Şənbə , 17 Oktyabr 2026
Drone Cameras

Səudiyyə Ərəbistanı İsraildən kömək almalıdır – Tramp

Səudiyyə Ərəbistanı Yəmən üsyançı hərəkatı Ənsar Allah ilə mübarizədə İsrailin köməyini qəbul etməlidir.

Boyukmillet.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu fikirdədir. O, bu barədə Ağ Evin Cənub Çəmənliyində jurnalistlərə verdiyi müsahibədə məsələ ilə bağlı sualı cavablandırarkən danışıb: “Düşünürəm ki, belədir. İsrail artıq Səudiyyə Ərəbistanına böyük kömək olub və onlar bunu mütləq edəcəklər”.

Tramp həmçinin Səudiyyə Ərəbistanının İsrail ilə münasibətləri normallaşdırmaq üçün İbrahim Sazişlərinə yenidən qoşulmağı düşünüb-düşünməməsi ilə bağlı suala müsbət cavab verib: “Düşünürəm ki, həmişəkindən daha çox. İbrahim Sazişləri bizim ən böyük nailiyyətlərimizdən biridir. Səudiyyə Ərəbistanı İsrailin və bizim dəstəyimizə sahib olmaqdan məmnundur”.

Check Also

ABŞ 25 milyard dollarlıq İran neftinin ixracının qarşısını alıb – HESABAT

Davam edən dəniz blokadasının bir hissəsi olaraq, ABŞ qüvvələri İranın 25 milyard dollar dəyərində xam …