Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

Rusiya aktivlərinin Ukrayna üçün müsadirəsinə qarşı çıxan Aİ ölkələrinin adları açıqlanıb

Fransa, İtaliya və Belçika əksər Avropa ölkələrinin Ukraynaya yardım üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmək üçün təşəbbüsünü dəstəkləməyiblər. Boyukmillet.com-un məlumatına görə, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti xəbər yayıb. Məqalədə qeyd olunur ki, çox güman ki, beynəlxalq məhkəmə Moskvanın mümkün iddialarını təsdiqləyəcəyi təqdirdə maliyyə öhdəlikləri ilə bağlı narahatlıqlar səbəbindən rəsmi Roma və Paris dondurulmuş Rusiya aktivlərinin Ukraynaya köçürülməsini dəstəkləmirlər. …

Read More »

Türkiyə və İraq arasında tarixi anlaşma İMZALANDI

Türkiyə xarici işlər naziri Hakan Fidan və İraq baş nazir müavini, xarici işlər naziri Fuad Hüseyn arasında “Su Sahəsində Əməkdaşlıq Çərçivə Anlaşması” imzalanıb. Boyukmillet.com xəbər verir ki, Türkiyə XİN başçısı sənədin iki ölkə tarixində ilk olduğunu vurğulayaraq, bunun İraq tarixində ən böyük infrastruktur yatırımı olacağını deyib. Qeyd olunur ki, bu mexanizm, Türk şirkətləri tərəfindən həyata keçiriləcək layihələrin İraqdan əldə olunan …

Read More »

Fələstin fraksiyaları Qəzzada müvəqqəti administrasiyanın strukturunun razılaşdırılmasını müzakirə edir

Fələstinin səkkiz fraksiyası, radikal HƏMAS hərəkatı və FƏTH Partiyası münaqişə başa çatdıqdan sonra Qəzza zolağının idarəçiliyini öz üzərinə götürəcək müvəqqəti administrasiyanın strukturunu razılaşdırmaq məqsədi ilə Misirin paytaxtı Qahirədə danışıqlar aparır. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb. Məlumata əsasən, tərəflər anklavın rəhbərliyi üçün təşkilat kimi texnokratik komitənin yaradılmasını müzakirə edirlər. Vasitəçilik edən Misir komitəyə Qəzzadan …

Read More »

Ağ Ev Ali Məhkəmənin tarifləri ləğv edəcəyi təqdirdə ehtiyat planlar hazırlayır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ali Məhkəmənin Amerika liderinin tariflərini qanunsuz hesab edəcəyi təqdirdə ehtiyat planlar üzərində işləyir. Boyukmillet.com-un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News”a müsahibəsində bildirib. “Bizim ehtiyat planlarımız var və Prezidentin ticarət komandası bu planlar üzərində səylə çalışır, amma Ali Məhkəmənin sonda düzgün qərar verəcəyinə ümid edirik”, – o deyib. Livitt qeyd …

Read More »

QARAÇAY SÜRGÜNÜ – Qafqazın unudulmayan yarası

Bu gün – 2 noyabrda Şimali Qafqaz xalqlarının yaddaşına əbədi həkk olunan bir faciənin ildönümüdür. 1943-cü il noyabrın 2–5-də Qaraçay xalqı bütövlükdə öz doğma torpaqlarından qoparıldı. Sovet diktatoru İosif Stalinin imzaladığı gizli qərarla 70 minə yaxın qaraçaylı “xalq düşməni” damğası ilə Orta Asiyanın səhralarına və dağlarına sürgün edildi. Bu deportasiya təkcə bir etnik qrupun deyil, bütövlükdə Qafqaz xalqlarının azad ruhunun …

Read More »

Fidan: PKK terror təşkilatı İraq və Suriyada da fəaliyyətini sonlandırmalıdır

PKK terror təşkilatı İraq və Suriyada da fəaliyyətini sonlandırmalı, işğal etdiyi ərazilərdən çəkilməlidir. Boyukmillet.com xəbər verir ki, bunu İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə Bağdadda keçirdiyi ortaq mətbuat konfransında Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. “Bu, bölgənin sabitliyi və təhlükəsizliyi üçün, xarici müdaxilələrin qarşısının alınması üçün son dərəcə əhəmiyyətlidir”, – Fidan vurğulayıb. Qeyd edək ki, oktyabrın …

Read More »

Rusiya ordusu Dnepropetrovsku atəşə tutub, ölənlər var

Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinə hava hücumu zamanı azı 4 nəfər həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti Dövlət Administrasiyasının rəhbəri Vladislava Qayvanenko “Telegram”da yazıb. Raket zərbələri vilayətin Samarovski rayonundakı bir mağazaya endirilib. Ölənlərdən ikisi 11 və 14 yaşlı uşaqlardır. Bundan əvvəl vilayətdə fövqəladə vəziyyət elan edilib.

Read More »

İsrail ordusu Livana hava hücumu həyata keçirib, 4 “Hizbullah” üzvü öldürülüb

İsrail Müdafiə Qüvvələri ötən gecə Livanın cənubuna hava hücumu həyata keçirib. Boyukmillet.com-un “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü məlumat yayıb. Hücum nəticəsində “Hizbullah”ın elit Radvan bölməsinin dörd üzvü öldürülüb. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, zərbənin əsas hədəfi bölmənin maddi-texniki təchizat rəisi olub. Qeyd olunur ki, o, Livanın cənubunda “silahların ötürülməsində və …

Read More »

Qaradağ icrada başçının köməkçisi və digər vəzifəli şəxslər saxlanılıb – ADLAR

Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini barəsində həbs qətimkan tədbiri seçilib. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilib. Məhkəmənin qərarı ilə Qaradağ rayon icra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov məhkəmənin …

Read More »

Cənubi Koreya Şimali Koreyaya nəzarət üçün 5-ci casus peykini orbitə buraxdı

Cənubi Koreya Şimali Koreyaya qarşı kəşfiyyat imkanlarını artırmaq üçün beşinci hərbi casus peykini orbitə göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Seulun Müdafiə Nazirliyinin məlumatına görə, bu proqram çərçivəsində 2025-ci ilin sonuna qədər 5 peyk buraxılacaq. Məqsəd — Pyoñyanqın hərbi fəaliyyətini daha yaxından izləmək və ABŞ-ın peyk görüntülərindən asılılığı azaltmaqdır. Ekspertlər bu buraxılışı Koreya yarımadasında kəşfiyyat balansını …

Read More »