Türkiyədən Azərbaycana idxal olunmuş “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsal etdiyi “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə olunan Sildenafil maddəsi aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, ümumi sayı 4656 ədəd olan məhsul partiyalarının (19.03.2025-19.03.2027 və 01.04.2025-01.04.2027-ci il istehsal və son istifadə tarixli) Azərbaycanın idxal tələblərinə, o cümlədən, qüvvədə …
Read More »Yearly Archives: 2025
Azərbaycandan Türkiyəyə aparılacaq 163,4 ton almada uyğunsuzluq aşkarlanıb
“Fueqo” MMC-yə və fiziki şəxs Həsənov İlkin Cahan oğluna məxsus Türkiyəyə ixrac üçün nəzərdə tutulan ümumi çəkisi 163,4 ton alma məhsulunda uyğunsuzluq aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsində pestisid qalığının normadan artıq olduğu aşkarlanıb. Məhsul partiyaları Türkiyənin idxal tələblərinə, o cümlədən Azərbaycanda qüvvədə olan pestisid qalığı …
Read More »Sabir Rüstəmxanlının “Göy Tanrı” romanı rus dilində çap olundu
Azərbaycan xalq şairi Sabir Rüstəmxanlının “Göy Tanrı” romanı “Azərnəşr” nəşriyyatı tərəfindən rus dilində çap olunub. Göy Tanrı inancı və bu inancın kahinlərinin yaratdığı törə, yəni qanun və mənəvi qaydalar-əsərin əsas ideya xəttini təşkil edir. Tarixən dünyaya ya ərəb-İran, ya da Avropa prizmasından baxan bir çox qələm və fikir adamlarından fərqli olaraq, Sabir Rüstəmxanlı “Göy Tanrı”da hadisələrə öz xalqının baxış bucağından …
Read More »DTX Balakəndə korrupsiya ilə bağlı əməliyyat keçirib, icra başçısı və müavinləri saxlanılıb
Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar korrupsiya cinayətlərində şübhəli bilinirlər. Boyukmillet.com xəbər verir ki, əməliyyat zamanı rayonun icra başçısı İslam Rzayev, onun müavinləri, rayonun baş memarı və digərlərinin saxlandığı bildirilir. Qeyd edək ki, xəbəri ilk olaraq Qafqazinfo paylaşıb.
Read More »Azərbaycanda Cənubi Qafqazın ən böyük Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb
Azərbaycanda Cənubi Qafqazın ən böyük Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb. Boyukmillet.com xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində (“Medinex 2025”) çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, mərkəz Yeni Klinikanın tərkibində yaradılıb və 3600 kvadratmetr sahəni əhatə edir: “Burada gün ərzində 500-ə yaxın pasiyentin qəbulu nəzərdə tutulub”.
Read More »Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi – FOTO
Ramiz Mehdiyevin Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordenindən və digər fəxri adlardan məhrumedilmə prosesinə start verilib. Boyukmillet.com Bakupost.az-a istinadla xəbər verir ki, Prezident.az saytında Ramiz Mehdiyevlə bağlı bütün məlumatlar silinib. Saytın axtarış sistemində onun adı üzrə sorğu verilərkən heç bir nəticə çıxmır. Saytın arxiv hissəsində Mehdiyevə “Heydər Əliyev” ordeninin təqdim edilməsi ilə bağlı 23 oktyabr 2019-cu il tarixli sərəncam …
Read More »Paşinyan Türkiyə ilə sərhədlərin açılmasından DANIŞDI
Ermənistan və Türkiyə arasında sərhədlərin açılması, eləcə də diplomatik münasibətlərin qurulması sadəcə zaman məsələsidir. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumunda çıxışı zamanı deyib. “Hazırda buna qarşı heç bir ciddi maneə yoxdur. Bunun nə qədər tez baş verəcəyini deyə bilmərəm. Amma əminəm ki, Ermənistan və Türkiyə siyasi və iqtisadi əməkdaşlıq quracaq və normal …
Read More »Cənubi Koreya tariflərin azaldılması müqabilində ABŞ-yə 350 milyard dollar ödəyəcək
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın tariflərin azaldılması müqabilində 350 milyard dollar ödəyəcəyini açıqlayıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə o, “Truth Social”da müvafiq məqalə dərc edib. “Cənubi Koreya tarifləri azaltmaq müqabilində ABŞ-yə 350 milyard dollar ödəməyə razılaşıb. Bundan başqa, onlar bizim böyük həcmdə neft və qazımızı almağa razılaşıblar. Cənubi Koreyanın zəngin şirkətləri və sahibkarları tərəfindən ölkəmizə sərmayə qoyuluşu 600 milyard …
Read More »ABŞ Senatı Kanadaya tətbiq edilən tarif artımlarını ləğv edib
ABŞ Senatı Prezident Donald Trampın Kanadaya tətbiq etdiyi tarifləri bloklamaq məqsədi daşıyan ikipartiyalı qətnaməni dəstəkləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə NBC News kanalı məlumat yayıb. Məlumata görə, 50 senator qətnamənin “lehinə”, 46 senator “əleyhinə” səs verib. Senat dünən də Braziliya üçün tariflərlə bağlı oxşar qətnamə qəbul edib. Senatdakı Demokratların sabah qlobal tarifləri aradan qaldırmaq və Konqresin ticarət üzərində səlahiyyətlərini …
Read More »Qazaxıstan–Rusiya sərhədində yük daşıma böhranı: 10 minə yaxın rus yük maşını dayanıb
Artıq bir aydan çoxdur ki, Qazaxıstanla Rusiya sərhədində nəqliyyat kollapsı davam edir. Sərhəd-keçid məntəqələrinin yaxınlığında Çindən və Mərkəzi Asiya ölkələrindən gələn mallarla dolu təxminən 10 min rus yük maşını növbədə dayanıb. Boyukmillet.com xəbər verir ki, buna səbəb Qazaxıstan hökumətinin “boz idxal” və Rusiyaya qarşı sanksiyaların yerinə yetirilməsi üçün gömrük yoxlamalarını sərtləşdirməsi olub. Hazırda keçid məntəqələrində avtomobillər daşıdıqları malların bəyannamələrə uyğunluğu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar