Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

ABŞ dolları bu il də bahalaşmaqda davam edəcək – ANALİTİKA

Qlobal maliyyə bazarları yeni ili ABŞ dollarının müvəqqəti dəyərdən düşməsi ilə qarşıladı.

“Report”un analitik qrupu bildirir ki, Asiya birjaları işə düşən kimi Amerika valyutasının ucuzlaşması baş versə də, Avropa birjaları açılanda bu proses dayandı.

London (Böyük Britaniya) və Frankfurt (Almaniya) birjalarında dolların bahalaşması müşahidə edildi və sərbəst dönərli valyuta əvvəli mövqeyini bərpa etdi, dollar indeksi “yaşıl səviyyə” hesab olunan 96,2-yə çatdı və bazar iştirakçıları üçün ciddi siqnal oldu.

Bununla belə, son 1 ay ərzində dollar Avropanın vahid valyutası sayılan avro qarşısında bir qədər ucuzlaşıb – USD/EUR nisbəti 1,135-dən 1,155-ə qalxıb. Mövcud vəziyyətin ABŞ-la Çin arasında ticarət danışıqlarının müsbət nəticələnməsi ehtimalı ilə bağlı olduğu bildirilir.

Məsələ ondadır ki, iki aparıcı iqtisadiyyat arasında razılıq əldə edilməsi Avropa ölkələrinin istehsalı olan mallara tələbatı artıra bilər. Odur ki, investorlara arasında avroya inam bir qədər artıb və bu, Avropa valyutasını Amerika valyutası qarşısında bir qədər bahalaşdırıb. Baxmayaraq ki, əksər analitiklər 1 avronun qiymətinin uzun müddət 1,11-1,12 dollar arasında dəyişəcəyi qənaətindədir.

Boyukmillet.com-un analitik qrupu da hesab edir ki, dollar bu il də dəyər qazanmaqda davam edəcək. Belə ki, dollar indeksininin ilin I yarısına doğru 97,5-ə yüksələcəyi, ilin II yarısında isə 99-100 arasında dəyişəcəyi proqnozlaşdırılır. 

(Report)

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir