Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşdə Rusiya və Ukraynanın Qara dənizdə ticarət gəmilərinə endirdiyi zərbələri pisləyib.
Boyukmillet xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Mətbuat Xidməti rəsmi məlumat yayıb.
Açıqlamada Türkiyə liderinin mövqeyi xüsusi vurğulanıb: “Prezidentimiz Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı təcili tədbirlərin görülməsinin vacibliyini, mülki ticarət gəmilərinə edilən hücumların heç bir halda izaholunmaz və qəbuledilməz olduğunu bildirib. Ankara hər iki tərəfdən regionda hərbi gərginliyi artırmamaq üçün məsuliyyətli davranış gözləyir”.
Türkiyə tərəfi Qara dənizdə dəniz ticarətinin və mülki naviqasiyanın qorunması üçün vasitəçilik səylərini davam etdirəcəyini bəyan edib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
