“Human Rights Watch” (HRW) beynəlxalq insan hüquqları təşkilatının məlumatına görə, İran hakimiyyəti ötən ilin oktyabrından etibarən azı 20 azərbaycanlı fəala “heç bir real sübut olmadan” ağır həbs cəzaları verib. HRW qeyd edir ki, Tehran Apellyasiya Məhkəməsinin 36 nömrəli şöbəsi Tehranın İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsinin hakimi Əbülqasım Salavatinin çıxardığı hökmü qüvvədə saxlayaraq, 10 azərbaycanlı fəala qarşı sərt həbs cəzalarını qüvvədə …
Read More »Yearly Archives: 2025
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. “Report”un məlumatına görə, sənədə əsasən 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995-2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi …
Read More »TDT Türk dünyasının iş adamlarını bölgədə həyata keçiriləcək layihələrə investisiya qoymağa çağırıb
Bu gün Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI) və Türk İnvestisiya Fondu arasında Anlaşma Memorandumu imzalanacaq. Boyukmillet.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Bakıda keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirində bildirib. “Bu sənəd, əsas iqtisadi …
Read More »“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik ilk oxunuşda təsdiqlənib
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağan edilir. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna təklif edilən dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirə edilib. Qeyd …
Read More »Vardanyan Azərbaycan dövlətinin təyin etdiyi vəkildən imtina edib
O, hüquqlarını yalnız öz vəkili Avraam Bermanın qorumasını istəyib Bakıda həbsdə olan erməni milyarder, Qarabağdakı separatçıların keçmiş “dövlət naziri” Ruben Vardanyan Azərbaycan dövlətinin təyin etdiyi vəkildən imtina edib.Bakı Hərbi Məhkəməsinin hakimlərindən ibarət kollegiyanın idarə etdiyi məhkəmədə Ruben Vardanyanın iki vəkili olub. O, bunlardan biri olan Avraam Bermanla öz istəyi ilə müqavilə bağlayıb, digərini – Azər Məhərrəmovu isə Azərbaycan dövləti təyin edib.O, …
Read More »Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir. Xatırladaq ki, ötən proses prokurorlar tərəfindən ittiham aktının elanı keçirilib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq …
Read More »Valideynlərini itirən uşaqlara birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi I oxunuşda təsdiqlənib
Valideynlərini itirən uşaqlara birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi I oxunuşda təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta …
Read More »ABŞ Prezidenti Ukraynadakı müharibənin başlama səbəbindən danışıb
Ukraynada müharibə ABŞ-nin keçmiş lideri Cozef Baydenin bu ölkənin NATO-ya üzv ola biləcəyini deməsinə görə başlayıb. Boyukmillet.com “Fox News”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Trampın sözlərinə görə, Rusiyanın yerində olan hər hansı ölkə buna icazə verməz. ABŞ Prezidenti bildirib ki, Pentaqon rəhbəri Pit Heqsetin Ukraynanın NATO-ya daxil olmasının qeyri-real xarakteri ilə bağlı açıqlamaları Vaşinqtonun mövqeyini dəqiq …
Read More »Avropa Trampın Putinlə “gözlənilməz” söhbətindən narazıdır
“İstənilən danışıqlarda Ukrayna və Avropa da iştirak etməlidir” ABŞ Prezidenti Donald Tramp fevralın 12-dən Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq planını həyata keçirməyə başlayıb.O, Rusiya Prezidenti Vladimir Putinlə, sonra isə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb və sülh danışıqlarına hazırlaşmaq üçün komanda formalaşdırdığını açıqlayıb. “The New York Times” yazır ki, Trampın Putinlə danışıq aparması faktının özü Ukraynanın Qərbdəki müttəfiqlərinin …
Read More »Rusiya Ukrayna ilə bağlı dərhal danışıqlara başlamağa razılaşıb
Trampla Putin telefonla danışıb, bu barədə razılığa gəliblər ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub. ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social”-da yazıb. “İndicə Rusiya Prezidenti Vladimir Putinlə uzun və çox məhsuldar telefon danışığım oldu. Biz Ukrayna, Yaxın Şərq, enerji, süni intellekt, dolların gücü və digər müxtəlif mövzuları müzakirə etdik. Hər şeydən öncə hər ikimiz razılaşdığımız kimi, Rusiya-Ukrayna ilə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar