Şənbə , 27 İyul 2024
Drone Cameras

ABŞ-ın məşhur brendi yeni sviter buraxdı… – Üzərində separatçı “Artsax” bayrağı – VİDEO

Amerikanın məşhur üst geyim  brendi “HUF” üzərində qondarma Dağlıq Qarabağ rejiminin bayrağı olan yeni hudilər (başlıqlı yumşaq sviter)  buraxıb.
 
Separatçı rejimin üçrəngli bayrağı sviterlərin sol qolu üzərində ağ  xalça naxışı ilə  Koreya Respublikası və İsveçrənin bayraqları arasında həkk olunub. 
Məlumata görə, brendin yeni geyimləri artıq  ABŞ və Avropanı fəth edib. Ermənilər “You Tube” kanalına Hollandiya mağazalarında üzərində “Artsax” bayrağı olan sviterlərin satışını nümayiş etdirən videoçarx da yükləyib.
 
Xəbərdə qeyd edilir ki, “HUF” brendi 2002-ci ildə Los-Ancelesdə həvəskar skeytbord Keyt Hufnagel tərəfindən təsis edilib. (moderator.az)

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir