Almaniyanın ARD kanalının efirə gedən “Panorama” proqramında terror təşkilatı PKK-nın Suriya qolu YPG ilə ABŞ ordusu arasında olan yaxın münasibətlərdən bəhs edilib.
Boyukmillet.com xəbər verir ki, proqramı ARD-nin tanınmış jurnalisti Anja Reschke aparıb.
Proqramda Suriyadakı ABŞ qüvvələrinin komanda mərkəzindəki ən yüksək vəzifəli şəxs Raymond Tomasdan alınan reportajda amerikalı general PKK ilə müttəfiq olduqlarını qəbul edib. ABŞ rəsmiləri YPG və SDG kimi adlandırılsa da, bu qrupu bütünlüklə PKK üzvü kimi tanıdıqlarını bildirir.
Proqramda “Alman solunun ən yaxşı dostu kimi qiymətləndirilən terror təşkilatı PKK necə olur da imperialist kimi tanınan ABŞ ilə birlikdə işləyir?” sualı ünvanlanır.
Proqramda PKK ilə ABŞ arasındakı “silah qardaşlığı”nın çox irəli getdiyi, ABŞ ordusunun xüsusi qüvvələrinin terror təşkilatı PPK-ya məxsus simvolları çiyinlərinə taxaraq foto çəkdirdikləri bildirilir. General Raymond Tomasdan götürülən müsahibədə o, İŞİD-ə qarşı mübarizə apardıqları üçün PKK ilə müttəfiq olduqlarını qəbul edib.
Bir jurnalistin “PKK marksist təşkilat deyilmi?” sualına cavab verən sualına cavab verən amerikalı general “Mən onlara marksist deyil, demokrat deyirəm” cavabı verib.
Raymond PKK-nın yüksək vəzifəli rəhbərləri ilə keçirdikləri görüşdə onlara təşkilatın adını dəyişməyi məsləhət görüb.