Çərşənbə axşamı , 24 Mart 2026
Drone Cameras

Türkiyə hökuməti Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə martın 24-də Beştəpədə Nazirlər Kabinetinin toplantısında Hörmüz boğazı və enerji bazarına dair məsələlər də müzakirə olunacaq.

Boyukmillet.com xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

Bildirilib ki, toplantının gündəliyində Yaxın Şərqdəki müharibənin gedişatı və onun Türkiyəyə təsirləri mövzusu da yer alıb.

Məlumata görə, hökumətin iclasında İrandan atılan Türkiyənin hava məkanına yönələn raketlərə qarşı görülən tədbirlər qiymətləndiriləcək.

Toplantıda həmçinin mövcud müdafiə infrastrukturunun nəzərdən keçirilməsi, əlavə tədbirlərin zəruriliyinin də müzakirə ediləcəyi gözlənilir.

Eyni zamanda, Hörmüz boğazına dair vəziyyət, onun bağlanması ehtimalının qlobal enerji tədarükünə təsirləri qiymətləndiriləcək. Artan neft qiymətlərinin daxili bazara təsirləri ilə qiymət sabitliyinin qorunmasına yönəlik atıla biləcək əlavə addımlar da müzakirə ediləcək.

Check Also

Şimali Koreya lideri ölkəsinin nüvə statusundan heç vaxt imtina etməyəcəyini bildirib

Şimali Koreya lideri Kim Çen İn Koreya Xalq Demokratik Respublikası (KXDR) Ali Xalq Məclisinin 15-ci …