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayiyə istinadən məlumat yayıb. “HƏMAS müsbət cavab verdi. Misir və Qətərin bu ərazidə hərbi əməliyyatları dayandırmaq təklifini qəbul etdi”, – o söyləyib. Əl-Haya təşəbbüsün təfərrüatlarını açıqlamayıb. Lakin bir neçə İsrail …

Read More »

Gürcüstanda 100-kilometrlik etiraz yürüşü başlayıb

Yürüş iştirakçılarının tələbləri: yeni parlament seçkilərinin keçirilməsi və rejim məhbuslarının azadlığa buraxılması Bu gün, martın 29-da Gürcüstanın Dmanisi rayonunda “Yeni seçkilər tələb edirik!” şüarı altında 100 kilometrlik yürüş başlayıb. Etirazçılar üç gün ərzində Dmanisi, Bolnisi və Marneulidən keçib, martın 31-də Tbilisidə, Rustaveli prospektində yürüşü bitirməyi planlaşdırırlar. “100 kilometrlik məsafədə 4 şəhərdən, 20-yə qədər kənddən keçəcək və hər bir evin, darvazanın …

Read More »

KİV: Tramp Administrasiyası Ukrayna iqtisadiyyatına tam nəzarət etmək istəyir

ABŞ prezidenti Donald Trampın administrasiyası təkid edir ki, Ukrayna Vaşinqtonun mühüm iqtisadi layihələrə nəzarəti təmin edəcək saziş imzalasın. Boyukmillet.com xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) Kiyevə göndərilmiş sənəd layihəsinə istinadən məlumat yayıb. Xüsusilə ABŞ Ukraynanın infrastruktur layihələrində və mineral hasilat proqramlarında, o cümlədən nadir torpaq metalları və liman tikintisində iştirakda birinci prioritet əldə etməyə çalışır. Əsasən Amerika …

Read More »

Ötən gün 42 kq-a yaxın narkotik vasitə aşkarlanıb

Polis əməkdaşları ötən gün ümumi çəkisi 41,2 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,6 kiloqramdan artıq heroin, 35,6 kiloqrama yaxın marixuana, 1 kiloqramdan artıq metamfetamin olub.

Read More »

BMT-nin İnsan Hüquqları Şurasında Qərbi Azərbaycandan olan uşaqlarla bağlı məsələ qaldırılıb

BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə “Münaqişə bölgələrində uşaqların hüquqları” adlı yan tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə beynəlxalq təşkilatların, müxtəlif ölkələrdən diplomatik korpusun təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, tədqiqatçı-alimlər iştirak edib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev münaqişələrin zərbə vurduğu əsas qrupun məhz uşaqlar olduğunu bildirib. O, Qərbi Azərbaycandan …

Read More »

Bazar günü 26 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında martın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz …

Read More »