Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Naxçıvandan Kəngərliyə işləyən avtobusların sayı artırılıb

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Nəqliyyat Xidməti sərnişin sıxlığını nəzərə alaraq Naxçıvan şəhərindən Kəngərli rayonunun Xok kəndinə və əks istiqamətdə hərəkət edən avtobusların sayını artırıb.

Boyukmillet.com xəbər verir ki, marşrut xəttinə sınaq məqsədilə əlavə 2 iritutumlu avtobus salınıb.

Bu avtobuslar gün ərzində Naxçıvandan Xoka 2 reys (07:40-18:00) və Xokdan Naxçıvana 2 reys (08:20 -18:40) yerinə yetirəcək.

Xatırladaq ki, hazırda həmin marşrut xəttində gün ərzində 12 reys olmaqla sərnişindaşıma fəaliyyəti həyata keçirilir. Ümumi istifadədə olan marşurutlarının sayının artırılması vətəndaşların rahat və birbaşa ictimai nəqliyyatla sürətli gediş-gəlişini təmin edəcək.

Check Also

“Bakı Metropoliteni” qatarların hərəkətində rəqəmsal idarəetmə sisteminə keçir

“Bakı Metropoliteni” QSC Asiya İnkişaf Bankı (ADB) ilə birlikdə siqnalizasiya infrastrukturunun yenilənməsi və qatarların hərəkətinin …