Cümə axşamı , 22 Oktyabr 2026
Drone Cameras

Rusiya Kiyevə ballistik raketlər YAĞDIRDI: Paytaxtda PANİKA, çoxsaylı yaralı var! – FOTO

Oktyabrın 22-nə keçən gecə Kiyevə edilən kütləvi raket hücumu nəticəsində azı 15 nəfər xəsarət alıb.

Boyukmillet.com UNİAN-a istinadən xəbər verir ki, yaralananlar arasında iki nəfər 15 yaşlı yeniyetmə də var.

Yaralılardan 8-i şəhər xəstəxanalarının stasionar şöbələrinə yerləşdirilib.

Kiyev şəhər merı Vitali Kliçko bildirib ki, hücum zamanı Cənub körpüsündə metropoliten infrastrukturu, təcili yardım stansiyasının binası və tibb işçilərinin altı avtomobili zədələnib.

Merin sözlərinə görə, Peçersk rayonunda təcili yardım stansiyasının binası ilə yanaşı, altı təcili tibbi yardım maşınına ziyan dəyib. Tibb işçiləri arasında xəsarət alan olmayıb.

Bundan əlavə, Cənub körpüsündən keçən metro infrastrukturunun bir hissəsi zədələnib. Hücum səbəbindən Cənub körpüsü ilə sağ sahildən sol sahil istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 

Svyatoşinski rayonunda isə zərbə nəticəsində restoran binasında yanğın baş verib.

Monitorinq kanallarının məlumatına görə, Kiyevə hücum zamanı 30-a yaxın raketdən istifadə oluna bilər. Ruslar paytaxtı oktyabrın 21-i axşam saatlarından atəşə tutmağa başlayıblar. Həmin vaxt kütləvi ballistik raket buraxılışları barədə xəbərdarlıq edildikdən sonra şəhərdə ard-arda güclü partlayışlar baş verib.

Saat 23:30 radələrinə olan məlumata görə xəsarət alanların sayı 5 nəfərə çatmışdı və onların hamısına zəruri tibbi yardım göstərilmişdi.

Check Also

BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

BMT Baş Assambleyasının Xüsusi Siyasi Məsələlər və Dekolonizasiya üzrə Dördüncü Komitəsində Fransız Polineziyasına dair qətnamə …