Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 19-u saat 19:00-dan 19:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Read More »

Azərbaycan hərbçiləri Gədəbəydə qar uçqununa düşüblər, axtarışlara başlanılıb

 Azərbaycan hərbçiləri Gədəbəydə qar uçqununa düşüblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında qeyd olunub. Bildirilib ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Həmidov Ruslan Rüstəm oğlu və əsgər İmanov Əli Tariyel oğlu dumanlı hava şəraitində qar uçqununa düşüblər. “Hərbi qulluqçuların tapılması məqsədilə yüksək …

Read More »

Bu yağları da almayın, AQTA yeni siyahı yaydı – Hansılardır?

Boyukmillet.com xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterinləri − “Kampesterin” və “Beta-sitosterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Palmitin, Olein yağ turşuları) aşkarlanıb. Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin sahibkarlar barəsində …

Read More »

Türkiyənin ədliyyə naziri İmamoğlunun saxlanılması ilə bağlı danışıb

İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu daxil olmaqla 106 nəfər cinayət məsuliyətinə cəlb olunub. Boyukmillet.com-un “Haber Global”a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, aparılan iki araşdırma nəticəsində 106 nəfər barəsində həbs qətimkan tədbiri seçilib: “Terror cinayətləri bürosunun apardığı istintaqda, aralarında İstanbul Böyükşəhər Bələdiyyə Başçısı da daxil olmaqla 7 nəfər …

Read More »

“Azadlıq Radiosu” ABŞ Qlobal Media Agentliyini məhkəməyə verib

İddiada bildirilir ki, “Azadlıq Radiosu” üçün nəzərdə tutulan vəsaitin verilməməsi ABŞ Konstitusiyasının pozulmasıdır “Azad Avropa/Azadlıq Radio”ları (RFE/RL) martın 18-də ABŞ Qlobal Media Agentliyini (USAGM), eləcə də bu qurumun rəsmiləri Keri Leyk və Viktor Moralesi məhkəməyə verib.Boyukmillet.com xəbər verir ki, “Azadlıq Radiosu”nun yaydığı press-relizdə deyilir ki, məqsəd radioya federal qrantın kəsilməsini bloklamaqdır.İddiada bildirilir ki, Konqresin “Azadlıq Radiosu” üçün nəzərdə tutduğu vəsaitin verilməməsi federal …

Read More »

AQC sədri Türk Dövlətləri Qiymətləndiricilərinin IV Konqresində mükafatla təltif olunub

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Qiymətləndiricilərinin IV Konqresi keçirilib. Konqresdə Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına (CAATS) üzv olan 7 ölkənin qiymətləndirmə təşkilatlarının rəhbər şəxsləri, o cümlədən CAATS prezidenti və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti( AQC sədrinin müavinləri İbrahim Quliyev və Nail Həşimov, AQC İcra Aparatının rəhbəri Rüfət Quliyev, AQC sədrinin beynəlxalq məsələlər üzrə …

Read More »

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Qazaxıstanda saxlanılaraq ölkəyə gətirilib

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki,  “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında”  07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Şahin Həmdulla oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Belə ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla …

Read More »

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

Azərbaycanda süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi məqsədilə Süni İntellekt Akademiyası yaradılacaq. Boyukmillet.com xəbər verir ki, bu Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda öz əksini tapıb. Strategiya çərçivəsində 2026-2027-ci illərdə Süni İntellekt Akademiyasının fəaliyyəti çərçivəsində ən azı 2 nüfuzlu xarici universitetlə (dünya reytinqində ilk 10 pillədə qərarlaşan) süni intellektin tədrisi sahəsində əməkdaşlığın təmin edilməsi, süni intellekt …

Read More »

Rusiya Ermənistana qaz təchizatını dayandırıb

Rusiya Gürcüstan ərazisində təmir işləri ilə əlaqədar Ermənistana təbii qaz təchizatını dayandırıb. Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” QSC-nin elanında bildirilib. “18 mart saat 09:00-dan 18:00-dək Gürcüstan ərazisində “Şimali Qafqaz – Cənubi Qafqaz” tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində (DN 1000) qəza-bərpa işləri aparılacaq, bununla əlaqədar olaraq Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq”, – şirkətdən bildirilib. Qeyd …

Read More »

Bu gecə hava kəskin dəyişəcək, temperatur 18 dərəcə enəcək – XƏBƏRDARLIQ

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcəyi gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Yağıntılı hava …

Read More »