QHT.az saytının 7 yaşı tamam olur. Sayt 2015-ci ildə yaradılıb.
“QHT.az ixtisaslaşmış saytdır və əsas məqsədi QHT-lərin fəaliyyətini işıqlandırmaq, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin cəmiyyətə daha dolğun təqdimatının və əlçatanlığının təmin edilməsinə yardım etmək, QHT sədrlərinin ölkənin ictimai həyatı ilə bağlı fikirlərinin cəmiyyətə çatdırlmasından ibarətdir”.QHT.az saytı heç bir qurumun möveyini ifadə etmir və tam müstəqil internet portalıdır. Sayt həmçinin heç bir dövlət qurumu və özəl sektordan maliyyə yardımı almır, tərəfdaş QHT-lərin dəstəyi ilə ayaqdadır.
Boyukmillet.com xəbər verir ki, bu barədə QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə bildirib.
Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin inkişafına töhfə verməyi hədəfləyən QHT.az bu gün Azərbaycanın ixtisaslaşmış media qurumları sırasında öz layiqli yerini tutub və oxucu kütləsinə malik xəbər portallarından birinə çevrilib.
Dəfələrlə müxtəlif qurumlar tərəfindən mükafatlandırılan QHT.az saytı 2018-ci ildən Mətbuat Şurasına üzv qəbul olunub.
QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə həm də İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədridir və vətəndaş cəmiyyətinin inkişafına töhfə verən bir neçə uğurlu layihənin müəllifidir.