Bazar , 8 Mart 2026
Drone Cameras

Almaniya dağılır….

Almaniyanın ən varlı əyalətlərindən olan Bavariyada fəaliyyət göstərən Bavariya Partiyası Almaniyadan ayrılaraq müstəqillik elan etmək üçün proseslərə start verib.

Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, partiyanın “Facebook” səhifəsində yayımlanan açıqlamada “Bavariyanın müstəqilliyi, Bavariyanın Federativ Almaniya Respublikasından ayrılması bizim haqqımızdır” fikirləri yazılıb.
 
Alman mətbuatı yazır ki, partiya Avropa Ədalət Məhkəməsinə müraciət edəcək və Bavariya dilinin Alman dilindən fərqli olmasına dair sənəd tələb edəcək. Ötən il Almaniya Ali Məhkəməsi Bavariya Partiyasının tələbini rədd edərək referenduma icazə verməmişdi.
 
Qeyd edək ki, partiyanın İraq və İspaniyada keçirilən Kürdüstan və Kataloniyanın müstəqillik referendumundan təsirlənərək bu tələbi yenidən irəli sürdüyü deyilir. 

Check Also

Trampdan İran açıqlamaları: Tehranla danışıqlar olmayacaq, İranın xəritəsi dəyişə bilər

Ağ Ev rəhbəri Donald Tramp İranın münaqişəni sülh yolu ilə həll etmək istədiyini, lakin ABŞ-ın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir