Şənbə , 27 Aprel 2024
Drone Cameras

Tam üzən məzənnə rejimində manatın fəlakət yaşayacağı barədə proqnozlar doğrulmadı…

“Bu, aparılan düzgün iqtisadi siyasətin nəticəsidir”

Aydın Hüseynov: “Xüsusilə də maliyyə-bank sektorundakı sağlamlaşdırma tədbirləri, ölkənin valyuta ehtiyatlarının…”

“Tam üzən məzənnə rejiminə keçid artıq təmin olunub. Çünki bu gün valyuta bazarında formalaşan məzənnə valyutaya tələb və təklif amilləri əsasında formalaşır”. Sözügedən məsələ ilə bağlı mətbuata açıqlamasında Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev məlumat verib.

Onun sözlərinə görə, Mərkəzi Bank bazara birbaşa müdaxilə etmir: “Mərkəzi Bankın makroiqtisadi göstəricilərə təsiri pul siyasəti ilə həyata keçirilir. Y əni bizim artıq məzənnəyə təsirimiz bazara birbaşa müdaxilə etmək hesabına deyil, dolayı təsirdir. Pul kütləsi və pul təklifinə təsir etmək mexanizmi ilə biz tam üzən məzənnə rejiminin daha effektiv fəaliyyət göstərməsi üçün, iqtisadi sabitliyi təmin etmək üçün bir effektiv instrument kimi istifadə edə bilirik.

Yeni tədbirlərdən biri də alternativ lövbərin yaradılmasıdır. Yəni iqtisadi sabitliyin təmin olunması üçün əsas nəzarət etdiyimiz göstərici əvvəlki illərdən fərqli olaraq pul kütləsinin tam nəzarətə alınmasıdır. Əgər pul kütləsi tam nəzarət altına alınmışsa, Mərkəzi Bankı və Maliyyə Sabitliyi Şurası çərçivəsində razılaşdırılmış göstərici ətrafındadırsa, bu təbii ki, məzənnənin sabitliyini və digər makroiqtisadi göstəricilərin və bütövlükdə iqtisadiyyatın artımını təmin edir”.

O da məlumdur ki, Azərbaycan üzən məzənnə rejiminə keçəndə bir çoxları buna nikbin yanaşmırdlar. Hesab edirdilər ki, manat buna duruş gətirməyəcək və nəticədə dollar bir neçə dəfə bahalaşacaq. Ancaq bunun əksinə olaraq üzən məzənnə rejimi özünü doğrultdu və manat öz stabilliyini möhkəm şəkildə qoruya bildi.

Maraqlıdır, Azərbaycan nəyin hesabına buna nail oldu?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Aydın Hüseynov bunu bir sıra faktorlarla əlaqələndirdi: “Məlum olduğu kimi, Azərbaycan tam üzən məzənnə rejiminə keçib. Bu onun hesabına təmin olunub ki, valyuta ehtiyatlarımızı bu istiqamətdə düzgün istifadə etdik. Nəticədə həm Mərkəzi Bankın, həm də Neft Fondunun strateji valyuta ehtiyatları artdı. Digər tərəfdən, idxal-ixrac prosesində, idxaldan asılılığın azaldılması istiqamətində bir sıra addımlar atıldı. Həmçinin, ölkənin ixrac potensialı artırıldı. Bu da iqtisadiyyatda müsbət saldo yaratdı. Ümumilikdə götürdükdə isə, ölkədə aparılan iqtisadi siyasətin bir bariz nümunəsidir ki, artıq Azərbaycan manatı möhkəmlənir və bu tendensiya bundan sonra da davam edəcək. Bu isə aparılan düzgün iqtisadi siyasətin nəticəsidir. Düzgün iqtisadi siyasət öz bəhrəsini verir. Məsələ ondadır ki, həmi qanunvericilik siyasətində dəyişikliklər aparılır, eyni zamanda maliyyə-bank sistemində çox böyük uğurlu islahatlar həyata keçirildi. Xüsusilə də maliyyə-bank sektorundakı sağlamlaşdırma tədbirləri, ölkənin valyuta ehtiyatlarının, ixracın artması prosesləri manatın möhkəmlənməsinə öz müsbət töhfəsini verdi. Nəticədə üzən məzənnəyə keçid özünü doğrultdu”.

Vidadi ORDAHALLI 

 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir