Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

Zelenski Rusiya ilə müharibə bitdikdən sonra istefa verməyə hazır olduğunu bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə başa çatdıqdan sonra dövlət başçısı postunu tərk etməyə hazır olduğunu bildirib. Boyukmillet.com-un məlumatına görə, o, bu barədə “Axios” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, müharibə bitsə, növbəti prezident seçkilərində iştirak etmək niyyətində deyil. Zelenski atəşkəs əldə olunacağı təqdirdə Ukrayna parlamentindən seçkilərin təşkilini xahiş edəcəyinə söz verib. “Ruslarla müharibəyə son versək, bəli, seçkilərə qatılmamağa …

Read More »

Gürcüstan azərbaycanlıları petisiya kampaniyasına başlayıb

Sentyabrın 19-u Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda axşam saatlarında insident baş verib. Hadisə zamanı Marneuli bələdiyyə məclisinin sədr müavini Riçard Qiqaninin oğlu Mamuka Qiqani “Melody” şirniyyat evinə gələrək orada çalışan yeniyetmədən gürcü dilində danışmağı tələb edib.  Yeniyetmə gürcü dilində cavab verə bilmədikdə həmin şəxs ona şillə vurub. Bu zaman ətrafda olan vətəndaşlarla Qiqani arasında qarşıdurma yaşanıb.  Hadisə yerinə hüquq-mühafizə …

Read More »

Prague Civil Society Centre Formula-1 yarışları fonunda Azərbaycanda jurnalist həbslərini pisləyib

Prague Civil Society Centre (Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi) Azərbaycanda AbzasMedia jurnalistlərinin həbsləri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, dünyadan minlərlə tamaşaçının izlədiyi Formula-1 yarışları Bakıda keçirildiyi vaxt, AbzasMedia-nın əməkdaşları həbsdə saxlanılmaqda davam edir: 2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı, Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor …

Read More »

Ombudsman Aparatı aeroportdakı taksi tariflərini monitorinq edib: “Süni qiymət artımı yaradırlar” 

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Heydər Əliyev Beynəlxalq Aeroportunda qüvvəyə minən yeni taksi xidməti tarifləri ilə bağlı monitorinq aparıb. Monitorinqin nəticələrinə əsasən, aeroportda bu il sentyabrın 10-dan tətbiq edilən yeni tarif siyasəti ölkə Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir. “Monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə …

Read More »

İstanbulda əməliyyat: 366 kq narkotik ələ keçirilib, həbs olunanlar var

Türkiyənin İstanbul vilayətində narkotacirlərə qarşı əməliyyat keçirilib. Boyukmillet.com-un məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial media hesabında yazıb. Onun sözlərinə görə, əməliyyat nəticəsində 366,5 kiloqram narkotik maddə ələ keçirilib. Onun 322 kiloqramı metamfetamin, 44,5 kiloqramı skunkdur. Bundan başqa, 1 milyon 572 min ədəd narkotik tərkibli həb və 492 kiloqram kimyəvi qatqı maddəsi ələ keçirilib. Əməliyyat …

Read More »

Bakı metrosunun daha bir yerüstü stansiyası istifadəyə veriləcək

“Bakı Metropolteni” QSC-nin daha bir yerüstü stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Boyukmillet.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, yeni stansiya metronun “Dərnəgül” elektrik deposunun ərazisində inşa ediləcək və “Yaşıl xətt”ə aid olacaq: “Stansiya xüsusi qrafiklə işləyəcək. Onun şərti adı “Dərnəgül deposu”dur və 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək”.

Read More »

Qazaxıstanda 10 milyon dollarlıq kriptoaktivlər həbs edilib

Almatıda məhkəmə “Amir Kapital” maliyyə piramidası ilə əlaqəli 10 milyon dollardan çox məbləğdə kriptoaktivlərin və Almatı vilayətindəki torpaq sahəsinin həbsinə sanksiya verib. “Report”un Qazaxıstan KİV-lərinə istinadən məlumatına görə, bu barədə Maliyyə Monitorinqi Agentliyi məlumat yayıb. “Özünü beynəlxalq investisiya fondu kimi təqdim edən “Amir Kapital” şirkəti üç il ərzində Qazaxıstan, Belarus, Rusiya və Qırğızıstan vətəndaşlarının vəsaitlərini kriptovalyuta ticarəti, mayninq və müxtəlif …

Read More »

“Xeyirxahlıq” adı altında satılan “uşaqlar” – Qanundankənar follikul donorluğu – ARAŞDIRMA

Son vaxtlar sosial şəbəkələrdə, müxtəlif özəl klinikaların follikul donorluğu (yumurta hüceyrəsi-red) haqqında elanları ən çox yayılan elanlar sırasında yer alıb. “Donorluq” adı altında müxtəlif spekulyasiyalara yol verilir. Qanun boşluğunun, nəzarətin olmaması bu sahəni müxtəlif “işbazlar” üçün qazanc yerinə çevirib. Müəyyən məbləğlər müqabilində donorluq təklif olunur və narahatlıq doğuran hal ondan ibarətdir ki, bu proses qanunla tənzimlənmir. Bu sahədə ixtisaslaşan mütəxəssislər …

Read More »

Azərbaycan gömrüyü mobil telefonların sərnişinlərə paylanmaqla ölkəyə keçirilməsinin qarşısını alıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən yayındırılmaqla paylama üsulu ilə gətirilməyə cəhd göstərilən xeyli miqdarda mallar aşkar edilib. Boyukmillet.com Komitəyə istinadən xəbər verir ki, Ciddə-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı digər sərnişinlərə payladığı 5 ədəd “İphone17”, 4 ədəd “İphone16”, 15 ədəd “apple” markalı qələm, …

Read More »

KTM-də azyaşlının bağırsağından maqnitlər və batareya çıxarılıb

Kliniki Tibbi Mərkəzdə (KTM) 9 yaşlı uşağın bağırsağından maqnitlər və batareya çıxarılıb. KTM-dən  verilən məlumata görə, sentyabrın 11-də azyaşlı qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, qusma və bədən hərarətinin yüksəlməsi şikayətləri ilə KTM-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib. Valideynlə aparılan söhbət zamanı məlum olub ki, uşaq autizm spektr pozuntusundan əziyyət çəkir və yad cisim udmağa meyillidir. Aparılan rentgenoloji müayinədə …

Read More »