Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

Azərbaycan FHN ehtiyac yaranacağı halda Gürcüstanda xilasetmə əməliyyatlarına cəlb ediləcək

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri Gela Geladze ilə telefonla danışıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı baş vermiş faciə ilə əlaqədar vəziyyət müzakirə olunub. Nazir K.Heydərov ölkə Prezidenti İlham …

Read More »

Türkiyənin Azərbaycandan uçan hərbi təyyarəsi Gürcüstanda qəzaya uğrayıb

Bu gün, noyabrın 11-də Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb. Bu barədə məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb. “Axtarış-xilasetmə işlərinə Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə başlanılıb”, – məlumatda deyilir.Gürcüstan Daxili İşlər Nazirliyi təyyarə qəzasını təsdiqləyib. Məlumata əsasən, Türkiyənin yük təyyarəsi noyabrın 11-də Siqnaxi bələdiyyəsində, Gürcüstanın dövlət sərhədinin təqribən 5 kilometrliyində qəzaya uğrayıb. Qurumdan araşdırma aparıldığını bildirirlər. …

Read More »

Vicdanın məhkəməsi: Hava Limanı yolundakı faciə və ədalətsiz hökm – Samir Əsədli yazır

Bəzən bir olay bütöv bir sistemin mahiyyətini anlada bilir. Hava Limanı yolunda baş verən son faciə sərxoş vəziyyətdə avtomobildən düşüb yolun ortasına çıxan bir qadının ölümü sadəcə bir qəza deyil, həm də ölkədə istintaq və məhkəmə sisteminin hansı vəziyyətdə olduğunu açıq göstərən nümunədir. Hadisə sadədir: qadın və onunla olan iki nəfər sərxoş halda yolda gedirlər. Qadın qəflətən avtomobildən düşür və …

Read More »

“Böyük Qayıdış” proqramına 21,5 milyard manat xərclənib: nəticələr gözləntiləri doğruldurmu?

2025-ci ilin ilk doqquz ayında dövlət büdcəsi xətti ilə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 567 milyon manat vəsait xərclənib. İlin sonuna qədər bu xərcin 4,3 milyard manata çatacağı gözlənilir. İşğaldan azad olunmuş torpaqların bərpasına yönəldilən xərclər infrastruktur layihələrinin icrasına, ərazilərin minalardan təmizlənməsinə, həmçinin təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinə aid sosial layihələrin həyata keçirilməsinə sərf olunub. Maraqlıdır ki, …

Read More »

Ermənistanda sabiq müdafiə naziri AXTARIŞA VERİLDİ – ŞOK SƏBƏB

Ermənistanın keçmiş müdafiə naziri (3 avqust – 15 noyabr 2021-ci il tarixlərində vəzifəsində çalışıb) Arşak Karapetyana qarşı cinayət işi açılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Ermənistan İstintaq Komitəsi bildirib ki, 2021-ci ilin may ayında Baş Qərargah rəisinin birinci müavini vəzifəsində çalışan Karapetyan geri çəkilmə əmri verib və bu da Ermənistanın ön cəbhə bölmələrinin mövqelərini tərk etməsinə …

Read More »

Rusiya Odessaya dronlarla hücum edib, enerji və nəqliyyat obyektlərinə zərər vurub

Rusiya qüvvələri noyabrın 11-i gecə saatlarında Ukraynanın cənubuna yenidən zərbə dronları ilə hücum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Odessa vilayəti dövlət administrasiyasına və Fövqəladə Hallar Dövlət Xidmətinə istinadən məlumat yayıb. Yeni hücumların hədəfi Odessa vilayətinin infrastruktur obyektləri olub. Bildirilib ki, hücum nəticəsində mülki enerji və nəqliyyat obyektlərinə ziyan dəyib. Bir neçə enerji müəssisəsində yanğınlar baş verib, xilasedicilər …

Read More »

Türkiyə ilə bağlı ŞOK İDDİA: 2030-cu ilə qədər… TƏCİLİ XƏBƏRDARLIQ

Türkiyə 2030-cu ilə qədər həm səhralaşma, həm də su qıtlığı riski ilə üz-üzə qala bilər. Boyukmillet.com -un xəbərinə görə, Avropanın aparıcı tədqiqat nəşrlərindən olan “The European Correspondent” müxtəlif beynəlxalq mənbələrə əsaslanaraq xəbərdarlıq edir ki, Türkiyə əhalisinin təxminən 88 faizi səhralaşma riski altındakı bölgələrdə yaşayır. BMT-nin “2023–2025 Qlobal Quraqlıq Nöqtələri” adlı hesabatı və digər beynəlxalq mənbələrin məlumatlarına görə, Türkiyədə göllərin doluluq …

Read More »

31 il sonra: Panamada 12 yəhudinin ölümünə səbəb olan terrorçu Venesuelada tutuldu

Venesuelada 1994-cü ildə Panamada baş vermiş qanlı terror aktı ilə bağlı beynəlxalq axtarışda olan şəxs həbs edilib.Venesuela hüquq-mühafizə orqanları, İnterpol və bir neçə ölkənin xüsusi xidmətlərinin birgə əməliyyatı nəticəsində Margarita adasında Ali Zaki Hacı Cəlil saxlanılıb. Məlumata görə, Venesuela vətəndaşı, lakin mənşəcə livanlı olan Cəlil 1994-cü il iyulun 19-da “Alas Chiricanes” aviaşirkətinə məxsus təyyarədə baş vermiş terror aktının təşkilində iştirakda şübhəli bilinir. Həmin …

Read More »

Sumqayıtdan Bakıya gələnlərə ŞAD XƏBƏR

Bakı və Sumqayıt şəhərləri arasında 500 nömrəli müntəzəm avtobus marşrutu istifadəyə verilir. Boyukmillet.com bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, Sumqayıt şəhərindən paytaxta böyük sərnişin axını nəzərə alınaraq, həmçinin vətəndaşların metronun “20 Yanvar” stansiyası istiqamətində sürətli və rahat gedişlərini təmin etmək məqsədilə AYNA tərəfindən 500 nömrəli müntəzəm avtobus marşrutu təşkil …

Read More »

SON DƏQİQƏ! Çin və ABŞ təyyarədaşıyan gəmilərlə üz-üzə

“Çinin təyyarədaşıyan gəmilərinin sayının artması Vaşinqtonu ciddi narahat edir. Çinin həmin gəmiləri Tayvan adasına yaxın sularda üzürlər”. Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, Çinin yeni təyyarədaşıyan “Fujian” gəmisinin istifadəyə verilməsi Pekinin gələcək planlarından xəbər verir: “Gəminin suya buraxılması mərasimində iştirak edən Çin lideri Si Cinpin hərbi dəniz qüvvələrinin gücləndirilməsi proqramına xüsusi diqqət ayırır. “Fujian” daşıyıcı əsaslı döyüş …

Read More »