Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Türkiyədə sərnişin avtobusu yük maşınına çırpılıb, xəsarət alanlar var

Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, hadisə Adana-Pozantı magistral yolunda qeydə alınıb. Hadisə yerinə təcili yardım, jandarm, xilasedicilər cəlb olunub və yaralılara ilkin tibbi yardım göstərilib. Zərərçəkənlər xəstəxanalara çatdırılıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Təfərrüatlar açıqlanmır.

Read More »

Perinatal Mərkəzin keçmiş direktoru 7 uşağın ölümü ilə nəticələnən yanğına görə özünü təqsirli bilməyib

O, baş verənlərdə TƏBİB-i günahlandırıb Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin yanvarında Respublika Perinatal Mərkəziində 7 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə işi davam edir. Məhkəmə qarşısında Mərkəzin keçmiş direktoru Mehriban Abbasquliyeva və şöbə müdirləri dayanıb. Onların hər biri ev dustaqlığındadır. Bu iş hakim Leyla Əsgərova-Məmmədovanın icraatındadır. Martın 3-də keçirilən məhkəmə iclasında Mehriban Abasquliyevanın ibtidai istintaqa verdiyi ifadəsi elan …

Read More »

Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində nöqsanlar aşkarlanıb

Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə əlaqədar müvafiq quruma müraciət ünvanlanıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Aparatı məlumat yayıb. Qeyd edilib ki, mərkəzdə monitorinqlər ombudsman Səbinə Əliyevanın tapşırığı ilə “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupu tərəfindən aparılıb. Qeyd edilib ki, İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” …

Read More »

Qazi Babək Mürsəlov saxlanıldı

“Gənc Qazilər” İB-nin Laçın rayon Filialının sədri, Qarabağ Vətən müharibəsinin iştirakçısı, Qazi Babək Mürsəlov saxlanılıb.Bu barədə Gənc Qazilər birliyi sosial şəbəkələrdə paylaşım edib.Saxlanılma səbəbi Laçın rayon polis idarəsinin rəisinin tapşırığı ilə həyata keçirilib. Babək Mürsəlov şəhid ailələrinin və qazilərin üzləşdiyi problemləri dilə gətirib danışdığı və bu problemin həllini aydiyatı dövlət qurumlarından tələb etdiyi üçün sifarişlə saxlanılıb, həbs olunub. Dünən saat …

Read More »

Ötən ay başqasının sənədi ilə sərhədi keçmək istəyən 9 nəfər saxlanılıb

Ötən ay dövlət sərhədini özgəsinə məxsus sənədlə keçməyə cəhd göstərən 9 nəfər saxlanılıb. Bu barədə  Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Qeyd olunub ki, sərhəd rеjim qaydalarını pоzduqlarına görə 779 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb: “Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 298 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilmiş 397 nəfərin ölkəni tərk etməsinin, girişi …

Read More »

Krımoğlu: Beynəlxalq məhkəmədə Putinə qarşı ifadə vermək istərdim

Krım tatarlarının milli lideri, Ukrayna millət vəkili Mustafa Abdulcəmil Krımoğlu İrena Lasota ilə geniş müsahibəsində Ukraynada davam edən müharibənin başa çatması, 2014-cü ildən Rusiyanın işğalı altında olan Krımdakı vəziyyət və Ukraynanın mübarizəsindən danışıb. Kırımoğlu, Ukraynada gündəmdə olan ümumi müharibəyə son qoymaq üçün aparılan danışıqları qiymətləndirərkən, hərbi cinayətkar Putinlə sövdələşmənin düzgün olmadığını vurğulayıb. Krımoğlu 28 fevral 2025-ci ildə dərc olunan müsahibəsində …

Read More »

“Əsgəri dərnəklər Türkiyə Prezidentinin apardığı bu siyasəti dəstəkləyir”

“Türkiyədə son dövrlər baş verən hadisələr, xüsusən Türkiyədə terrorun başa çatması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın atdığı addımlar çox önəmlidir”. Bu fikrirləri Herbiand.az-a hərbi ekspert Ermin Həsənli bildirib. Emin Həsənli hesab edir ki, terrora son qoyulması yolunda həm Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın, həm  Millətçi Hərəkat partiyasının başqanı Dövlət Bağçalının açıqlamaları yeni dövrün başlanğıcı deməkdir. “Son illər Rəcəb Tayyib Ərdoğanın …

Read More »

Makron Ukrayna ilə bağlı Paris – London planının təfərrüatlarını açıqlayıb

Fransa Prezidenti Emmanuel Makron “Le Figaro” nəşrinə müsahibəsində Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə Ukraynaya dair planın detallarını açıqlayıb. Boyukmillet.com-,un məlumatına görə, o, ABŞ və Rusiyanın razılaşa biləcəyi atəşkəsə inanmadığını qeyd edib, çünki tam atəşkəs şərtlərinə əməl olunmasına nəzarət etmək çətin olacaq. Makron və Starmer “havada, dənizdə və enerji infrastrukturunda atəşkəs” təklif ediblər ki, bu da bir aylıq atəşkəs …

Read More »

Moskva vilayətində ticarət mərkəzində silahlı insident olub, yaralananlar var0

Rusiyanın Moskva vilayətinin Mıtişşi şəhərinin ticarət mərkəzlərindən birində baş vermiş silahlı insidentdə üç nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti bildirib. “Şarapovo yolunda yerləşən ticarət mərkəzində atəş səsləri eşidildiyi barədə məlumat daxil olub. Qanun pozucusu saxlanılıb. Hadisə nəticəsində üç nəfər bədən xəsarətləri alıb”, – qurumun məlumatında qeyd olunub. “Baza” teleqram kanalı …

Read More »

İranın vitse-prezidenti Zərif istefa verib

İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçment elan edilməsindən sonra istefa verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, vitse-prezident istefasını İran Məclisinin (birpalatalı parlament) iclasından sonra təqdim edib. Həmin iclasda Hemmati vəzifəsindən kənarlaşdırılmışdı. Qeyd olunub ki, prezident Məsud Pezeşkiaan hələ Zərifin istefa ərizəsini qəbul …

Read More »