Xocalı faciəsi, artıq 33 il keçməsinə baxmayaraq,I Qarabağ müharibəsinin unudulmayan, millətin qan yaddaşına həkk olunmuş ən dəhşətli və faciəvisəhifələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının birlikdə iştirakı ilə Xocalı şəhərinə hücum edilərək dinc əhaliyə qarşı soyqırım törədildi. Xocalı qətliamı, bəlkə də dünya tarixinin ən acımasız qətliamlarından biridir.Fevralın 25-dən 26-na …
Read More »Yearly Archives: 2025
Ersin Tatar Pakistanın Baş naziri Şahbaz Şərifə dəstək bəyanatına görə təşəkkür edib
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Pakistan Baş naziri Şahbaz Şərifə prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə ŞKTC ilə bağlı söylədiyi sözlərə görə təşəkkür mesajı verib. Prezident Tatar mesajında: “Dostum və qardaşım Pakistanın Baş nazirinə ədalətli işimizə göstərdiyi sarsılmaz dəstəyə görə dərin minnətdarlığımı bildirirəm və o, bu gün bir daha qətiyyətlə bildirib”, – deyə qeyd edib. “Pakistanın Baş naziri …
Read More »“ASAN xidmət” təcrübəsi Qazaxıstanla paylaşılır
Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin nümayəndə heyəti “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və burada tətbiq olunan innovativ həllərlə yaxından tanış olmaq məqsədilə ölkəmizə səfər edib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və Dövlət Agentliyi tərəfindən sosial innovasiyalar istiqamətində …
Read More »Türkiyə səfiri: Xocalı faciəsi insanlıq adına qara ləkədir
Türkiyənin Azərbaycandakı səfirliyi olaraq bu gün başsağlığımızı bildirmək üçün Xocalı soyqırımı abidəsini ziyarət etməyə gəlmişik. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Birol Akgün jurnalistlərə açıqlamasında bildirib. “Biz Azərbaycan xalqının acılarını bölüşürük. Xocalı faciəsi insanlıq adına qara bir ləkə, insanlıq adına utancdır. Şəhidlərimizə rəhmət, Azərbaycan xalqına səbr diləyirik”, – səfir deyib.
Read More »Səhiyyə Nazirliyi Sabunçuda 15 nəfərin ölümünə səbəb olan etil spirti məsələsini araşdırır
Səhiyyə Nazirliyi Sabunçuda 15 nəfərin ölümünə səbəb olan etil spirti məsələsini araşdırır. Boyukmillet.com-un məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, araşdırma prosesi getdiyi üçün əlavə məlumat verə bilməyəcək. Qeyd edək ki, 22-23 fevralda Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisə yerlərində …
Read More »Biləsuvarda qanunsuz ov edən əcnəbilər saxlanılıb, hər biri 2 min manat cərimələnib
Biləsuvarda qanunsuz ov edən əcnəbilər saxlanılıb, hər biri 2 min manat cərimələnib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı rayon ərazisində qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb. Araşdırma zamanı onların Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları Matar Mohammed Karam Al Mandoos Alblooshi və Obaid Juma Obaid Zayed Alketbi olduğu …
Read More »İsrail və HƏMAS fələstinli məhbusları azad etmək üçün razılığa gəlib
HƏMAS radikal hərəkatı fevralın 22-də, israilli girovların meyitlərinin təhvil verildiyi gün azad edilməli olan bir qrup fələstinli məhbusun qarşı tərəfdən sərbəst buraxılması ilə bağlı razılığa gəldiyini bildirib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə hərəkatın teleqram-kanalında məlumat verilib. Razılaşma HƏMAS-ın nümayəndə heyətinin Qahirəyə səfərindən sonra əldə olunub. “Son qrupun tərkibində azad edilməli olan fələstinli sərbəst buraxılmasının gecikdirilməsi məsələsinin həlli ilə bağlı razılıq …
Read More »Putin Trampa nadir torpaq metallarını birgə çıxarmağı təklif edir
Rusiya ərazisindən başqa, həm də Ukraynanın işğal olunmuş rayonlarını nəzərdə tutan bu müqavilənin bağlanması mümkündürmü? Vladimir Putin ABŞ-yə nadir torpaq metallarının çıxarılması üçün birgə layihələrdə iştirak etməyi təklif edib, burada söhbət təkcə Rusiya ərazisindən deyil, həm də Ukraynanın işğal olunmuş rayonlarından gedir. ABŞ Prezidenti Donald Tramp artıq Rusiyanın nadir torpaq metalları ilə maraqlandığını bildirib. Sanksiyalar altında belə bir razılaşma mümkündürmü? …
Read More »Türkiyədə 53 nəfərin ölümü ilə nəticələnən terror aktının iştirakçılarından biri tutulub
Türkiyənin Reyhanlı şəhərində törədilən terror aktının iştirakçılarından biri tutulub. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, Temir Dükancı Milli Kəşfiyyat İdarəsinin (MİT) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, Suriya-Livan sərhədində saxlanılaraq Türkiyəyə gətirilib. Məlumata görə, terrorçu Suriyadan Livana qaçmaq istəyirdi. Qeyd olunub ki, narıncı bülletenlə axtarılan terrorçu ölkədə baş verən son proseslər fonunda Suriyadan Livana qaçmaq istəyirdi. Xatırladaq ki, 2013-cü ildə …
Read More »Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “X” hesabında Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda “26 Fevral. Xocalı soyqırımı” sözləri yer alıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar