Cümə axşamı , 22 Oktyabr 2026
Drone Cameras

Mirzoyandan TRIPP ilə bağlı DİQQƏTÇƏKƏN AÇIQLAMA

Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan TRIPP  layihəsi çərçivəsində nəzərdə tutulan bəzi infrastruktur xətlərinin, xüsusilə neft və qaz kəmərlərinin Sünik (Zəngəzur) vilayətindən keçməyə biləcəyini bəyan edib.

Boyukmillet.com xəbər verir ki, erməni diplomat bu barədə parlamentin xarici əlaqələr komissiyasının iclasında çıxış edərkən bildirib.

Mirzoyanın sözlərinə görə, Araz çayı ilə qayalıqlar arasında yerləşən Mehri dəmir yolu boyunca olan sahə həddindən artıq dar olduğu üçün bütün infrastruktur obyektlərini eyni dar zolaqda yerləşdirmək texniki cəhətdən mümkünsüzdür.

O qeyd edib ki, həmin ərazidən yalnız dəmir yolu xətti və elektrik ötürücü xətlərin keçməsi planlaşdırılır.

“Ola bilsin ki, neft kəməri Ermənistanın şimal ərazisindən keçsin. Dəqiq ərazi hələ müəyyənləşdirilmədiyi üçün mən TRIPP dəhlizinin ümumi eni barədə dəqiq rəqəm deyə bilmərəm”,-deyə Ermənistanın XİN rəhbəri vurğulayıb.

Check Also

İraq İranla sərhəd keçid məntəqələrini bağladı

İraq hökuməti İranla sərhəd keçid məntəqələrinin əksəriyyətini “növbəti xəbərdarlığa qədər” bağlayıb. Boyukmillet.com xəbər verir ki, …