ABŞ yepiskopları özlərinə yeni lider seçiblər. Boyukmillet.com “Bloomberg”ə istinadən xəbər verir ki, seçkidən dərhal sonra din xadimləri artan deportasiyalar fonunda miqrantların qorunmasını prioritet elan ediblər. Amerikalı Roma Katolik yepiskopları Baltimorda keçirilən illik görüşlərində deportasiya siyasəti və miqrantların hüquqlarının qorunması ilə bağlı artan mübahisələr fonunda ABŞ Katolik Yepiskopları Konfransının yeni prezidentini seçiblər. Təşkilatın yeni prezidenti mühafizəkar ilahiyyatçı və sosial məsələlərdə daha proaktiv …
Read More »Yearly Archives: 2025
“Qarabağ” dünya reytinqində daha 17 pillə irəlilədi
“Qarabağ” klubu dünya reytinqində daha 17 pillə irəliləyib. Boyukmillet.com -un məlumatına görə, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 192,25 xalı olan Azərbaycan çempionu 82-ci sıradan 65-ci yerə qalxıb. “Sabah” 296-cı mövqedən 276-ya, “Zirə” 407-dən 387-yə, “Araz-Naxçıvan” 391-dən 390-a yüksəlib. Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 567 xalla liderdir.
Read More »Trampdan BBC ilə bağlı ŞOK ETİRAF
ABŞ prezidenti Donald Tramp Britaniya Yayım Korporasiyasına (BBC) qarşı böhtan iddiası qaldırmağa məcburdur. Boyukmillet.com xəbər verir ki, bunu Tramp “Fox News”a verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, BBC onun çıxışını redaktə etməklə sözlərinin mahiyyətini təhrif edib: “Düşünürəm ki, məcbur olacağam. Niyə də yox? Çünki onlar ictimaiyyəti çaşdırdılar. Və bunu etiraf ediblər. Düşünürəm ki, bunu etmək mənim öhdəliyimdir. Çünki insanların bunu etməsinə …
Read More »Rusiyanın Ukrayna ilə bağlı 3 mərhələli PLANI
Rusiya Ukraynanı tam ələ keçirmək üçün üç mərhələli strategiya hazırlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Foreign Affairs” jurnalı yazıb. Mənbənin məlumatına görə, ilk mərhələ yeganə hərbi əməliyyatların nəzərdə tutulduğu mərhələdir. Bu mərhələdə Kreml Ukraynanın kifayət qədər bölgəsini işğal etməyi və ya dağıtmağı hədəfləyir ki, ölkənin qalan hissəsinin iqtisadi dayanıqlığı yalnız Rusiyadan asılı vəziyyətə düşsün. Rus strateqləri hesab edirlər …
Read More »Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib
Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstanda C-130 nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçinin həlak olduğunu təsdiqləyib. Bu barədə Boyukmillet.com nazirliyin yaydığı bəyanata istinadən xəbər verir. “Noyabrın 11-də Gürcüstan-Azərbaycan sərhədində C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçimiz həlak olub. Səhər saat 6:30-da Gürcüstan hakimiyyəti ilə razılaşdırılaraq təyyarəmizin qəzaya uğradığı yerdə axtarış-xilasetmə əməliyyatlarına və qəza ilə bağlı araşdırmalara başlanılıb”, – deyə məlumatda …
Read More »Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,7 ABŞ dolları, yaxud 4,15 % artaraq 67,78 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 64,32 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,68 ABŞ dolları və ya 4,26 % artaraq 65,57 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta …
Read More »Nazirlər Kabineti vahid büdcə təsnifatı ilə bağlı qərarını yeniləyib
Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsəsən, balıqçılıq və balıq ovu ilə bağlı xərclər, eləcə də Prezidentin Protokol Xidmətinin xərcləri büdcə xərclərinin funksional təsnifatına əlavə edilib. “Balıqçılıq və balıq ovu” köməkçi bölməsinə balıqçılıq su obyektlərində həyata keçirilən …
Read More »Əkrəm İmamoğluna 2 min 352 ilə qədər həbs cəzası istənilib, 402 nəfərə ittiham irəli sürülüb
İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğlunun cinayət işi üzrə 402 şübhəli barəsində ittiham irəli sürülüb. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, “İmamoğlu mənfəət məqsədli cinayət təşkilatı”na qarşı aparılan istintaq çərçivəsində 105-i həbsdə olan 402 şübhəli barəsində ittiham aktı hazırlanıb. İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında, ümumilikdə, 143 fərqli hərəkət üzrə İstanbul Ağır Cəza Məhkəməsində …
Read More »Xalq şairi sənəd paylaşdı, üsyan etdi: “Prezidentin siyasətinə ziddir”
“Tanıdığım bir adam evinin təmiri üçün alış-veriş edərkən ana dilimizə 34 illik müstəqillik yolundan sonra da davam edən sayqısızlığa dözə bilməyib və narazılığını mənə yazıb”. Boyukmillet.com xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycan Dil Qurumunun başqanı, Xalq şairi Sabir Rüstəmxanlı bildirib. O, mağazada vətəndaşa verilən qaimənin fotosunu paylaşaraq yazıb: “Bu sənəddə diqqət çəkən iki ciddi məsələ mövcuddur. Birincisi, qaimənin (xərclər …
Read More »Qəzaya uğrayan Türkiyə təyyarəsində BU QƏDƏR hərbçi olub – RƏSMİ AÇIQLAMA VİDEO
Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” təyyarəsinin göyərtəsində 20 hərbçi olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Qəzaya düşən təyyarənin göyərtəsində ekipaj üzvləri ilə birlikdə 20 hərbçimiz olub. Qəza bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir”, – məlumatda deyilir. Qeyd edək ki, Gürcüstan mediası Türkiyə təyyarəsinin qəza yerindən görüntülər dərc edilib. Həmçinin təyyarədə olan 10 …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar